Gəncə bulvarı — Gəncə şəhərində yerləşən park-bulvar kompleksi.

Bulvar haqqında Bulvarın inşasına 2014-cü ildə başlanılmış və 2017-ci ilin fevral ayının 17-də açılışı baş tutmuşdur. Kompleksin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektardır. Burada 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılmışdır. Gəncəçayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilmişdir.

Bulvarda Bayraq meydanı, "Əli və Nino" kompleksi, Mətbuat evi, Kitab evi, ticarət mərkəzi, 3 yaşayış binası, üç kafe, restoran, attraksionlar 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilmiş və monitor quraşdırılmışdır. Qalereya

İstinadlar

Həmçinin bax Heydər Əliyev Park-Kompleksi

Xarici keçidlər İlham Əliyev “Gəncəçay” park-bulvar kompleksi ilə tanış olub — president.az

Kateqoriya:Gəncənin görməli yerləri Kateqoriya:Gəncə memarlığı Kateqoriya:Gəncədəki binalar və tikililər Kateqoriya:Gəncə mədəniyyəti Kateqoriya:Azərbaycan parkları Kateqoriya:Azərbaycan bulvarları