Polidimit — mineral, Ni3S4.
Haqqında Polidimit - Kubik. Habitus oktaedrik. İkiləşmə {111} üzrə polisintetik. Ayrılması {100} üzrə qeyri-mükəmməl. Aqreqatı: dənəvər, daha az hallarda sızmalar. Rəngi açıq-boz. Parıltısı metallik. Sərtliyi 4,5-5. Xüsusi çəkisi 4,5-4,8. Cu, Ni, Fe sulfid və arsenitləri ilə hidrotermal yataqlarda. Paleogen-neogen gillərində milleritlə birlikdə kolomorf əmələgəlmələrdə tapılır.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Sulfidlər (minerallar) Kateqoriya:Nikelin mineralları Kateqoriya:Kubik sinqoniya mineralları