Azərbaycan SSR əməkdar rəssamı () — Azərbaycan SSR-də incəsənətin rəssamlıq sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad.
Tarixi və əsasnaməsi "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 aprel 1964-cü il tarixli Fərmanı ilə təsis olunmuşdur.
Fəxri adla görkəmli rəsm, qrafika, dekorativ və tətbiqi incəsənət əsərləri yaratmış rəssamlar təltif olunurdu.
Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunurdu.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR əməkdar rəssamlarının siyahısı Azərbaycanın fəxri adları
Kateqoriya:Azərbaycan SSR fəxri adları