Boris Akunin (əsl adı Qriqori Şalvoviç Çxartişvili, gürcü: გრიგორი შალვას ძე ჩხარტიშვილი; ) — rus yazıçısı, yaponşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim. Ayrıca Anatoli Brusnikin, Anna Borisova ədəbi təxəllüsləri ilə nəşr edilib. O, daha çox detektiv və tarixi fantastika üslubunda yazan yazıçı kimi tanınır. Akunin həm də esseist və bədii tərcüməçidir. Onun əsərlərinin personajları arasında Erast Fandorin, Nikolay Fandorin və Pelaqeya bacı məşhurdur.

Akunin siyasi bəyanatları və Rusiya prezidenti Vladimir Putin rejimini tənqid etməsi ilə tanınır.Григорий Чхартишвили: Либо Путин избавится от путинизма, либо надо избавляться от Путина . snob.ru.Борис Акунин: Россия превратится в театр марионеток под управлением Барабаса . vazhno.ru. Belə ki, Çxartişvili "Liberation" qəzetinə müsahibəsində Putini "sevilməkdən daha çox qorxutmağı üstün tutan imperator Kaliqula" ilə müqayisə edib.Борис Акунин: C Грузией Путин поступает, как император Калигула . inosmi.ru. Putinin isə öz növbəsində onun bu mövqeyinin, Qriqori Çxartişvilinin gürcü mənşəli olmasına görə şəxsi narazılığı ilə bağlı olduğunu bidirib (Qeyd edək ki, 2008-ci ildə Rusiya–Gürcüstan müharibəsi dövründə, Rusiya Gürcüstanı bombalamışdı).Путин критикует «Эхо» и готов к встрече с оппозицией BBC Russian. Boris Akunin Rusiyanı tərk edərək 2014-cü ildən Londonda yaşayır.

Həyatı Qriqori Çxartişvili artilleriya zabiti, Böyük Vətən Müharibəsi iştirakçısı, Qırmızı Ulduz ordeninin kavaleri. Şalva Noeviç Çxartişvili (1919–1997) və Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, rus dili və ədəbiyyatı müəllimi Berta Isaakovna Brazinskinin (1921, Moskva — 2007)Б. И. Бразинская (1921–2007) ailəsində anadan olub. Atası Tsixsperdi (indiki Ozurqeti bələdiyyəsi) kəndində doğulmuşdu, müharibəni mayor rütbəsi ilə başa vurmuşdu. Anasının ailəsi əslən Taraşidən idi.О. А. Сухорукова "Семейные хроники" : Родители матери — участник Гражданской войны Исаак Соломонович Файнгольд (1891–1975) и учительница Циля Григорьевна Бразинская (1899—?). Б. И. Бразинская была в первом браке замужем за поэтом Юрием Абрамовичем Окуневым (1919–1988). 1958-ci ildə ailə Moskvaya köçmüşdür. 1973-cü ildə ingilis dili təmayüllü 36 nömrəli məktəbi, 1978-ci ildə isə Asiya və Afrika ölkələri İnstitutunun (MSU) tarixşünaslıq və filologiya fakültələrini bitirib. Yapon və ingilis dillərindən bədii tərcümə ilə məşğul idi. Onun tərcüməsində Misima Yukio, Kenji Maruyama, Yasusi Inoue, Masaxiko Simada, Kobo Abe, Siniti Xosi, Takesi Kayko, Sexey Ooka kimi yapon müəlliflərinin əsərləri nəşr olunmuşdur. Habelə o, amerika və ingilis ədəbiyyatının nümayəndələri — T. Koraqessan Boyl, Malkolm Bredberi, Piter Ustinov və digərlərinində əsərlərini rus dilinə tərcümə etmişdir.

