Amuda (, ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Əl-Qamışlı rayonunun Amuda nahiyəsində şəhər. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir.
Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Suriya Demokratik Qüvvələrinin idarəsi altındadır.
Coğrafiya Amuda Suriyanın Türkiyə ilə olan sərhədində, Əl-Həsəkə şəhərinin şimalında, Əl-Qamışlı şəhərinin şərqində, Əl-Qamışlı ilə Rəsulayn arasındakı yolun üzərində yerləşir. Amuda dəniz səviyyəsindən 461 metr yüksəklikdə yerləşir.
Əhali 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir. Şəhər əhalisinin 90%-ni kürdlər və yezidilər təşkil edir. Həmçinin, şəhərdə əhəmiyyətli bir ərəb icması, eləcə də bir aysor ailəsi yaşayır.
İstinadlar
Kateqoriya:Suriya şəhərləri