Səbinə Yaşar qızı Əliyeva () — Azərbaycan hüquqşünası, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) (2019-cu ildən), Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvü.
Həyatı və fəaliyyəti Səbinə Yaşar qızı Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində ictimai-siyasi xadim, diplomat Yaşar Əliyevin ailəsində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış, 2000-ci ildə buranı bakalavr pilləsi üzrə, 2002-ci ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil almışdır. 2016-cı ildə "Beynəlxalq hüquq; İnsan hüquqları" ixtisası üzrə "Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Səbinə Əliyeva 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə aparat rəhbərinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı il tarixli Sərəncamı ilə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Ombudsman vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilmişdir.
22 oktyabr 2026-cı il də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 14-cü bəndi və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.3-cü maddəsi rəhbər tutularaq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi üçün namizədliyi Milli Məclisə təqdim edilmişdir.
Səbinə Əliyeva bir sıra beynəlxalq konfranslarda, o cümlədən Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda keçirilən simpoziumlarda iştirak etmişdir. MDB-nin Parlament Assambleyasının xüsusi kurslarını bitirmişdir. Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunmuş Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının "Söz və toplaşmaq azadlığı" mövzusunda keçirilən yay məktəbinin iştirakçısı olmuşdur. Almaniya Federativ Respublikasında "Hüquqi transformasiya naminə hüquqi dialoq" adlı təlimlərdə, Fransanın Sarbon Biznes Məktəbində "Liderlik və strateji idarəçilik bacarıqları" adlı seminarda iştirak etmişdir.
Səbinə Əliyeva həyat yoldaşı, siyasətçi və deputat Siyavuş Novruzov ilə birlikdə 18 avqust 2020-ci ildə sərt karantin qaydalarının qüvvədə olduğu dövrdə Ramiz Mehdiyevin nəvəsinin Bakıda keçirilən toyunda iştirak edib. Toy karantin qaydalarının pozulmasına görə ictimai tənqidlərə səbəb olub. Daxili İşlər Nazirliyi Əliyeva və Novruzovun tədbirə görə cərimələndiyini bildirib. Hər ikisi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 400 manat cərimələnib.
Şəxsi həyatı Rus və ingilis dillərini bilir. Bitərəfdir.
Səbinə Əliyeva Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972) Qurban Sultanovun nəvəsidir. Deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. İki övladı var.
Sosial-ictimai fəaliyyətləri
12 sentyabr 2023-cü ildə Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında AOA-nın vitse-prezidenti seçilmişdir Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib. 06 oktyabr 2023-cü ildə İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Ümumi Yığıncağında İƏT OA-nın İdarə Heyətinin üzvü seçilmişdir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin mentorudur. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinə əfv məsələləri ilə bağlı təkliflər vermək səlahiyyəti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında mütəmadi olaraq iştirak edir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2024-cü il tarixli, 4264 nömrəli Sərəncamı ilə yaradılmış COP29 Təşkilat Komitəsinin üzvü təyin olunmuşdur Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamı.
İkinci Qarabağ müharibəsi illərində fəaliyyəti (2020-2023-cü illər) Tovuz döyüşləri zamanı Səbinə Əliyeva Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində insan hüquqlarının pozulması hallarının araşdırılması məqsədilə Tovuz rayonunun Ağdam, Dondar Quşçu kəndlərində, o cümlədən Qazax və Ağstafa rayonlarında monitorinqlər aparıb.
Səbinə Əliyeva İkinci Qarabağ müharibəsi dövründə mülki obyektlərin hücuma məruz qaldığı Naftalan, Tərtər, Gəncə, Bərdə və ətraf yaşayış məntəqələrində faktaraşdırıcı missiyalar həyata keçirib. Müharibə dövründə 7 hesabat, 8 bəyanat və 12 müraciət hazırlanıb, 50-dən çox press-reliz yayımlanıb və ingilis dilində də beynəlxalq auditoriyaya çatdırılıb Səbinə Əliyeva bəyanat yaydı, Beynəlxalq təşkilatlara azad olunmuş ərazilərlə bağlı xüsusi hesabat göndərilib.
Gəncə, Tərtər, həmçinin işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiyalarda Türkiyənin Baş Ombudsmanının, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun və İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyətlərinin iştirakı məhz Səbinə Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Missiyalar nəticəsində hazılanmış hesabatlar beynəlxalq ictimaiyyətə təqdim edilib.
2023-cü ildə Səbinə Əliyeva Avropa Şurasının Baş katibinin Laçın-Xankəndi yolu ilə bağlı bəyanatına açıq şəkildə reaksiya verərək həmin mövqenin həqiqəti əks etdirmədiyini bildirib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, UNICEF-in İcraçı Direktoruna, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək faktları diqqətə çatdırmaq, azərbaycanlılara qarşı törədilən hüquq pozuntularına münasibətdə qətiyyətli beynəlxalq reaksiya tələb etmək üçün müraciətlər və etiraz bəyanatları ünvanlamışdır.
Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası Azərbaycan və Türkiyə Ombudsmanlarının təşəbbüsü ilə 2022-ci ildə Türkiyənin Bursa şəhərində Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) təməli qoyuldu və Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Ombudsman və milli insan hüquqları institutlarının rəhbərləri tərəfindən TÜRKOMB-un yaradılması haqqında Anlaşma Memorandumu imzalandı .
Dövlət təltifləri Səmərəli dövlət qulluğu və ictimai fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif illərdə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı, həmçinin "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı və digər ведомственные nümayiş etdirən fəxri nişan və medallarla təltif olunmuşdur.
27 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı medalı ilə, 29 dekabr 2020-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə, həmçinin "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı və digər fəxri nişan və medallarla təltif edilmişdir.
Ədəbiyyat Ombudsman seçilmək mənim üçün böyük şərəfdir https://azvision.az Səbinə Əliyeva (Ombudsman) Yeni Ombudsman Səbinə Əliyeva Əliyeva Səbinə Yaşar qızı
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Ombudsman Kateqoriya:Bakı şəxsləri Kateqoriya:Azərbaycanın qadın alimləri