Laklar və ya Qaziqumuqlar () — Şimali Qafqazın yerli xalqlarından biridir. Dağıstan Respublikasının dağlıq ərazisindəki Lak və Kuli rayonlar ərazisində yaşayırlar. Dindarları əsasən islam dininin sünni qolunda etiqat edirlər (Şafi məzhəbi).

Etimologiya Endomin thumb|225px|right|Lakların Dağıstanda yerləşmə ərazisi thumb|225px|right|Dağıstan bölgəsinin sxematik xəritəsi, (1895) «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək)С. М. Хайдаков. Лакско-Русский словарь. Москва, 1962. və «laq» (qala) sözlərinə yaxındır.

Ekzomin Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumalРусско-Аварский разговорник. «Языки народов Дагестана». Выпуск 1. Махачкала 2007., qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşuАбдулмуталибов Н. Ш., Гаджимирзоев Ш. М. Русско-Лезгинский разговорник. «Языки народов Дагестана». Выпуск 1. Махачкала 2007. — 232 с.; qumuqlar — qazıqumuqlar; çeçenlər — ğazğumki; ruslar — лакцы "laktsı", казикумухцы "kazıkumuxtsı" adlandırırlar.

İnqilaba qədərki Rusiyada bu xalq «qazıqumuq», XIX əsrin 60-cı illərindən etibarən isə «laklar» adlanmağa başlanılırlar.

Sayları Dağıstanın rayonları və şəhərləri üzrə Lakların payıinzibati rayon və şəhər dairəsiRF subyektləri% LAKLAR Kuli rayonuDağıstan10, 886 nəf (97,4%) Lak rayonuDağıstan11, 580 nəf (95,2%) Novolak rayonuDağıstan13, 852 nəf (48,5%) Aquşa rayonuDağıstan1, 720 nəf. (3,2%) Qızılyar rayonuDağıstan2, 361 nəf (3,5%) Qızılyurd rayonuDağıstan908 nəf (1,5%) Rutul rayonuDağıstan865 nəf (3,7%) Tarumovka rayonuDağıstan523 nəf (1,6%) Qarabudaqkənd rayonuDağıstan658 nəf(0,9%) Xasavyurd rayonuDağıstan322 nəf (0,2%) Babayurd rayonuDağıstan351 nəf (0,8) Dahadayev rayonuDağıstan300 nəf (0,8%) Dərbənd rayonuDağıstan193 nəf (0,2%) şəhər KaspiyskDağıstan14, 269 nəf (14,3%) şəhər MaxaçqalaDağıstan86, 089 nəf. (12,4%) şəhər Yujno-SuxokumskDağıstan923 nəf (9,2%) şəhər BuynakskDağıstan4, 263 nəf (6,8%) şəhər QızılyurdDağıstan1, 760 nəf (5,3%) şəhər QızılyarDağıstan1, 753 nəf (3,6%) şəhər XasavyurdDağıstan4, 362 nəf (3,3%) şəhər İzberbaşDağıstan1, 402 nəf (2,5%) Ümum respublikada:Dağıstan161, 300 nəf (5,6%)

Dil

Lakların ana dili lak dilidir. Lak dili Qafqaz dillərinin Nax-Dağıstan dilləri qrupuna daxildir. Beş əsas şivəyə bölünür: qumuq (Qumuq və onun ətrafında olan kəndlər), visxin, vixlin (Vixlı aulu və Lak rayonunun şimal-şərq ərazilərindəki kəndlər), aştikul və balxar (Balxar aulu və Sulikana, Kuli aulları). XV əsrdən ərəb əlifbasından istifadə edirdilər. 1928-ci ildə əlifbaları latın, 1938-ci ildə isə kiril əlifbası ilə əvəzlənmişdirЛ. И. Жирков. Лакский язык. — М., 1955;. Laklar arasında rus dili də yayılmışdır. Lak dilinə dair ən erkən məlumatlar (sözlərin siyahısı və bəzi qrammatik məlumatlar) 18-ci əsrin sonu - 19-cu əsrin əvvəllərinə Yohann Quldenştedt və Yulius Klaprota aiddir.

Din Laklar islam dininin sünni qolunda etiqat edirlər (Şafi məzhəbi). Qumuq cümə məscidi 777—778-ci illərdə laklar tərəfindən inşa edilmişdirЛ. И. Лавров. Этнография Кавказа. Ленинград, 1982, с. 101.. arixçi Aleksandr Komarov (1869) yazırdı: «laklar, əsasəndə Qumuq kəndinin sakinləri, Dağıstan qəbilələri arasında ilk islamı qəbul edənlər olmuşdur… Əbu-Muslim özü də Qumuqa gələrək burada məscid inşa etdirdi. Bu məscidin kitabəsində öz əksini tapmışdır». Qumuqun şamxalları müsəlman adlarını XIII əsrin sonlarından istifadə etməyə başlayırlar. XIV əsr Qumuq Qazi mərkəzi oldu və Qazi-Qumuq adı verildi.

Sovet İttifaqı Qəhrəmanı Ikinci dünya müharibəsi

•Əhmədxan Sultan , iki dəfə Sovet İttifaqı Qəhrəmanı

•Makayev Saxay

•Buganov Hacı

•Suleymanov Rizvan

•Suleymanov Yakov

•Həsən Kəmalov

•Huseyn Kuşayev

Kosmos Musa Manarov

Mənbə Республиканская газета «ИЛЧИ» на лакском языке www.lakia.net Фестиваль лакской песни Лакцы. Российский этнографический музей İstinadlar

Kateqoriya:Qafqazda yaşayan müsəlman etnik qruplar Kateqoriya:Nax-Dağıstan xalqları Kateqoriya:Şimali Qafqazdakı yerli xalqlar