Alabama qraflıqlarının siyahısı — ABŞ-nin Alabama ştatının 67 qraflığı. Hər bir qraflıq öz sərhədləri daxilində yerli səviyyədə idarəetməni icra edir. İndiki ştat sərhədləri ilə əhatə olunmuş ərazi tədricən Amerika Birləşmiş Ştatlarına birləşdirildi. ABŞ İstiqlal müharibəsindən sonra, Qərbi Florida müqavilə ilə İspaniyaya verildi, qalan hissəsi isə ilk növbədə Missisipi Ərazisi və daha sonra Alabama Ərazisi olaraq təşkil edildi. Ərazi məclisi, 4 iyun 1800-cü ildə yaradılan Vaşinqton qraflığının ən qədim qraflıq formalaşması da daxil olmaqla, bu günə qədər mövcud qalan ən qədim qraflıq vahidlərini qurdu. 1814-cü ildə Fort Cekson Müqaviləsi ərazini Amerika mühacirləri üçün açdı, bu da öz növbəsində daha sürətlə qraflıqların yaradılmasına səbəb oldu. Alabama 1819-cu ildə 22-ci ştat olaraq İttifaqa qəbul edildi. Alabama ştatının qanunverici orqanı, Hindilərin Köçürülməsi Aktı qüvvəyə mindiyi və köçkünlərin Alabamanın müxtəlif ərazilərində məskunlaşdığı üçün keçmiş yerlilərin torpaqlarından əlavə qraflıqlar yaratdı. 1820-ci ildə Alabamanın 29 qraflığı var idi. 1830-cu ilə qədər 36 qraflıq var idi və yerli amerikalılar hələ də Alabamanın şimal-şərqində və uzaq qərbində geniş əraziləri işğal edirdilər. 1840-cı ilə qədər 49, 1850-ci ilə qədər 52, 1870-ci ilə qədər 65, və 1903-cü ilə qədər indiki 67 qraflıq yaradılmışdı.Foscue, Virginia O. (1989) Place Names in Alabama. Tuscaloosa, Alabama: University of Alabama Press. 9 fevral 1903-cü ildə yaradılmış Hyuston qraflığı ştatdakı son yaradılan qraflıq idi.
2021-ci il ABŞ əhalisinin siyahıyaalınması məlumatlarına görə, Alabamanın 67 qraflığının ortalama əhalisi 75.222 nəfərdir, ən sıx məskunlaşan Cefferson qraflığı (667.820) və ən az olan Qrin qraflığıdır (7.629). Ortalama torpaq sahəsi -dir. Ən böyük qraflıq Bolduin (), ən kiçik isə Etovadır (). Alabama Konstitusiyası tələb edir ki, Alabamada hər hansı yeni qraflıq ən azı ərazini əhatə etsin və bu, ştatda yeni qraflıqların yaradılmasını effektiv şəkildə məhdudlaşdırır.Wikisource:Alabama State Constitution of 1901/Initial Constitution#Section 39
Alabama Gəlir Departamenti Motorlu Nəqliyyat Bölməsi avtomobilin qeydiyyatda olduğu qraflığı müəyyən edən bir və ya iki rəqəmli nömrə daşıyan standart nəqliyyat vasitəsi qeydiyyat nişanları verir. Bu nömrə aşağıdakı cədvəlin dördüncü sütununda verilmişdir. İlk üç prefiks ştatın tarixən ən sıx məskunlaşan qraflıqları üçün saxlanılır və bundan sonra əlifba sırası ilə davam edir. Fərdi nömrə nişanları hər bir lisenziyalaşdırma idarəsində ardıcıl olaraq verilir. Prefiksin bir və ya iki rəqəm olmasından asılı olaraq nömrələr XAA1111 və ya XXAA111 formatındadır. Normadan artıq qeydiyyatları qeydiyyat nömrələrindən biri üçün hərf əvəz edilməklə yerinə yetirilir ki, XXZ999Z-dən sonra XXA0A0A gəlir.
Birləşmiş Ştatlar hökuməti tərəfindən qraflıqları unikal şəkildə müəyyən etmək üçün istifadə edilən Federal Məlumat Emal Standartları (FIPS) kodu hər bir girişlə təmin edilir. Cədvəldəki FIPS kodu küçidləri hər bir qraflıq üçün ABŞ Siyahıyaalma Bürosunun "tez faktlar" səhifələrinə yönləndirir. Alabamanın FIPS ştat kodu 01-dir.
Qraflıqlar
Keçmiş qraflıq adları QraflıqŞərəfinə adlandırılıbDəyişdirilibBeyn qraflığıDevid Beyn, Vətəndaş müharibəsində polkovnik1868-ci ildə Etova qraflığınaBeyker qraflığıAlfred Beyker, yerli torpaq sahibi1874-cü ildə Çilton qraflığınaBenton qraflığıTomas Hart Benton, Missuridən ABŞ senatoru1858-ci ildə Kalhaun qraflığına, Bentonun köləlikdən imtina etməsindən sonra Cənubi Karolinadan olan Bentonun rəqibi Con Kalhaunnun şərəfinəKahaba qraflığıKeçmiş ştat paytaxtı Kahaba1820-ci ildə Bibb qraflığınaKotako qraflığıTennessi çayının bir qolu olan Kotako çayı1821-ci ildə Morqan qraflığınaHenkok qraflığıCon Henkok, İstiqlal Bəyannaməsini imzalayan1858-ci ildə Vinston qraflığınaCons qraflığıCozayya Cons, yerli siyasi lider1868-ci ildə Cons bu şərəfdən imtina etdikdən sonra Kovinqton qraflığına (əvvəlki adına)Cons qraflığıE.P. Cons, yerli torpaq sahibiSanford qraflığına, daha sonra 1877-ci ildə Lamar qraflığına çevrilmişdirSanford qraflığıH.C. Sanford, yerli torpaq sahibi1877-ci ildə Lamar qraflığına
Keçmiş qraflıqlar QraflıqQurulmuşdurLəğv edilmişdirŞərəfinə adlandırılıbQeydlərDekeyter qraflığı7 dekabr 182128 dekabr 1825ABŞ Hərbi Donanmasının kommodoru Stiven Dekeyter.1822-ci ildə qraflıq mərkəzi Vudvill olmaqla yaradılmışdı. Bir neçə il sonra ləğv edilərək Cekson qraflığı və Medison qraflığı arasında bölüşdürüldü.Elk qraflığı9 may 181726 yanvar 1818Elk çayıMissisipi-Alabama parçalanmasından əvvəl Missisipi Ərazisi tərəfindən qurulmuşdur; Alabamının ştat olmasından əvvəl ləğv edildi
İstinadlar Xüsusi
Ümumi
Xarici keçidlər Map series qraflıq sərhədlərinin təkamülünü göstərir. Kartoqrafiya Tədqiqat Laboratoriyası. Alabama Universitetinin Coğrafiya Bölməsi. (Cartographic Research Laboratory. University of Alabama Department of Geography.) Alabama Counties Alabama qraflıqlarının xüsusiyyətləri. Rəqəmsal Alabama (Counties Features. Digital Alabama)
Kateqoriya:Alabama siyahıları Kateqoriya:Alabama coğrafiya siyahıları Kateqoriya:Ştatlarına görə ABŞ qraflıqları siyahıları