"Xarici Ədəbiyyat" (rus: "Иностранная литература") jurnalının baş redaktorunun müavini (1994–2000), 20 cildlik Yapon ədəbiyyatı antologiyasının baş redaktoru, "Puşkin Kitabxanası" (Soros Fondu meqaproyektinin İdarə Heyətinin sədri olmuşdur. "Xarici" (rus: "Иностранка") nəşriyyatında çalışmış, "Yorğunluğun müalicəsi" seriyasının tərtibçisidir. 1998-ci ildən bu yana B. Akunin təxəllüsü ilə bədii nəsr yazır. "B"-ni "Boris" olaraq kodlaşdırdığı bir neçə il sonra, yazıçı ilə tez-tez görülən müsahibələrdən aydın oldu. Yapon dilindəki "Akunin" (悪 人) Çxartişvilinin ədəbi qəhrəmanlarından birinə görə ("Almaz arabası" romanında), "cani, qəddar" kimi tərcümə olunur. Lakin başqa sözlə şərin tərəfində dayanan nəhəng bir şəxsiyyət kimi də qələmə verilir (supercani). Tənqidi və sənədli əsərlərini əsl adı altında nəşr etdirir.

Yaradıcılığı "Yeni Detektiv" seriyasından ona şöhrət gətirən roman və qısa hekayələrindən əlavə (Erast Fandorinin sərgüzəştləri), Akunin "Əyalət detektivi" seriyasını yaratmış (Pelaqeya bacının sərgüzəştləri), "Magistrın sərgüzəştləri", "Janrlar" və "Yorğunluğun müalicəsi" seriyasının tərtibçisi olmuşdur. 2000-ci ildə Akunin "Taclandırma və ya Romanovların sonuncu nümayəndəsi" əsərinə görə "Buker — Smirnoff" mükafatına namizəd oldu, ancaq finalçılar arasına düşə bilmədi. Lakin həmin il "Antibuker" və "Taclandırma" mükafatının qalibi oldu. 2003-cü ildə "Azazel" romanı "Qızıl Xəncər" bölməsində Britaniya kriminal-yazıçılar Birliyinin qısa siyahısına düşmüşdü.

Çxartişvilinin əsərləri ingilis, bolqar, macar, italyan, alman, polyak, fransız, isveç, yapon və digər dillərə tərcümə olunmuşdur. Yazıçının özünün dediyinə görə, kitabları dünyanın otuzdan çox dilində nəşr olunur və kommersiya baxımından uğur qazanır. "Forbes" jurnalının rus versiyasına görə, Avropada və ABŞ-da ən böyük nəşriyyatlarla müqavilə bağlayan Akunin xaricdə tanınan on rus mədəniyyət xadimi arasındadır. "Komsomolskaya Pravda" qəzeti XXI əsrin ilk onilliyinin nəticələrinə görə, Akunini Rusiyanın ən populyar yazıçısı elan etmişdir. "Rospeçat"ın "Rusiyanın kitab bazarı"nın 2010-cu il üçün hesabatına görə, onun kitabları ən çox nəşr olunan ilk onluqdadı.

2021-ci ildə Boris Akunin "Storytel" internet xidmətinin hesabatına görə Rusiyanın ən populyar yazıçısı oldu. Onun "Almaz arabası" audiokitabı Rusiyada ən çox dinlənilən əsərlərin 20-liyində 12-ci yeri tutub.

