thumb|200px|left|Atollun kosmosdan təsviri. Fanqataufa () — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Mururoadan 40 km cənub-şərqdədir.

Coğrafiya Düzbucaqlı formaya malikdir. Atollun sahəsi 5 km²-dir. Uzunluğu 8,5 km, eni isə 7,5 km təşkil edir. Daxilində laqun vardır. Laqunun dərinliyi 40–42 metrdir.

İnzibati bölgüsü İnzibati baxımından Tureia kommunasına daxildir.

Tarixi Fanqataufa ilk dəfə 1826-cı ildə ispan dənizçisi Federik Biçi tərəfindən kəşf edilmişdir. O, adanı kokbern () olaraq adlandırır.

Nüvə sınaqları XIX əsrin ortalarına qədər adada yaşayış olmuşdur. 1966–1996-cı illər ərzində Fanqataufada 5 dəfə atmosferdə, 10 dəfə isə yer altı atom sınaqları keçirilmişdir.

Əhali 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.

Mənbə Ada haqqında informasiya

Осуществление испытаний ядерного оружия на острове

Fanqataufada vəziyyət (IAEO) Как восстанавливается жизнь после ядерного взрыва

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Tuamotu Kateqoriya:Nüvə silahı poliqonları Kateqoriya:Mərcan adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Yaşayış olmayan arxipelaq