Stiven Kinq () – öz qorxu janrlı romanları ilə məşhur olan ABŞ yazıçısı.

Həyatı

Stiven Edvin Kinq (ingiliscə Stephen Edwin King) 21 sentyabr 1947-ci ildə Men ştatının Portlend şəhərində anadan olub. Ailənin ikinci övladı idi. Atasının əsl soyadı Spənski olsa da o, soyadını daha yaxşı səslənən Kinqə dəyişdirmişdi. Stivenin həyata göz açması ailə üçün gözlənilməz bir hadisə olmuşdu. Stivenin anası Nelli Rut sağlamlığı ilə bağlı problemləri olduğundan uşaq dünyaya gətirə bilməməsini bildirirdi. Ailənin ilk uşağı olan Devid isə ailənin əsl övladı deyildi. Stivenin hələ iki yaşı olanda atası ailəni tərk edərək bir daha geri qayıtmayıb.

Uşaqları tək böyüdən ana isə eyni zamanda iki işdə – çamaşırxanada və çörək sexində çalışırdı. Stivenin uşaqlıq illəri İndiana ştatının Fort Ueyn şəhərində (orada onun ata tərəfdən baba-nənəsi yaşayırdılar), Konnektikut ştatının Stratford şəhərində (orada Lois xalası yaşayırdı), Massaçusets ştatının Molden şəhərində və Men ştatının Paunal şəhərində (orada onun xalaları yaşayırdılar) keçmişdir.

Stivenin 11 yaşı olanda onun ailəsi Men ştatının Darem şəhərinə geri qayıdır. Burada Stivenin anası Nelli Rut, öz valideynlərinin qayğısına qalırdı. Qohumlar isə ailəyə maddi cəhətdən yardım edirdilər.

Stiven Daremdə orta məktəbi bitirdikdən sonra, Lisbon orta məktəbində təhsil alır və 1966-cı ildə oranı bitirir. Orono şəhərində yerləşən Men Univertsitetində aldığı ali təhsilin ikinci ilində o universitet qəzeti olan "Men Universitet Şəhərciyi"ndə (ingiliscə The Maine Campus) həftəlik sütun məqaləsi yazırdı. Tələbə olduğu illərdə o tələbə senatının üzvü olaraq, tələbə siyasi həyatında aktiv iştirak edirdi.

Kinq həmçinin, Orono şəhərində keçirilən antimüharibə hərəkatında iştirak edərək, Vyetnam müharibəsinin konstitusiyaya zidd olduğunu düşünənlərlə həmrəy olduğunu göstərirdi. 1970-ci ildə Orono universitetini B.A. səviyyəsində bitirərək, orta məktəblərdə ingilis dili dərsi müəllimi ixtisasını əldə etdi. Vyetnam müharibəsinə səfərbərlik elan olunanda isə çağırış komissiyası onun yüksək qan təzyiqi, yastıdaban ayaqları, görmə və eşitmə qüsurunun olmasını əsas gətirərək onu hərbi xidmətə yararsız hesab etmişdi.

1971-ci ildə Kinq Tabita Spryus ilə ailə həyatı qurur. Onlar Men Universitetinin kitabxanasında tanış olmuşdular. Yeni yaranan ailə əsasən Kinqin çamaşırxanada işləyib qazandığı maaş, tələbə təqaüdü və Kinq tərəfindən təsadüfən yazılıb kişi jurnallarında dərc edilən qısa hekayələrdən qazanılan vəsait hesabına yaşayırdı.

Stiven 1967-ci ildə ilk peşəkar qısa hekayəsi olan "Şüşə Döşəmə"ni (ingiliscə The Glass Floor) yazır. 1971-ci ilin payızında Stiven Men ştatının Hampden şəhərində yerləşən Hampden akademiyasında ingilis dili dərsləri keçməyə başlayır. Gecələr və həftəsonları isə o, qısa hekayələr və novellalar yazırdı.

