Mariya Fyodorovna (; ) — Rusiya imperatoru III Aleksandrın həyat yoldaşı, imperator II Nikolayın anası, imperatriça.
Həyatı thumb|right|150px|Danimarka şahzadəsi Daqmara
Mariya Sofiya Frederika Daqmar (Daqmara) 14 oktyabr 1847-ci ildə Qlyuksburq şahzadəsi Kristian (sonradan Danimarka kralı IX Kristian) və Luiza Karolina Hessen-Kasselin dördüncü övladı olaraq dünayaya gəlir. İlk olaraq Daqmara çar II Aleksandrın böyük oğlu Nikolay Aleksandroviçlə nişanlansada bu izdivac baş tutmur. Belə ki, Romanovlar taxt-tacının vəliəhdi 1865-ci ildə 21 yaşında İtaliya səfərində vəfat edir. Qəfil ölüm sülalə üzvlərini sarsıdır. Bu zamanlarda Daqmara və çarın ikinci oğlu Aleksandr arasında yaxınlaşma olur. Aleksandr xatirələrində bu haqda yazır:
thumb|left|120px|İmperatriça Mariya Fyodorovna
thumb|right|150px|III Aleksandr, Mariya Fyodorovna və uşaqları
17 iyun 1866-cı ildə yeni cütlük Kopenhagendə nişanlanır. Həmin ilin 12 oktyabrında Qış sarayının kafedral kilsəsində provaslavlığı qəbul edən Daqmara növbəti gün Mariya Fyodorovna adını qəbul edir. 28 oktyabrda Aleksandr və Mariya Qış sarayının Böyük kilsəsində evlənirlər. Bu evlilikdən 6 övlad dünyaya gəlir.
1881-ci ildə II Aleksandrın ölümündən sonra ikinci oğlu III Aleksandr adı ilə taxta çıxır. Beləliklə Mariya Ümumirusiya imperatriçası titulunu sahib olur.
Mariya Fyodorovna incəsənətə himayədarlıq edir, uşaq evlərinin, tədris müəssisələrinin yaradılmasına səy göstərirdi.
1894-cü ildə III Aleksandr vəfat edir. Hakimiyyətə isə böyük oğlu Nikolay gəlir.
Birinci Dünya müharibəsinin gedişində oğlu Nikolayın rus ordusunun ali baş komandanı vəzifəsinə gəlməsinə mane ola bilmir və 1916-cı ildə Petroqradı tərk edərək Kiyevə köçür.
1917-ci il Fevral inqilabı nəticəsində II Nikolayın hakimiyyətdən imtina etməsini elə bu şəhərdə bilir. İmperiyanın süqutundan sonra o 1919-cu ildə ailə üzvləri ilə birgə Krıma gedir. Buradan da İngiltərəyə və daha sonra Danimarkaya gəlir.
thumb|center|150px|Mariya Fyodorovna Böyük Britaniyaya gedən "Malboro" gəmisində
Həyatının qalan hissəsini burada keçirən Mariya Fyodorovna 1928-ci il 13 oktyabrda vəfat edir və yandırılır. İmperatriçanın külü uzun müddət Roskill şəhərindəki Kafedral kilsəsində saxlanılır. Yalnız 2006-cı ildə ikitərəfli danışıqlardan sonra kül olan tabut Danimarka kraliçası II Marqaret, krallıq ailəsi, hökumət nümayəndələri, rus kilsəsinin üzvləri və imperatriçanın nəslindən olan yaxınlarının iştirak etdiyi mərasimdən sinra Sankt-Peterburqdakı Pyotr və Pavel kafedralına gətirilir.Прах императрицы Марии Фёдоровны доставлен в Санкт-Петербург, Lenta. Ru, 26.09.2006 10:57, http://lenta.ru/news/2006/09/26/maria/ Burda da şəhər meri Valentina Matvienko, Danimarka şahzadəsi Fridrix, hər iki ölkənin rəsmiləri, arxiyepiskop Konstantin, Romanovlar sülaləsinin üzvləri və başqalarının iştirakı ilə Mariya Fyodorovnanın xatirəsi anılır. İmperatriça vəsiyyətinə uyğun olaraq həyat yoldaşı II Aleksandrın yanında dəfn edilir.
Xatirəsi
Abidələr thumb|center|150px
Finlandiyanın Ekenes şəhərində 1887-ci ildə qurulmuş abidə. Ust-Sarapulka kəndində qurulmuş 4,6 metrlik obelisk.1917-ci ildən sonra abidə haqqında məlumat yoxdur. Liqovada (Sankt-Peterburq) 24 iyun 1901-ci ildə qurulmuş obelisk. 5 sentyabr 1911-ci ildə İqnalino dəmiryolu stansiyasında (müasir Litva) qurulmuş obelisk.1915-ci ildən sonra abidə haqqında məlumat yoxdur. 1997-ci ildə Kopenhagendə Aleksandr Nevski kilsəsinin önəndə qoyulmuş imperatriçanın bürünc büstü. 26 sentyabr 2006-cı ildə Peterqof (Sank-Peterburq), Aleksandriya parkında qoyulmuş bürünc büst. 27 sentyabr 2006-cı ildə Sank-Peterburqda, "Marşal" mehmanxanası önündə açılmış bürünc büst (Peterqof heykəlinin sürəti).
Filmlər "Nikolay və Aleksandra" (1971) "Sibir bərbəri" (1998) "Stolıpin…Öyrənilməmiş dərslər" (2006) "İmperiyanın ulduzu" (2007) "Rasputin" (2011) "Matilda" (2017)
Ədəbiyyat İmperatriça Mariya Fyodorovnanın gündəliyi (1914–1920 və 1923-cü illər), Y. Kudrinanın elmi redaksiyası — Вагриус, 2005. — ISBN 5-98264-016-6 A. Boxanov, Y. Kudrina İmperator III Aleksandr və imperatriça Mariya Fyodorovna: Yazışma 1884–1894-cü illər. — 4-cü c.: Рус. слово — РС, 2011. — 352 s., Seriya "Simalarda tarix", ISBN 978-5-9932-0808-4
İstinadlar
Kateqoriya:Məzarı köçürülənlər