Orta Açaluk (Оздоев И. А. Русско-ингушский словарь: 40 000 слов / Под. ред. Ф. Г. Оздоевой, А. С. Куркиева. — М.: Русский язык, 1980. — 832 с. — С. 831., А. Г. Мациев, А. Т. Карасаев. Русско-чеченский словарь. — М., Русский язык, 1978. — 728 с. — С. 728.) — İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd.

Coğrafiyası Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə — Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə)Согласно сервису Яндекс. Карты ., Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir.

Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə — Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok — Çermen — Vladiqafqaz magistral yolu boyunca yerləşir.

Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə — Yuxarı Açaluk kəndi, şimal-qərbdə — Qeyrbek-Yurt, şimal-şərqdə — Aşağı Açaluk və cənub-şərqdə — Pliyevo və Qarabulaq şəhəri. Объём 8 МБ.

Tarixi 1874-cü ildə kəndlə bağlı bunlar qeyd olunmuşdu: "Çayın yanında, Moskva poçt stansiyasının yolunda yerləşir. 220 ev, 1064 sakin (562 kişi və 502 qadın) qeydiyyata alınıb. Kəndin yerli sakinləri olan inquşlar sünni müsəlmanlardır.Сборник сведений о Кавказе. Том V / Списки населенных мест Кавказского края / Ч. 1. Губернии: Эриванская, Кутаисская, Бакинская и Ставропольская и Терская область / Сост. Н. Зейдлицем. — 1879. — C. 445.

1925-ci ilə qədər Orta Açaluk kəndi Şimali Qafqazdakı İnquş muxtar vilayətinin Açaluk bölgəsinin Orta Açaluk kənd məclisini təşkil etmişdi. Kənd 271 həyətdən ibarət idi, 1321 nəfər insan yaşayırdı (677 kişi və 644 qadın). Kənddə bir su quyusu, bir kitabxana (bir oxu zalı), iki kiçik sənaye müəssisəsi, bir dövlət (kooperativ) satış mərkəzi, 2 partiya təşkilatı var idi. Kənddə bir bazar xidmət göstərirdi.

1944–1957-ci illərdə çeçenlərin və inquşların sürgün edilməsi və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi zamanı kənd Asalık (Orta Asalık) adlandırıldı.В Президиум Верховного Совета РСФСР. Президиум Верховного Совета Северо-Осетинской АССР просит утвердить его постановление о переименовании населённых пунктов в новых районах, вошедших в состав Северо-Осетинской АССР… (см. документ № 99) 1958-ci ildə yer əvvəlki adına qaytarıldı.

1 yanvar 1990-cı il tarixindən etibarən Orta Açaluk Aşağı Açaluk kəndi ilə birlikdə Açaluk kənd sovetinin tərkibində idi (Yuxarı Açaluk üçün ayrıca Yuxarı Açaluk kənd soveti yaradılmışdı). Bu tarixdə Orta Açalukda 2028 nəfərin yaşadığı qeyd edilir.

Əhalisi

Əhalinin sayı

Əhalinin milli tərkibi 2010-cu ildə aparılan siyahıya almaya görə Orta Açalukun milli tərkibi belədir:: MillətSayı nəf.Ümumi əhaliyə nisbəti, %inquşlar 2942 99,8 %digərləri/bilinməyən 7 0,2 %cəmi 2949 100,00 %

İstinadlar