Siyasi baxışları 250px|thumb|left|Barus Akunin Rusiyada azad seçkilər (2011–2012) aksiyasından əvvəl jurnalistlərə müsahibə verir. 2012-ci il 26 fevral. Qriqori Çxartişvili sərt açıqlamaları və Rusiya hökumətini tənqid etməsi ilə məşhurdur.Григорий Чхартишвили: Либо Путин избавится от путинизма, либо надо избавляться от Путина . snob.ru.Борис Акунин: Россия превратится в театр марионеток под управлением Барабаса . vazhno.ru. Məsələn, "Libération" qəzetinə verdiyi müsahibədə Çxartişvili Putini "sevilməkdən daha çox qorxutmağa üstünlük verən" imperator Kaliqula ilə müqayisə etmişdir.Борис Акунин: C Грузией Путин поступает, как император Калигула . inosmi.ru. Putinin sözlərinə görə, bu, Qriqori Çxartişvilinin gürcü mənşəli olduğuna görə şəxsi incikliyi ilə əlaqədardırПутин критикует "Эхо" и готов к встрече с оппозицией BBC Russian. Yazıçı YUKOS işini "postsovet dövrü məhkəməsinin ən utanc verici səhifəsi" adlandırmışdırРазговор писателя Григория Чхартишвили с Михаилом Ходорковским // Esquire, октябрь 2008. 2010-cu ilin dekabrında M. Xodorkovski və P. Lebedevə verilən məhkəmə qərarından sonra Rusiyanın "amputasiya" planını təklif etmişdir.Писатель Борис Акунин настаивает на "ампутинации" России . uaport.net.. 2011-ci il Dövlət Duması seçkilərindən sonra Qriqori Çxartişvili demişdir:Борис Акунин предрекает Путину судьбу Каддафи . mignews.co.il, 06.12.2011.

2012-ci ilin yanvarında Qriqori Çxartişvili, vətəndaşların seçki hüquqlarına riayət edilməsini izləmək məqsədilə seçici Liqası ictimai-siyasi təşkilatının qurucularından biri oldu. Elə həmin il "Bataqlıq qızdırması" filmindəki siyasi vəziyyətin şərhçisi kimi çıxış edib."Болотная лихорадка" . youtube.com.

2017-ci ilin yanvar ayında jurnalist və müxalifətçi Sergey Parxomenkonun PEN Mərkəzindən xaric edilməsinə etiraz olaraq, həmçinin ukraynalı rejissor Oleq Sentsovun həbsinə məhəl qoymamaq səbəbilə PEN Klubun beynəlxalq təşkilatının Rus bölməsi olan PEN Mərkəzini tərk edib.

2019-cu ilin iyul ayında Rusiyanın bir sıra media orqanları Akuninin ingilis dilli "American Interest" nəşrinə verdiyi müsahibəni tərcümə edərək, yazıçının "Rusiyanı parçalamağa" çağırdığını iddia edib.

2022-ci ilin fevralında baş tutan Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxıb.

2022-ci ilin martında Mixail Barışnikov və Sergey Quryevlə birlikdə ukraynalı qaçqınların xeyrinə vəsait toplamaq məqsədi daşıyan “Əsl Rusiya” xeyriyyə layihəsinə başlayıb.ref>Борис Акунин: Думаю, что последняя глава путинского государства началась. // Русская служба BBC, 17 марта 2022</ref> 24 may 2022-ci ildə “Real Rusiya” saytı Rusiya Baş Prokurorluğunun qərarı ilə bloklanıb.Михаил Барышников обратился с письмом к Владимиру Путину , :ru:Радио Свобода, 1.06.2022

2022-ci ilin iyununda "Zaxarov" nəşriyyatı "Gənc Qvardiya" kitab evini yazıçının müxalifəti və anti-müharibə mövqeyinə görə mümkün problemlərin qarşısını almaq üçün Boris Akuninin əsərlərini öz təşəbbüsü ilə rəflərdən yığışdırmaqda günahlandırdı. Bundan sonra nəşriyyat onunla əməkdaşlığa son verdiyini açıqladı.

2023-cü il dekabrın 13-də Ukraynanın keçmiş mədəniyyət naziri Aleksandr Tkaçenkonun adı altında rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) Akuninlə danışıb və o, “Kiyevə kömək etməyə hazır olduğunu” bildirib. Bu prankerlər Rusiyadan kənarda da yaşayan yazıçı Dmitri Bıkovla da oxşar söhbət ediblər.

