Yens Harald Kristensen (, ), sonradan Harold Mayk Hovard () kimi tanınmışdır — Danimarka və ABŞ Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionu.

Həyatı 1884-cü ildə Kopenhagendə doğulmuşdur. 1907-ci ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi olmuşdur, bundan əlavə həmən ildə Dünya çempionluğunu qazana bilmişdir. 1908-ci ildə Dünya Çempionatının gümüş medalçısı oldu, lakin London Olimpiya Oyunlarında ancaq 17-ci yeri tutdu. 1909-cu ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi oldu. 1910-cu ildə Dünya və qeyri-rəsmi Avropa çempionatlarının gümüş medalını qazandı. 1911-ci ildə ilk rəsmi Avropa Çempionatının qalibi oldu. 1912-ci ildə Stokholm Olimpiya Oyunlarında uğursuz iştirak etdi. 1913-cü ildə o, qeyri-rəsmi Avropa Çempionatının gümüş medalını qazandı.

1915-ci ildə ABŞ-yə emiqrasiya etdi və Harold Mayk Hovard kimi tanınmağa başlandı. 1921–1952-ci illərdə Ayova Universitetində məşqçi kimi çalışırdı.

İstinadlar

Xarici keçidlər Yens Harald Kristensen — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.) Yens Harald Kristensen — International Wrestling Database saytında profili (ing.)

Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:1912 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:1908 Yay Olimpiya Oyunlarında güləşçilər