Surat şəhərinin mühasirəsi , Surata (, — Hindistanın Qucarat ştatında şəhər) sığınan Seydi Əli Rəisin komandanlığı altındakı Osmanlı donanmasını təqib edən Portuqaliya donanmasının şəhərə hücum etməsi ilə meydana gəlmişdir. Əvvəli Türk donanması, Seydi Əli Rəisin komandanlığı ilə 1554-cü il iyulun 2-də Bəsrədən Süveyşə getmək üçün yola düşdü. 9 avqustda Hörmüzdə, 25 avqustda Maskatda Portuqaliya donanmasını devirdi. Ərəbistan dənizinin sahillərində, "fil tufanı" adlı qasırğaya tutulan donanma, 10 gün ərzində Qücərat sahillərinə çatdı. Donanma Daman limanında olarkən Məlik Əsəd, Seydi Əli Rəisə 87 hissədən ibarət Portuqaliya donanmasının onun arxasında olduğunuzu bildirəndə Türk donanması daha etibarlı olan şimaldakı Surata sığındı.
Mühasirə Suratda sahilə gələn Seydi Əli Rəis yerli xalqın və rejimin dəstəyi ilə qalanı müdafiə etməyə başladı. Gəmilərdən atılan atəş nəticəsində bir nəticə ala bilməyən Portuqaliya donanması, əsgərləri sahilə çıxararaq şəhəri mühasirəyə aldı. Yerli əhalidən kömək edənlər olduğu kimi düşmənlə birlik olanlarda var idi və mühasirə təxminən iki ay davam etdi. Şəhər bir neçə dəfə yıxılmaq nöqtəsinə gəlsədə, hər dəfəsində Seydi Əli Rəis və qarnizon komandiri Hüseyin ağanın komandanlığı altında olan müdafiəçilər işğalı dəf edə bildilər. Çoxlu itki verən Portuqaliya donanması, Qücərat şahı yaxınlaşdığı üçün mühasirəni dayandırdı və dəniz yolu ilə geri çəkildi.
Muhasirədən sonra Mühasirənin başında, Qücərat şahı bölgəyə gəlməyib Əhmədabada getdi. Artıq dənizə çıxmanın mümkün olmadığını düşünən Seydi Əli Rəis, qalan qalereyaları və topları satdı. İstanbula qayıdarkən, ittihamların qarşısında yaşadıqlarını sübut olaraq Qücərat hökumətindən bir növ qəbz alan Seydi Əli Rəis, az sayda adamı ilə bərabər quru yolu ilə İstanbula getmək üçün Hindistanın içərilərinə girdi.
Həmçinin bax Hörmüz dəniz müharibəsi Lepanto döyüşü Qucarat sultanlığı
Mənbə
Kateqoriya:Osmanlı–Portuqaliya müharibələri Kateqoriya:Qucarat sultanlığı Kateqoriya:Osmanlı imperiyasının mühasirələri