Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. 300px|thumb|Ərəbistan yarımadasının coğrafi xəritəsi

Ərəbistan yarımadası haqqında qısa məlumat Əsil adı "Şibhu Cəzirətil-Ərəb" (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə "Cəzirətul-ərəb" deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunurKudret Büyükcoşkun, Arabistan, İslam Ansiklopedisi, İstanbul, 1991, c.3, s. 248.. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Bəbül-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşirProf. Dr. İbrahim Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, Ankara, 2012, s. 19.. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10–15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədirDr. Neşet Çağatay, "İslamdan önce Arap tarihi ve Cahiliye Çağı", Ankara, 1957, s. 1..

Misir, Fələstin və Mesopotamiyada olduğu kimi Ərəbistanda da arxeoloji qazıntılar aparılana qədər, bu bölgənin ilk dövr tarixi qaranlıqda qalmağa məhkumdur. Tədqiqatçı yarı-gerçək və yarı-yanlış fərziyyələrin qalıqları arasında ehtiyatla hərəkət etmək məcburiyyətindədir. Tarixçi, əlindəki az bir qisim məlumatla, bu fərziyyələri nə tamamlaya bilər, nə də rədd edə bilər. Bunların ən məşhuru, ən seçilmiş iki qabaqcılının adlarını daşıyan "Vinckler-Caetani" nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, Ərəbistan əvvəllər çox məhsuldar bir bölgə və Sami qövmlərinin ana vətəni idi. Yarımada min illərlə davamlı şəkildə qurumağa, sərvət mənbələri ilə su yollarının tükənməsinə və əkinçiliyə əlverişli torpaqların səhraya çevrilməsinə məruz qaldı. İstehsalın geriləməsilə bərabər əhalinin sayındakı artım böhranlara səbəb oldu. Bunun nəticəsində də yarımadada yaşayan Sami qövmləri zamanla qonşu ölkələri istila etdilər. Süryaniləri, Aramiləri, Kənaniləri (Finikiyalılarla İbranilər daxil olmaqla) və nəhayət məhz Ərəbləri münbit hilal ölkələrinə yönəldən bu böhranlar oldu. Bu halda isə tarixdəki ərəblər qədim zamanlarda baş verən böyük işğalların, bunlardan fərqli xüsusiyyət daşımayan qalıqlarıdır. Ərəbistan geoloji baxımdan hələ də əsaslı şəkildə araşdırılmamış olmasına baxmayaraq, adı çəkilən nəzəriyyəni dəstəkləyən bəzi dəlillər, qurumuş su yolları və ölkənin qədim məhsuldarlığına işarə edən başqa əlamətlər əldə edilmişdirBernard Lewis, Tarihte araplar, Ağaç kitap evi yayınları, İstanbul, 2009, s. 35..

Ərəbistanın coğrafi vəziyyəti haqqında məlumat verən İslam coğrafiyaçılarından Əsmai yarımadanı Yəmən, Nəcd, Hicaz və Tihamə olmaqla dörd, İstəxri isə Hicaz, Nəcd və Yəmən olaraq üç hissəyə ayırmaqdadır. Yarımadanı Həmdani ilə Müqəddəsi Şam və Yəmən adı ilə iki hissəyə, Bəkri ilə Yaqud əl-Həməvi isə daha ətraflı şəkildə təsnifləndirmək surətilə Tihamə, Hicaz, Nəcd, Əruz və Yəmən olaraq beş hissəyə ayırmaqdadır. Müasir dövrdə siyasi dəyişikliklər nəzərə alınaraq Ərəb yarımadası Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveyt sərhədləri içində qalan bölgə olaraq müəyyənləşməkdədir və ərazisi 3 milyon kvadratkilometrdən çoxdur (3.184.515 kvadrat kilometr). İslamdan əvvəl Ərəb yarımadasında müəyyən bir sistemin varlığı bilinməməkdədir. Yarımadanı bütünlüklə hakimiyyəti altnda saxlayan mərkəzi idarə mövcud olmamışdır. Ancaq yarımadanın şimal-şərqində Hirəlilər, cənub-qərbində Qəssanilər, cənubunda yerləşən Yəməndə isə Səbə və Himyər krallıqları kimi dövlətlər qurulmuşdurProf. Dr. İbrahim Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, Ankara, 2012, s. 20..

Nəbatilər dövləti Bu dövlət, Fələstinin cənubundakı qədim Edom bölgəsində qurulmuşdur. Sərhədləri, cənubda Əqəbə körfəzinin aşağı hissələrinə qədər uzanırdı. Buralarda çox qədim zamanlardan Hurrilər yaşayırdı. Bunlardan sonra Edomlular məskunlaşmışdılar ki, bunlar da, İsrail hökmdarı Davud və oğlu Süleyman dövründə İsrail oğulları boyunduruğu altından qurtulmaq üçün çalışsalar da, bu istəklərinə ancaq ikinci Babil kralı Nabuhodonosorun, İsrail kralı Jokanias dövründə eradan əvvəl 599-cu ildə Fələstinə hücumunda ona yardım etmək surətilə müzəffər ola bilmişdilər. Nabuhodonosor Edomluların bu yardımlarına qarşılıq olaraq, onlara toxunmamış, onlar da sərhədlərini genişləndirə bilmişdilər. Fəqət eradan əvvəl beşinci yüzillikdə şərqdən gələn Nəbatilərin hücumlarına məruz qalaraq onlara qarışıb, assimilyasiyaya uğramış və bu hadisələrdən sonra meydana "Nəbatilər dövləti" adı ilə yeni bir dövlət çıxmışdırDr. Neşet Çağatay, "İslamdan önce Arap tarihi ve Cahiliye Çağı", Ankara, 1957, s. 34..

Yazılı mənbələrdə Nabat, Nəbat, Nəbit, Ənbat, Nəbati və Nubati şəklində qeyd edilən adın – yaşadıqları bölgəyə istinadla – "fışqırmaq, parlamaq" mənalarındakı, Akkad dilində nabatu məsdərindən və ya Tövratdakı Nabayot şəxs adından (babaları olan İsmayılın böyük oğlu) gəldiyi qeyd edilməkdədir. İslami qaynaqlarda Ənbatus-Səvad (İraq) və Ənbatuş-Şam (Suriya) olaraq iki cür bəhs edilən Nəbatilərlə əlaqəli bir-birindən çox fərqli fikirlər ortaya atılmışdır. Buna görə də;

Nəbatilər əslində ərəbdir; fəqət xaricilərlə (əcəm) birlikdə yaşamaları səbəbindən nəsəbləri qarışmış və dilləri dəyişmişdir. Səvad Nəbatiləri kökləri İrəmə gedib çıxan Aramilərdir. Dəhhaq İraqda bir şəhər qurmuş və Nəbatilər bura yerləşmişdir. Buxtunnəsr ərəb əsirlərini Ənbarda toplamış, bu səbəbdən də bura Ənbarul-Ərəb deyilmiş və bunlar daha sonra Nəbatilərlə qarışmışdırAhmet Ağırakça, Nabatiler, İslam Ansiklopedisi, İstanbul, 2006, c.32, s. 257..

Bu dövlət ən qüdrətli dövründə Şimali Hicazın böyük bir hissəsini əhatə etməklə, Əqəbə körfəzindən Aralıq dənizinə qədər yayılan geniş bir əraziyə hakim olmuşdur. Kitabələrdən tanınan ilk kral miladdan əvvəl 169-cu ildə Aretasdır (ərəbcə: Harisə). Mərkəzi şəhəri müasir İordaniya Krallığı torpaqlarında yerləşən Petra şəhəri idi. Nəbati krallığının Roma ilə ilk dəfə əlaqə qurması eramızdan əvvəl 65-ci ildə Pompeiusun Petra şəhərini ziyarət etməsilə baş tutdu. Romalılar ərəb krallığı ilə dostluq əlaqələri qurdular. Bu krallıq Roma imperatorluğunun şərqdəki torpaqları ilə çöl arasında bir növ sərhəd dövləti vəzifəsi daşımaqdaydı. Eradan əvvəl 25–24-cü illərdə Aelius Gallusun səfərində, Nəbati krallığı bir vasitə olaraq istifadə edildi. Yəməni zəbt etməkdən ötrü Augustus tərəfindən göndərilən bu hərbi səfər, romalıların Ərəbistana nüfuz etmək məqsədilə etdikləri tək təşəbbüsdür. Bunun səbəbi, Hindistan ticarət yolunun cənub qapısını nəzarət altına almaq idi. Qırmızı dənizin sahilindəki bir Nəbati limanından gemiyə minən Aelius Gallus Yəməndə sahilə çıxaraq, ölkənin içərilərinə qədər irəliləməyi bacardı. Buna baxmayaraq səfər uğurla nəticələnmədi və romalıların zəlil halda geri çəkilməsilə sona çatdıBernard Lewis, Tarihte araplar, Ağaç kitap evi yayınları, İstanbul, 2009, s. 40..

