Urvan rayonu (, Официальный сайт Урванского муниципального района Кабардино-Балкарской Республики. Постановления главы администрации Урванского муниципального района См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Nartkala şəhəridir.

Coğrafiyası Urvan rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Proxladnenski və Baksan rayonları, şərdə Mayski rayonu, cənub-şərqdə Leskenski rayonu, cənubdan Çerek rayonu, , qərbdən isə Çeqem rayonu. Rayonun sahəsi 458,10 km²-dir.

Tarixi Kabardin Muxtar Vilayətinin yaradılması haqqında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 1 sentyabrın 1921-ci il fərmanı ilə həmçinin Urvan daireəsidə təşkil olunur. 12 avqust 1926-cı ildə rayon aşağıdakı kənd sovetliklərindən ibarət idi: Staro-Çerekski, II Leskenski , Staro-Leskenski, Uruxski, Arqudanski, Staro-Uruxski, Jemtalinski, Psıqansuevski, Kaxunski, Nijne-Çerekski, Ozrekovski.

24 sentyabr 1926-cı ildə II Leskenski kənd sovetliyindən Erokkovski (Erokko kəndi), Psıqansuevski kənd məclisindən isə Zaraqijski (Zaraqij kəndi) ayrılırАдминистративно-территориальные преобразования в Кабардино-Балкарии. История и современность. — Нальчик : Эль-Фа, 2000. — 730 с..

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 30 sentyabr 1931-ci il tarixli qərarı ilə Urvan dairəsi Urvan rayonuna çevrildi.

1937-ci ildə Urvan rayonu iki hissəyə bölünür. Nəticədə ərazisinin bir hissəsində Leskenski rayonu qurulur.

1944-cü ildə Jemtalinski və Zaraqijski kənd sovetlikləri Urvan rayonundan ayrılaraq Sovetski rayonuna birləşdirilir.

1962-ci ildə Urvan, Leskenski və Sovetski rayonlarının torpaqlarını, həmçinin Çeqem rayonunun Qermençik və Nartan kənd sovetliklərini özündə birləşdirən Urvan kənd rayonuna çevrildi.

1964-cü ilin sonunda Urvan kənd rayonu yenidən Urvan rayonuna çevrildi. Sovet rayonu əvvəlki sərhədlərinə qaytarılmış, Nartan kənd sovetliyi isə Çeqem rayonuna verilmişdir.

8 avqust 2003-cü ildə Kabarda-Balkariya Respublikası Parlamenti inzibati mərkəzi Anzorei kəndində olan Leskenski rayonunu yenidən təsis etdi.

2005-ci ildə rayonda yerli idarələr ləğv edildi. Nəticədə isə 1 şəhər və 11 kənd yaşayış məntəqəsi statusu daşıyan 12 bələdiyyə quruldu.

Əhali Urbanizasiya 2019-cu il 1 yanvar tarixinə əsasən şəhər şəraitində (Nartqala ş.) rayon əhalisinin 41.47 % yaşayır. Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %Kabardinlər 57 795 80,51 %ruslar 8 160 11,37 %türklər 3 685 5,13 %digərləri 2 093 2,92 %milliyyətini bildirməyənlər 49 0,07 %ümumi 71 782 100,0 %

Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 7 250 6 892 14 142 19,70 % 15 — 59 yaş 23 450 25 535 48 985 68,24 % 60 yaşdan yuxarı 3 071 5 584 8 655 12,06 % ümumi 33 771 38 011 71 782 100,0 % Kişilər — 33 771 nəf. (48,0 %). Qadınlar — 38 011 nəf. (52,0 %)..

Əhalinin orta yaşı — 34,4 yaş. Kişilərin orta yaşı — 32,6 yaş. Qadınların orta yaşı — 36,1 yaş.

İstinadlar

Mənbə Официальный сайт администрации Урванского района Урванский район на портале Правительства Кабардино-Балкарской Республики Урванский районный суд

Kateqoriya:Kabarda-Balkariya rayonları Kateqoriya:1921-ci ildə yaranmış dövlətlər və ərazilər