Marci Velma Barfild (; d. 29 oktyabr 1932, Cənubi Karolina, ABŞ — ö. 2 noyabr 1984, Roli, Şimali Karolina, ABŞ) — bir qətldə günahlandırılan, lakin nəticədə cəmi altı cinayət olduğunu etiraf edən amerikalı seriyalı qatil. Barfild 1976-cı ildə edam cəzası bərpa edildikdən sonra 1962-ci ildən bəri ABŞ-də edam edilən ilk qadın idi. O, eyni zamanda ölümcül inyeksiya ilə edam edilən ilk qadın idi.

Tarix Velma Barfild Cənubi KarolinadaCrimes of the Centuries: Notorious Crimes, Criminals, and Criminal Trials in American History p. 59 anadan olub, lakin Şimali Karolina ştatının, Feyetvill şəhərində böyüyüb. Barfildin atasının fiziki istismar etdiyi və anası Lilian Bullardın müdaxilə etmədiyi bildirildi. O, 1949-cu ildə Tomas Berk ilə evlənərək qaçdı. Cütlüyün iki övladı var idi və deyilənə görə, Barfilddə histerektomiya və bel ağrısı büruzə verənə kimi xoşbəxt idilər. Bu hadisələr Barfilddə rəftarının dəyişilməsinə və narkomaniyaya səbəb oldu.

Berk içməyə başladı və Barfildin şikayətləri acı mübahisələrə çevrildi. 4 aprel 1969-cu ildə Berk çıxdıqdan sonra Barfild və uşaqlar evdən getdilər, onlar geri dönəndə tikilinin yandığını və Berkin öldüyünü gördülər.Vronsky, Peter. Female Serial Killers: How and Why Women Become Monsters, p.197–98. Berkley Books, 2007, Bir neçə ay sonra öz evi yandı, ancaq siğortalandı. 1970-ci ildə Barfild Cenninqs Barfild adlı dul kişi ilə evləndi. Evləndiklərindən bir ildən az müddət sonra Cenninqs 22 mart 1971-ci ildə ürək tutmasından öldü.

1974-cü ildə Barfildin anası Lilian Bullard ağır ishal, qusma və ürək bulanması əlamətlərini göstərdi, lakin bir neçə gündən sonra sağaldı. Elə həmin ilin Milad günlərində Bullard eyni xəstəlikdən əziyyət çəksə də, 30 dekabr 1974-cü ildə xəstəxanaya qəbul olunduqdan bir neçə saat sonra xəstəxanada öldü.

1976-cı ildə Velma Barfild Montqomeri və Dolli Edvardslarda çalışaraq yaşlılara qayğı göstərməyə başladı. Montqomeri xəstələndi və 29 yanvar 1977-ci ildə öldü. Ərinin ölümündən bir ay sonra Dolli Bullard ilə eyni simptomları göstərdi və martın biri vəfat etdi. Barfil daha sonra cinayəti etiraf etdi. Növbəti il Barfild başqa bir götürdü, belə ki, o, ayağını sındıran 76 yaşlı Rekord Liyə baxdı. 4 iyun 1977-ci ildə Linin həyat yoldaşı Con Henri qusma və ishal ilə birlikdə mədəsində və sinə nahiyəsində ağrılar hiss etməyə başladı. O, çox keçmədən öldü və Barfild daha sonra cinayətini etiraf etdi.

Digər bir qurban Barfildin sevgilisi və Dolli Edvardsın qohumu Rouland Stuart Teylor idi. Barfild Teylorun pivəsinə və çayına arsen tərkibli siçovul zəhəri qatdı. O, 3 fevral 1978-ci ildə öldü. Meyiti yaran zaman Teylorun cəsədində arsen tapıldı.

Həbs edildikdən sonra Cenninqsin cəsədi eksqumasiya edildi və arsen izləri tapıldı. Qətl Barfildin özünün törətdiyini inkar etdiyi bir cinayət idi. Baxmayaraq ki, sonradan Bullard, Dolli Con Henri Li cinayətlərini etiraf etsə də, yalnız Teylorun öldürülməsinə görə ittiham edildi və məhkum olundu.

Müğənni və bəstəkar Conatan Berd Cenninqsin birinci həyat yoldaşından olan nəvəsidir. Onun "Wildflowers" albomundakı "Velma" mahnısı cinayətlər və istintaq barədə şəxsi məlumat verir.Druckenmiller, Tom, "Off the Beaten Track: Jonathan Byrd – Wildflowers", Sing Out!, 45:4 (Winter 2002) p.134

Həbsxana və edam Barfild Şimali Karolina ştatının Roli şəhərindəki Mərkəzi Həbsxanada qaçmağa meyilli məhkumlar və əqli qüsurlu məhkumlar üçün bir ərazidə həbs edildi. Çünki o zaman ölüm hökmü çıxarılan qadınlar üçün xüsusi bir sahə yox idi və o, dövlətin yeganə ölüm hökmü çıxarılan qadın məhkumu idi. Sonradan Şimali Karolina Qadın üçün İslah Müəssisəsində Şimali Karolinadakı qadın məhkumlar üçün ölüm sırası bölməsi yaradıldı.

Ölüm sırasında olduğu müddətdə Barfild dindar bir xristian oldu. Son bir neçə ilini məhkumlara xidmət edərək keçirdi. Barfildin Xristian keşişlər heyətində iştirakı o qədər geniş idi ki, ömürlük həbs cəzasının dəyişdirilməsi üçün bir cəhd edildi. Müraciət üçün ikinci bir əsas Barfildin dissosiativ şəxsiyyət pozğunluğundan əziyyət çəkdiyini iddia edən Nyu-York Universiteti Tibb məktəbinin psixiatriya professoru Doroti Otnou Lyuisin ifadəsi idi.Nelson, Polly. Defending the Devil: My Story as Ted Bundy's Last Lawyer. 1994, William Morrow, New York. . Page 153.

Barfildin müraciəti Federal Məhkəmədə rədd edildikdən sonra o, vəkillərinə ABŞ Ali Məhkəməsinə növbəti müraciətdən imtina etmələrini tapşırdı. Barfild 2 noyabr 1984-cü ildə Mərkəzi Həbsxanada edam edildi. O, edamdan əvvəl belə bir açıqlama verdi :

Barfild birinci əri Tomas Berkinin yanında Şimali Karolinadakı kiçik bir kənd qəbiristanlığında dəfn edildi.

Həmçinin bax Eylin Uornos

İstinadlar

Kateqoriya:ABŞ seriyalı qatilləri Kateqoriya:Qadın seriyalı qatillər Kateqoriya:Qadın qatillər Kateqoriya:ABŞ qadınları Kateqoriya:Xristianlıq Kateqoriya:Qadın ilkləri