Bundan sonra AST nəşriyyatı, "Oxu-Şəhər" pərakəndə şəbəkəsi və "Liters" internet xidməti ictimai-siyasi mövqelərinə görə Boris Akunin və Dmitri Bıkovun kitablarının yayımını dayandırdıqlarını elan ediblər. Rusiya Federasiyası Dövlət Dumasının deputatı Andrey Qurulev Vladimir Solovyovun tok-şousunda Akunini "düşmən" adlandırıb və onu fiziki cəhətdən məhv etməyə çağırıb: "O, bu dünyada olmamalıdır"..

2023-cü il dekabrın 18-də məlum oldu ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Boris Akuninə ordu haqqında “saxta” maddələrlə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3) və terrorçuluğa ictimai bəraət qazandırmaqla cinayət işi açıb. (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2). Rusiya İstintaq Komitəsi də onu axtarışa vermək niyyətində olduğunu açıqlayıb. Eyni zamanda, "Rosfinmonitorinq" Boris Akunini terrorçular və ekstremistlər (əsl adı ilə qeyd olunur) siyahısına daxil edib. 12 yanvar 2024-cü ildə Akunin Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil olunub.

Ailə həyatı Ailəlidir. Birinci həyat yoldaşı milliyyətcə yapondur. Akunin onun ilə bir neçə il yaşayıb. İkinci həyat yoldaşı — Erika Ernestovna korrektor və tərcüməçidi. Uşaqları yoxdur. 2014-cü ildən ailəsi ilə birlikdə Londonda yaşayır.

Əsərləri və tərcümələri

"Janrlar" seriyası "Janrlar" — Boris Akuninin bir neçə seriya romanlarıdır, burada yazıçı bir növ janr ədəbiyyatının sınağına cəhd edir, burada ədəbi üslubların hər biri ayrıca bir əsərlə təmsil olunur. 250px|thumb|right|Boris Akunin Bu kolleksiyaya daxildir: "Oğlanlar üçün uşaq kitabı" "Casus roman" "Fantastika" "Kvest" "Qızlar üçün uşaq kitabı" (Qloria Mu ilə həm müəllif)

Boris Akunin "Janrlar" ideyasını bu şəkildə izah edir:

Anatoli Brusnikin və Anna Borisova 2012-ci il yanvarın 11-də Boris Akunin müəllif olduğu "Jivoy Jurnal"dakı bloqundaЛюбовь к истории — Проект "Авторы": Анна Борисова Anatoli Brusnikin təxəllüsü altında gizlətdiyini etiraf etdi. Bu adla üç tarixi roman nəşr olunmuşdur: "Doqquzuncu Xilaskar", "Fərqli zamanın Qəhrəmanı" və "Bellona". Həmçinin o, qadın təxəllüsü "Anna" altında yazılmış romanların da müəllifidir: "Orada …", "Yaradıcı işçi" və "İlin vaxtları".Борис Акунин поспешил раскрыть секрет Анны Борисовой // :Ru:Известия

Tənqid Stanislav Qovoruxin:

Pavel Basinski:

İqor Danilevski "Rusiya dövlətinin tarixi" kitabı haqqında:

Ekranlaşdırılmış əsərləri 2001 — Azazel (rejissor Aleksandr Adabaşyan) 2004 — Türk Qambiti (rejissor Canik Fayziyev) 2005 — Dövlət müşaviri (rejissor Filip Yankovski) 2009 — Pelaqyia və Ağ Buldoq (rejissor Yuri Moroz)Пелагия и белый бульдог (2009) // Кино-Театр. РУ 2012 — Casus (rejissor Aleksey Andrianov) — "Casus romanı" əsərinin filmə uyğunlaşdırılması 2019 — Dekorator (rejissor Anton Bormatov) 2021 - Leviafan / Lewiatan (rejissor Bartosz Konopka) 2023 - Fandorin. Azazel (rejissor Nurbek Egen) - "Azazel" romanı əsasında serial.