Enant turşusu (heptan turşusu) СH3(CH2)5СООН - birəsaslı doymuş karbon turşusudur. Bu yağlıtəhər rəngsiz maye xoşagəlməz qoxumuş yağ iyinə malikdir. Enant turşusunun duzları və anionları enantatlar adlanır. Enant turşusu suda az, lakin etanolda yaxşı həll olur.
İzomerləri
Enant turşusunun aşağıdakı izomerləri var: n-heptan turşusu СН3-СН2-СН2-СН2-СН2-СН2-COOH 5-metilheksanturşusu СН3-СН(СН3)-СН2-СН2-СН2-COOH 4-metilheksanturşusu СН3-СН2-СН(СН3)-СН2-СН2-COOH 3-metilheksanturşusu СН3-СН2-СН2-СН(СН3)-СН2-COOH 2- metilheksanturşusu СН3-СН2-СН2-СН2-СН(СН3)-COOH 3-etilpententurşusu СН3-СН2-СН(СН2-СН3)-СН2-COOH 2-etilpententurşusu СН3-СН2-СН2-СН(СН2-СН3)-COOH
Mənbə
Merck Index, 11th Edition, 4581 David J. Anneken, Sabine Both, Ralf Christoph, Georg Fieg, Udo Steinberner, Alfred Westfechtel "Fatty Acids" in Ullmann's Encyclopedia of Industrial Chemistry 2006, Wiley-VCH, Weinheim. doi:10.1002/14356007.a10_245.pub2
Kateqoriya:Doymuş birəsaslı karbon turşuları