Yujno-Suxokumsk — Rusiyanın cənubunda, Dağıstan Respublikasında yerləşən şəhər.
Respublika əhəmiyyətli şəhər olaraq, şəhər dairəsi statusu ilə yeganə yaşayış yeri kimi inzibati vahidlik əmələ gətirir.
Coğrafi yerləşməsi Noqay çölündə, Kuma çayının quruyan qolunun deltasında, düzənlik bir ərazidə, Mahaçqala şəhərindən 295 km şimal-qərbdə, respublikanın Stavropol diyarı ilə sərhədinə yaxın ərazidə yerləşir.
Şəhər daxilinə statusu müəyyənləşdirilməyən uzaq bir mikrorayon (qəsəbə) olan Şərqi-Suxokumskda daxil idi. Şəhərin sahəsi 82 km² təşkil edir. Şəhər mərkəzi isə dəniz səviyyəsindən 10 m yüksəklikdə yerləşir.
İqlimi kəskin kontinentaldır. Ən isti ay iyuldur. Bu ayda orta temperatur 24,9°C təşkil edir. Ən soyuq ay isə yanvardır və bu ayın orta temperaturu -3,7° C təşkil edir. İllik orta temperatur 10.7°C-dir. İl ərzində isə əraziyə 320 mm yağıntı düşür. Ən çox yağıntı 46 mm olaraq iyun ayında müşahidə edilir. Ən az yağıntı isə 16 mm olaraq fevralda qeydə alınır.
Tarixi 1988-ci ildə şəhər statusu almışdır. Buna qədər isə Qızılyar şəhər soveti tərkibində qəsəbə statusunda idi.
1995-ci ildə şəhər ərazisinə Vostoçno-Suxokumsk qəsəbəsi daxil edilir. Bu şəhər həm də neft hasilatı ilə seçilir.
Əhalisi 2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 898-ci yerdədir. Əhalisinin sıxlığı — 116.04 nəf./km². Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə Yujno-Sukhokumsk şəhər rayonunun əhalisi belə olacaqdır:
2024 — 11,22 min. nəf.
2035 — 12,4 min. nəf.
Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə şəhərin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir MillətSay,nəf.Ümumi əhaliyə olannisbət, %avarlar 4 629 46,13 %darginlər 2 117 21,10 %ləzgilər 1 039 10,35 %laklar 923 9,20 %qumuqlar 479 4,77 %ruslar 417 4,16 %digərləri 409 4,08 %bildirməyənlər 22 0,22 %ümumi 10 035 100,00 %
Yerli özünü idarəetmə Deputatlar məclisinin sədri 2010 il — Maqomedtaqir Qurbançıev Said oğlu
2017-ci ildən — Abdullayev Abdula Xardaev oğlu
İcra başçısı 2010-cu ildən — İbrahimov Kadi Qurbanəli oğlu
2017-ci ildən — Abdulayev Abdula Abdurrəhim oğlu
İqtisadiyyat neft və qaz hasilatı.
elektromexaniki zavod.
çörək zavodu
Tanınmış şəxsləri Abakarov Xizri Maqomed oğlu — Dərbənd şəhərinin icra başçısı.
İstinadlar
Mənbə Сайт администрации города Южно-Сухокумска Южно-Сухокумск в энциклопедии «Мой город» Kateqoriya:Dağıstan şəhərləri Kateqoriya:Sovet İttifaqında salınmış şəhərlər