1973-cü ilin yazında Dabldey&Ko. şirkəti onun "Kerri" (ingiliscə Carrie) adlı əsərini çap etməyə razılıq verir. Bu əsər nəşr edildikdən sonra, Kinqin Dabldey&Ko-dan olan redaktoru Bill Tompson ona müəllimlik peşəsini buraxaraq, bütün vaxtını yazıçılığa sərf etməyə imkan verəcək qədər maddi cəhətdən təmin olunacağını bildirir.

1973-cü ilin yayının sonunda Kinqin getdikcə böyüyən ailəsi anasının səhhətinin pisləşməsi ilə əlaqədar olaraq Men ştatının cənubuna köçürlər. Burada ailə Şimali Vinhemdə, Sebaqo gölü yaxınlığında özünə yay evi kirayələyir. Kinq burada öz "Seylim Püşkü" (ingiliscə Salem`s Lot) adlı əsərini yazır. Bu dövr ərzində Kinqin 59 yaşlı anası xərçəng xəstəliyindən dünyasını dəyişir.

"Kerri" əsəri 1974-cü ilin yazında nəşr edildir Həmin ilin payızında ailə Kolorado ştatının Bulder şəhərinə köçür. Burada yaşadığı bir ildən də az müddət ərzində Kinq öz "Parıltı" (ingiliscə The Shining) adlı əsərini yazır. 1975-ci ildə Kinq Men ştatına geri qayıdaraq Qərbi Menin göllərlə zəngin olan rayonunda özünə ev alır. Hələ Bulder şəhərində yazmağa başladığı "Qarşıdurma" (ingiliscə The Stand) adlı əsərini bitirir və "Ölü Zona" (ingiliscə The Dead Zone) adlı əsərini yazır.

Onu dünyada məşhurlaşdıran, müəllifin üzərində 30 ildən artıq bir müddətdə işlədiyi və özünün bütün yaradıcılığı boyu ərsəyə gətirmiş olduğu ən yaxşı əsəri isə əfsanəvi tsikl "Qaranlıq Qala" kitablar seriyasıdır.

Kinqin ailəsi öz yaşayış yerlərini tez-tez dəyişirdilər. Qış fəslini isə əsasən Florida ştatında keçirirdilər.

Stiven Kinqin üç övladı (Naomi Reyçel, Co Hill və Oven Filip) və 3 nəvəsi vardır. Stiven və Tabita Kinq yerli məktəb təqaüdünü təşkil etmiş və bir çox xeyriyyə işlərində iştirak edirlər.

Filmoqrafiya

O - Parıltı — 1980-cı ildə eyniadlı filmThe Shining. İstifadə tarixi: 24 may 2026. və 1997-ci ildə eyniadlı üç bölümlük mini serialThe Shining. İstifadə tarixi: 24 may 2026. çəkildi. Heyvan qəbiristanlığı - eyniadlı 1989Pet Sematary. İstifadə tarixi: 24 may 2026., 2019,Pet Sematary. İstifadə tarixi: 24 may 2026. və 2023-cü illərdəPet Sematary: Bloodlines. İstifadə tarixi: 24 may 2026. filmlər çəkildi. Yaşıl mil —1999-cu ildə eyniadlı film çəkilmişdir.The Green Mile. İstifadə tarixi: 24 may 2026. Cənab Harriqanın telefonu (Mr. Harrigan's Phone) — 2022-ci ildə qısa hekayə əsasında eyniadlı film çəkildi.Mr. Harrigan's Phone. İstifadə tarixi: 16 iyun 2026. Ölü zona - Pişik gözü - Gümüş güllə -

Xarici keçidlər 1. Rəsmi vebsaytı2. Stiven Kinq (rus dilində)

İstinadlar Kateqoriya:Qaranlıq fentezi yazıçıları Kateqoriya:ABŞ fantastika yazıçıları Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər

Kateqoriya:Edqar Allan Po mükafatı qalibləri Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ rejissorları Kateqoriya:ABŞ-nin kişi şairləri Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsrin ABŞ romançıları