Merovinqlər – Frank dövlətində ilk kral sülaləsi (751 ilədək). Əfsanəvi banisi Meroveydir, sülalənin adı buradandır. Əsas nümayəndələri: Xilderik (457–481), I Xlodviq (481–511), I Xilperik (561–584), I Sigebert (561–575), II Xlotar (584–629, Neystriyada 613 ilə qədər), I Daqobert (629–639), III Xilderik (743–751). I Daqobertin "Tənbəl krallar" adlanmış varislərinin dövründə dövləti əslində mayordomlar idarə edirdi.

Tarixi 486-cı ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, əfsanəvi Meroveyin(dənizdən törəyən) nəslindən olan(Merovinqlər sülaləsi adını buradan götürür)Xlodviq (486–511)dururdu. Frank dövlətinin tarixi 5 əsrin sonundan 7 əsrin sonuna qədərki dövrünü əhatə edən, adətən Merovinqlər dövrü adlanan birinci dövrü belə başladı. Merovinqlər sülaləsinin üçüncü nümayəndəsi olan Xlodviq böyük qoşun toplayır və keçmiş romalı maqnat Siaqrini darmadağın edərək, Suassonu və, Luara çayı daxil, bütün Şimali Qalliyanı zəbt edir. Öz hakimiyətini möhkəmləndirmək və xristian ruhanilərinin dəstəyini qazanmaq üçün 496 ildə Xlodviq öz qoşunu və yaxınları ilə birlikdə xristianlıqı qəbul edir. История Средних Веков. Москва."Прсвещение" 1986 səh 34 Xlodviqin dövründə Akvitaniya(507), onun xələfləri zamanında Burqundiya(534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536). 6 əsrin ortalarına doğru Frank dövləti keçmiş Roma əyaləti Qalliyanın, demək olar, bütün ərazisini əhatə edirdi.Franklar Reynin y tayında yaşayan bir sıra qədim alman tayfalarını da özlərinə tabe etmişdilər; türinqlər, alemanlar və bavarlar frankların ali hakimiyətini qəbul etmişdilər; sakslar onlara illik bac verməyə məcbur edilmişdilər. Frank dövləti Avropanın qitə hissəsində bütün başqa barbar krallıqlarına nisəbətən xeyli uzun müddət yaşadı; bu krallıqlardan bir çoxunu(əvvəlcə Vestqot Krallığının bir hissəsini və Burqund Krallığını, sonra Lanqobard Krallığını)öz tərkibinə qatdı. Orta Əsrlər Tarixi "Maarif" Nəşriyatı Bakı-1988 səh 96

Xronologiya və ərazi Dövr Suasson Paris Orlean Mets 481–511 I Xlodviq 511–524 I Xlotar I Xildebert Xlodomir I Teodorix 524–534 534–548 I Teodebert 548–555 Teodebald 555–558 558–561 Dövr Neystriya Paris Burqundiya Avstraziya 561–567 I Xilperik I Xaribert Quntramn Siqibert 567–575 575–584 II Xildebert 584–592 II Xlotar 592–595 595–612 II Teodorix II Teodebert 612–613 II Siqibert 613–629 Dövr Neystriya + Burqundiya + Avstraziya Akvitaniya 629–632 I Daqobert II Xaribert 632–639 Dövr Neystriya + Burqundiya Avstraziya 639–656 II Xlodviq III Siqibert 656–657 657–673 III Xlotar II Xilderik 673–675 675–675 III Teodorix III Xlodviq 676–679 II Daqobert 679–691 (Mayord Pipin Qeristalskiy) 691–695 IV Xlodviq 695–711 III Xildebert 711–715 III Daqobert 715–717 II Xilperik 717–719 IV Xlotar (Mayord Karl Martell) 719–721 721–737 IV Teodorix (Mayord Karl Martell) 737–741 Karl Martell Dövr Neystriya + Burqundiya + Provans Avstraziya + Alamaniya + Türinqiya 741–743 Mayordla Pipin Qısa Mayordla Karloman 743–747 III Xilderik 751–768 Pipin Qısa kral oldu. Merovinqlər sülaləsinin sonu.

İstinadlar

Kateqoriya:Fransa tarixi Kateqoriya:486-cı ildəki hadisələr Kateqoriya:Sülalələr Kateqoriya:Tarixi Avropa monarxiyaları Kateqoriya:VII əsrdə Avropa