Abazin rayonu (, , , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İnjiç-Çuqun auludur. Coğrafiyası Abazin rayonu Qaraçay-Çərkəz Respublikasının mərkəzi hissəsində yerləşir. Rayonun sahəsi 300,19 km²-dir.
Qərbdə Xabez rayonu, şimalda Adıge-Xabl rayonu, şərqdə Çerkessk şəhər rayonu və Ust-Cequtin rayonu ilə həmsərhəddir. Rayon şərqdə Kuban çayı, qərbdə onun sol qolu olan Kiçik Zelençuk çayı ilə sərhədlənir. Rayonun digər əhəmiyyətli çayları: Elburqan, Bolşoy Elbruqan, Hatapatikor, Kara-Paqo və Çibiş. Tarixi Çərkəz milli dairəsi mövcudluğu dövründə (1926-1928), abazinlərin cəmləşdiyi Abazin-Noqay və Elburqan rayonlarını əhatə etdirdi. Sonradan Abazinlərin sonradan öz «milli» rayonları olmamışdır. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərindən Abazin icması Abazin rayonunun təşkili barədə fikirlər səsləndirirdilər. Sovet İttifaqından sonrakı dövrdə V.İ.Xubiyev (1992-1999) və V.M.Semenov Qaraçay-Çerkesiyanın başında olanda bu fikirlər respublika rəhbərliyi səviyyəsində dəstəklənmişdir. Lakin icrata alınmamışdır.
25 dekabr 2005-ci ildə Prikubanski, Ust-Cequtinski və Xabez rayonlarının abazinlərin cəm halında yaşadığı 5 aulundan Abazin rayonunun təşkili ilə bağlı referendum keçirildi. 29 dekabr 2005-ci ildə referendumun nəticələri Qaraçay-Çərkəz Respublikası Xalq Məclisinin qərarı ilə təsdiq edildiКавказский узел. В Карачаево-Черкесии образован новый Абазинский районRegions.ru. В Карачаево-Черкесии образован новый район. Rusiya Federasiyası Hökuməti 1 iyun 2006-cı il tarixində yeni rayonun adını təsdiqlədi. Rayonun rəsmi saytına görə, rayonun rəsmi tarixi 25 dekabr 2005-ci ildir.
Yeni rayona beş yaşayış məntəqəsi daxildir - Kubina aulu (Ust-Cegutinski rayonu), Psıj və Kara-Paqo aulları (Prikubanski rayonu), Elburqan və İnjiç-Çukun aulları (Xabez rayonu). 27 noyabr 2006-cı ildə Qaraçay-Çərkəz Respublikası Parlamentinin qərarı ilə «Yujnı» istixana kompleksi Abazin rayonuna verilir. 1 iyun 2006-cı ildən etibarən rayonun müvəqqəti rəhbərliyi fəaliyyətə başlayaır. Abazin rayonunun yeni hakimiyyəti və idarələri 1 yanvar 2009-cu ilədək tam şəkildə formalaşdırılır.
Əhali Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %abazinlər 14 808 86,75 %çərkəzlər 853 5,00 %ruslar 690 4,0 %qaraçaylılar 327 1,92 %noqaylar 59 0,35 %tatarlar 50 0,29 %abxazlar 41 0,24 %digərləri 169 0,99 %milliyyətini bildirməyənlər 72 0,42 %ümumi 17 069 100,0 %
Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 1 629 1 524 3 153 18,47 % 15 — 59 yaş 5 627 5 937 11 564 67,75 % 60 yaşdan yuxarı 908 1 444 2 352 13,78 % ümumi 8 164 8 905 17 069 100,0 % Kişilər — 8 164 nəf. (47,8 %). Qadınlar — 8 905 nəf. (52,2 %).
Əhalinin orta yaşı — 35,7 yaş. Kişilərin orta yaşı — 34,3 yaş. Qadınların orta yaşı — 37,0 yaş.
İstinadlar
Mənbə Официальный сайт Карачаево-Черкесской Республики
Kateqoriya:Qaraçay-Çerkesiya rayonları Kateqoriya:2006-cı ildə yaranmış dövlətlər və ərazilər