Maloqaraçayevsk rayonu (, , , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Uçkeken kəndidir. Coğrafiyası Maloqaraçayevsk rayonu Qaraçay-Çərkəz Respublikasının şərq hissəsində yerləşir. Rayonun ümumi sahəsi 1291,8871 km²-dir (2015-ci ilə olan məlumat). Aşağıdakı ərazilərlə həmsərhəddir:cənub-qərbdə Qaraçay rayonu, qərbdə Ust-Cequtinski rayonu, şərqdə Kabarda-Balkariyanın Zolski rayonu, şimal-şərqdə isə Stavropol diyarı Predqornı rayonu.
Tarixi Maloqaraçayevsk ilk dəfə 1922-ci ildə yeni təşkil olunan Qaraçay-Çərkəz Muxtar Vilayətinin Malo-Qaraçay rayonu olaraq təşkil olunur. O dövrdə rayon mərkəzi, rayonun özünə aid olmayan Kislovodsk şəhəri idi. 1957-ci ildə Qaraçay-Çərkəz Muxtar Vilayətinin yenidən qurulmasından sonra rayonun mərkəzi Üçkeken kəndinə köçrülür.
1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençuk aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu).
12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur; Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin; Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikuban və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin. Əhali Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə əhalinin sayı belə olacaqdır: 2024 — 42,97 min nəf. 2035 — 40,55 min nəf. Urbanizasiya Şəhər şəraitində (Ust-Cequta şəhəri) rayon əhalisinin 60,75 % yaşayır. Milli tərkib Xalq2002Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip , см. прим. ) 2010qaraçaylılar 33 428 (84,7 %) 37 643 (87,49 %)abazinlər 3 396 (8,6 %) 3 373 (7,84 %)ruslar 1 124 (2,8 %) 939 (2,18 %)kabardinlər 334 (0,8 %) 302 (0,70 %)balkarlar 159 (0,4 %) 145 (0,34 %)noqaylar 137 (0,3 %) 114 (0,26 %)laklar 72 (0,2 %) 62 (0,14 %)çeçenlər 230 (0,6 %) 60 (0,14 %)tatarlar 96 (0,2 %) 43 (0,10 %)çərkəzlər 35 (0,1 %) 40 (0,09 %)özbəklər 19 (<0,1 %) 37 (0,09 %)avarlar 36 (0,1 %) 30 (0,07 %)azərbaycan türkləri 34 (0,1 %) 30 (0,07 %)ukraynalılar 75 (0,2 %) 27 (0,06 %)digər millətlər 281 (0,7 %) 179 (0,42 %) 1959-cu il siyahıyaalınmasına görə Qaraçay-Çərkəz Muxtar Vilayətinin Maloqaraçayevsk rayonunda qaraçaylılar 61 %, ruslar — 16,2 %, abazinlər — 16,2 % təşkil etmişdir.
Bələdiyyə ərazi quruluşu Maloqaraçayevsk rayonu ərazisinə 14 yaşayış məntəqəsi daxildir. Bunun 10 kənd yaşayış məntəqəsidir:Caqa, Kiçi-Balık, Krasnı Vostok, Krasnı Kurqan, Qızıl-Pokun, Pervomayskoe, Rimqora, Tereze, Uçkeken, Elkuş.
Görməli yerləri Bu ərazidə bir çox təbii turistik yer vardır. Bunlar arasında:
Kiçmalka, Xasaut və Mushta çaylarının vadilərindəki mineral bulaqlar;
Bal şəlaləsi;
Roma dağı;
Xasaut yasaqlığı: Podkumok, Eşkakon və Xasaut çaylarının yuxarı axını, Böyük və Kiçik Bermamıt dağları.
Mənbə Официальный сайт Карачаево-Черкесской Республики Административно-территориальное деление КЧР Справочник почтовых индексов / кодов ОКАТО / налоговых инспекций ФНС / адресов
İstinadlar
Kateqoriya:Qaraçay-Çerkesiya rayonları Kateqoriya:1922-ci ildə yaranmış dövlətlər və ərazilər