Nəbatilərin soykökü haqqında müxtəlif fikirlər irəli sürülmüşdür:

Tövratda onların İsmayılın oğlu Nabayotun soyundan gəldikləri qeyd edilir. Əvvəl İraq ətrafında olduqları halda daha sonralar qərbə — Edom bölgəsinə gəlmişlər; Ərəb yarımadasının Səmmar dağları ərazisindən gəlmişlər; — bu halda isə birbaşa Edoma deyil, əvvəlcə Mesopotamiyaya gedib məskunlaşdıqdan sonra assuriyalıların oradan qovub çıxartdıqları səbəbilə Edoma gəlmişlər; Bəsrə körfəzi ətrafından gəldikləri kimi, Petra bölgəsinə də haradan gəldikləri mübahisəli bir mövzudur. Digər tərəfdən onların soykökü baxımından ərəb yoxsa arami olduqları da dəqiq şəkildə müəyyənləşdirilməmişdir. Nəbatilərdən qalan kitabələrin ərəb dili ilə yazılmasına görə hökm verən alimlər onların arami olduqlarını söyləyirlər. Qədim dövrlə bağlı araşdırma aparan qərb tarixçilərinə görə isə kitabələrdə adı keçən Nəbatlı hökmdar adlarının əl-Haris (qədim yunan dilində Aretas), Übadə (qədim yunan dilində Obadas) və Malik (qədim yunan dilində Malikus) olması onların ərəb olduğu ehtimalını qüvvətləndirirDr. Neşet Çağatay, "İslamdan önce Arap tarihi ve Cahiliye Çağı", Ankara, 1957, s. 35..

Eradan əvvəl IV əsrin sonlarından etibarən varlığı bilinən Nəbati krallığının meydana gəlmə tarixi dəqiq olaraq məlum deyil. Bu dövlət İsgəndərin ölümündən sonra Diadoklar zamanında önəmli rol oynamışdır. Antigonosun iki dəfə Petra şəhərinə göndərdiyi Suriya ordusunu məğlubiyyətə uğratmışdılar. Miladdan əvvəl 170-ci ildən sonrakı Nəbati krallarının adları və hökmranlıq tarixləri daha aydın şəkildə təsbit edilməkdədir. Onlardan birincisi I Arethas (haris), ən böyükləri miladdan əvvəl 8 və ya miladdan sonra 40-cı illər arasında səltənət sahibi və Nil vadisi – Əqəbə körfəzindən Şimali Hicazın böyük bir qismi daxil olmaqla Fərata qədər olan torpaqların tamamına hökmedən IV Arethas və sonuncusu III Malicosdur (Malik). Dövlət Roma imperatoru Traianus zamanında paytaxtı Petra işğal edildikdən sonra süqut etmiş (106), bu tarixdən sonra Nəbatilər, Sina yarımadası və Şərqi Aralıq dənizi sahilləri ilə Fərat çayı arasında dağınıq halda varlıqlarını davam etdirmişlər.

Eradan sonra I yüzillikdə Roma-Nəbati əlaqələri pozuldu və miladdan sonra 105-ci ildə imperator Traianus Nəbatın şimalını, Palaestina Tertia adı ilə tanınan Roma əyaləti halına gətirdi. Sərhəd bölgələrində yaşayan ərəblərdən, Roma İmperatorluğuna heç olmasa bir imperatorun, miladdan sonra 244-cü ildən 249-cu ilə qədər hökm edən Filippusun yetişdiyini qeyd etməliyik. Onun ölümündən sonrakı dövrdə Suriyanın cənub-şərqində aramiləşmiş ərəb sərhəd dövlətlərindən ikincisi meydana gəldi. Bu, Suriya-Ərəbistan çölündə, qərb ticarət yolunun başlanğıc nöqtəsində qurulmuş olan Palmira KrallığıdırBernard Lewis, Tarihte araplar, Ağaç kitap evi yayınları, İstanbul, 2009, s. 40–41..

Tədmurlular dövləti Üçüncü əsrdə Sasani şahları ilə Rum imperatorları arasında baş vermiş müharibələr və Həbəşilərin Ərəbistanın cənubuna müdaxilə etməsi nəticəsində Hind okeanında gəmilərin gediş-gəlişi azaldı. Nəticədə dəniz vasitəsilə olunan ticarətin əvəzinə, Ərəbistanın quru səhralarından keçən ticarət yolu rövnəq tapdı. Bu dəyişiklik nəticəsində Palmira (onun başqa bir adı Tədmurdur) Petranın yerini əvəz etdiDr. Cəfər Şəhidi, "İslam tarixi və təhlillər", Bakı, 2006, s. 16.. İlk hökmdarı, Sasanilərə qarşı müharibədə yardım etdiyinə görə, imperator Qalüenus tərəfindən miladi 265-ci ildə kral olaraq tanınan Odenathusdur (ərəbcə: Üzeynə). Onun ölümündən sonra, yerinə dul arvadı məşhur Zenobia (ərəbcə: Zeynəb) keçdi. Bu qadın, bir müddət, Yaxın Şərqin böyük bir hissəsinin kraliçası oldu və klassik qaynaqlarda göstərilən Athenodorus adı ilə tanınan oğlunu Caesar Augustus elan etdi.