Sidney Erl Çaplin (31 mart 1926 – 3 mart 2009) — Çarli Çaplinin və onun ikinci həyat yoldaşı Lita Qreyin ikinci oğlu.
Sidney Çaplin atasının yolu ilə gedərək aktyor olub. O, atasının çəkdiyi 2 filmdə də iştirak edib. Amma o Hollivudda deyil, Nyu-Yorkdakı musiqi teatrında məşhurlaşıb. Sidney Çaplin Brodveydə oynanılan "Zənglər çalınır" adlı müzikldəki roluna görə "Toni" (teatr "Oskar"ı) mükafatı alıb. Onun ən əsas rolu isə Barbara Streyzandla bir yerdə oynadığı "Gülməli qız"da olub. Sidney Çaplin bu müziklə görə də "Toni" alıb.
O, 2003-cü ildə atası Çarli Çaplin barədə çəkilən sənədli filmdə özünü oynayıb.
Sidney Çaplin 3 dəfə evlənib. Sonuncu həyat yoldaşı Marqaret Biiblə Stefan adlı oğlu var.
Kinoları Limelight (1952) Land of the Pharaohs (1955) Confession (1955) Abdullah the Great (1955) Pillars of the Sky (1956) Fours Girls in Town (1957) Quantez (1957) A Countess from Hong Kong (1966) Double Face (1969)
İstinadlar
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Toni mükafatı laureatları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar