Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır.
Tarixi 2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar), Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası seçkilərə vahid siyahı ilə getmək barəsində razılaşdılar. 10 iyun 2005-ci ildə bu 3 partiya Azadlıq Blokunu təsis etmiş, blokun rəngini narıncı inqilab səbəbi ilə narıncı, simvolunu isə narıncı qızılgül seçmişdir. 7 iyul 2005-ci ildə blokun rəsmi təsisi ilə bağlı saziş imzalandı. 21 iyulda blok qeydiyyatdan keçdi. Azadlıq Bloku vahid namizədlər siyahısı təşkil etdi. 116 vahid namizədin olduğu siyahıya əsasən 28 namizəd (daha sonra 1 namizəd geri çəkildi) Azərbaycan Demokrat Partiyası üzvü idi. Həmçinin, 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir.NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNƏ SEÇKİLƏRDƏ 146 NƏFƏR NAMİZƏD MÜBARİZƏ APARIR
Seçkilər ərəfəsində hakim Yeni Azərbaycan Partiyası və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev iqtidar-müxalifət dialoqu təşkil etməyi təklif etmişdir. Görüş AXCP qərargahında reallaşmış, Azərbaycan Demokrat Partiyasını Ali Məclis sədri Akif Şahbazov təmsil etmişdir. Növbəti dəfə hakim YAP qərargahında görüş keçirsə də, Azadlıq Bloku üzvləri bu görüşə qatılmamışdır.
Seçkilərdə ABŞ-də yaşayan partiya sədri Rəsul Quliyev 36 saylı Xətai 4-cü seçki dairəsindən deputatlığa Azadlıq Blokunun vahid namizəd olsa da, Azərbaycan Respublikasının Baş Prokurorluğu Rəsul Quliyevin namizədlərə şamil olunan toxunulmazlığının qaldırılması ilə bağlı qərar çıxarmışdır. Azərbaycana qayıtdığı təqdirdə o, həbs ediləcəkdi və onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Daxili İşlər Nazirliyinə tapşırıq verilmişdi. Baş Prokurorluğun yaydığı məlumatda Rəsul Quliyevin 1990–1995-ci illərdə "Azərneftyağ" zavodunun direktoru işlədiyi dövrdə 107 milyon ABŞ dolları məbləğində dövlət əmlakını mənimsədiyi və bu səbəbdən 10 oktyabr 2000-ci ildə Rəsul Quliyev haqqında axtarış elan edildiyi açıqlanmışdır. Sentyabrda Rəsul Quliyev oktyabrın 15-dək Azərbaycana dönəcəyini açıqladı. Rəsul Quliyev daha sonra oktyabrın 17-i yerli vaxtla saat 16:00-da xüsusi reyslə Londondan Bakıya gələcəyini açıqlamışdır. 17 oktyabrda Rəsul Quliyevin təyyarəsi Binə Hava Limanının ərazisinə daxil oldmuş, ancaq onun yerə enməsinə icazə verilməmişdir. "AZAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərov Simferopol aeroportundan Rəsul Quliyevi gətirən Böyük Britaniyanın çarter təyyarəsinin Bakıda enməsi üçün icazə istənildiyini, sorğuya müsbət cavab verildiyini, lakin bir qədər keçdikdən sonra Simferopoldan faks daxil olduqdan sonra ADP sədrinin Bakıya uçmaqdan imtina etdiyini açıqlamışdır. Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov isə Rəsul Quliyevə Ukrayna ərazisində bir qədər məhdudiyyət qoyulmasının səbəbini Azərbaycanın təklifi ilə onun İnterpolun axtarışında olması ilə əlaqələndirmişdir. Ardınca partiya üzvləri bununla bağlı aksiya keçirmiş və bu səbəbdən saxlanılmışdır. Onlardan 40-ı deputatlığa namizəd olmuşdur. 18 oktyabrda Rəsul Quliyev Ukraynada saxlanılmışdı. 19 oktyabrda Azərbaycan iqtidarı bu hadisələri dövlət çevrilişinə cəhd olaraq qiymətləndirdi və bu hadisələrlə əlaqəli olan iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov və Prezidentin İşlər İdarəsinin rəhbəri Akif Muradverdiyev və deputat Fikrət Sadıqov da həbs edildi. Hadisələrlə bağlı sabiq maliyyə naziri Fikrət Yusifov da saxlanıldı. Rəsul Quliyev çevriliş iddialarını qəbul etməmişdir. 20 oktyabrda Jeleznedorojnı Rayon Məhkəməsinin qərarı ilə Rəsul Quliyev sərbəst buraxıldı. Bundan sonra Quliyev ölkəyə qayıtmaq istəsə də, qayıda bilmədi.
Parlament seçkilərinin nəticəsində Azadlıq Bloku 6 mandat qazansa da Azərbaycan Demokrat Partiyası mandat qazana bilmədi. Azadlıq Bloku seçki nəticələrini tanımadı. 9 noyabrda YeS Bloku və Milli Birlik Hərəkatının üzvlərinin iştirakı ilə Azadlıq Bloku etiraz mitinqi keçirdi. Daha sonra arıdıcıl bir neçə mitinq keçirən Azadlıq Blokuna üzv partiyaların rəhbərləri şikayətlərini və etirazlarını ABŞ və Avropa Birliyinə üzv digər dövlətlərinin nümayəndələrinə də çatdırdılar.
Azadlıq Seçki Bloku 6 mandat qazansa da, mandatlardan 4-ü Müsavat Partiyasının payına düşürdü. Müsavat Partiyası təkrar seçkilərə qatılmaq istəyini bildirsə də, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası seçkiləri boykot etmə qərarı almışdır.
27 yanvar 2007-ci ildə Azərbaycan Demokrat Partiyası Təşkilat Komitəsi partiyanın Ali Məclisinin iclasını keçirərək radikal müxalifət partiyası kimi yox, konstruktiv və siyasi dialoq yönümlü siyasi partiya kimi çıxış etməyə başlayacaqlarını aşıqlamışdır. 2007-ci ilin əvvəlində Rəsul Quliyev Ali Məclisin iclasını çağırdı. Bu səbəbdən qərara etiraz olaraq ADP Ali Məclisinin 59 üzvü bəyanatla çıxış etdi. Sədr müavini Sərdar Cəlaloğlu Rəsul Quliyevin bu qərardan xəbərdar olduğunu, bu qərarla razılaşmayacağı təqdirdə Rəsul Quliyevin partiya sədrliyindən istefa verəcəyini açıqlamışdır. 10 fevral 2007-ci ildə Rəsul Quliyev Sərdar Cəlaloğlunu sədr müavinliyindən azad etdi və Təşkilat Komitəsinin fəaliyyətini dayandırdı, lakin Cəlaloğlu 27 yanvarda partiyanın bütün strukturlarını buraxdığını açıqladı. Quliyev Akif Şahbazovu Azadlıq Blokunda patiyanı təmsil etməklə bağlı vəzifələndirsə də, blok partiya təmsilçi olaraq Cəlaloğlunu tanımışdır. 19 fevral 2007-ci ildə isə Rəsul Quliyev partiya sıralarından xaric edildi. Bu hadisələrdən sonra Azadlıq Bloku Azərbaycan Demokrat Partiyasını blokdan çıxarmışdır.
2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar.
2010-cu ildə blokun buraxıldığı deyildi.
Vahid namizədlər
Milli Məclis
Seçki dairəsiVahid namizəd Siyasi partiya 1 saylı Şərur-SədərəkNamizəd SəfərovBitərəf 2 saylı ŞərurVaqif Mahmudov Azərbaycan Demokrat Partiyası 3 saylı Babək-KəngərliŞərqiyyə Məmmədova 4 saylı NaxçıvanZeynal Fətullayev 5 saylı Şahbuz-BabəkBədrəddin Quliyev Cümhuriyyət Xalq Partiyası 6 saylı Culfa-BabəkElbrus Quliyev Azərbaycan Demokrat Partiyası 7 saylı Ordubad-CulfaHəşim İsgəndərli Müsavat Partiyası 8 saylı Binəqədi birincArzu Səmədbəyli 9 saylı Binəqədi ikinciSərdar CəlaloğluAzərbaycan Demokrat Partiyası 10 saylı Binəqədi üçüncüİlham Hüseynli Azərbaycan Xalq Cəbhəsi Partiyası 11 saylı QaradağEtibar Quliyev 12 saylı Qaradağ-Binəqədi-YasamalSolmaz ƏləsgərovaAzərbaycan Demokrat Partiyası 13 saylı Əzizbəyov birinciMidhəd AbbasovBitərəf 14 saylı Əzizbəyov ikinciHəsrət Rüstəmov Azərbaycan Demokrat Partiyası 15 saylı Yasamal birinciMəmməd Zeynalov Müsavat Partiyası 16 saylı Yasamal ikinciAkif Nağı 17 saylı Yasamal üçüncüLalə Şövkət Azərbaycan Liberal Partiyası 18 saylı Nərimanov-NizamiCəmil Həsənli Azərbaycan Xalq Cəbhəsi Partiyası 19 saylı Nərimanov birinciSülhəddin ƏkbərMüsavat Partiyası 20 saylı Nərimanov ikinciİsa Qəmbər 21 saylı Nəsimi birinciFuad Mustafayev Azərbaycan Xalq Cəbhəsi Partiyası 22 saylı Nəsimi ikinciMurad Səadəttinov Bitərəf 23 saylı Nəsimi-SəbailZəminə Dünyamalıyeva Azərbaycan Demokrat Partiyası 24 saylı Nizami birinciNurəddin Məmmədli Azərbaycan Demokrat Partiyası 25 saylı Nizami ikinciQurban MəmmədovAzərbaycan Demokrat Partiyası 26 saylı Sabunçu birinciAydın Quliyev 27 saylı Sabunçu ikinciXaləddin İbrahimliMüsavat Partiyası 28 saylı Sabunçu üçüncüRauf Arifoğlu 29 saylı Səbail seçkiHəsən KərimovAzərbaycan Xalq Cəbhəsi Partiyası 30 saylı Suraxanı birinciVurğun ƏyyubMüsavat Partiyası 31 saylı Suraxanı ikinciƏli KərimliAzərbaycan Xalq Cəbhəsi Partiyası 32 saylı Suraxanı üçüncüKamil Vəli Nərimanoğlu 33 saylı Xətai birinciQabil HüseynliMüsavat Partiyası 34 saylı Xətai ikinciNəsib Nəsibli 35 saylı Xətai üçüncüFuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası 36 saylı Xətai dördüncüRəsul QuliyevAzərbaycan Demokrat Partiyası 37 saylı Nizami birinci (Gəncə) Çingiz SadıqovBitərəf 38 saylı Nizami ikinci (Gəncə)Cahangir Əmirxanlı Müsavat Partiyası 39 saylı Kəpəz birinci (Gəncə)Elman Mövsümov Azərbaycan Demokrat Partiyası 40 saylı Kəpəz ikinci (Gəncə)Ramiz Orucov Azərbaycan Xalq Cəbhəsi Partiyası 41 saylı Sumqayıt birinciİkram İsrafil Müsavat Partiyası 42 saylı Sumqayıt ikinciFlora KərimovaBitərəf 43 saylı Sumqayıt üçüncüElman Salayev Azərbaycan Demokrat Partiyası 44 saylı Sumqayıt-AbşeronNəriman QasımoğluAzərbaycan Xalq Cəbhəsi Partiyası 45 saylı Abşeron Etibar Talıblı 46 saylı Əli BayramlıTeyyub Quliyev 47 saylı MingəçevirAzadlıq Bloku vahid namizəd çıxarmadı. 48 saylı YevlaxŞəkər İskəndərova Azərbaycan Xalq Cəbhəsi Partiyası 49 saylı Yevlax-MingəçevirƏli Rəfiyev Azərbaycan Demokrat Partiyası 50 saylı Qobustan-Xızı-QubaRəşid Mansurov 51 saylı QusarƏbdüləlim Əhmədov 52 saylı QubaAytən Ələkbərova Bitərəf 53 saylı Quba-QusarVaqif Şirinov Azərbaycan Demokrat Partiyası 54 saylı Dəvəçi-SiyəzənBahəddin HəziyevAzərbaycan Xalq Cəbhəsi Partiyası 55 saylı Xaçmaz şəhərMəlahət MürşüdlüMüsavat Partiyası 56 saylı Xaçmaz kəndAzər HəsrətBitərəf 57 saylı KürdəmirAkif İslamzadəAzərbaycan Xalq Cəbhəsi Partiyası 58 saylı Hacıqabul-KürdəmirƏyyub Umudov 59 saylı SalyanEmil Məmmədov Azərbaycan Demokrat Partiyası 60 saylı Salyan-NeftçalaMirzağa Axundov Müsavat Partiyası 61 saylı NeftçalaFərman HüseynovAzərbaycan Xalq Cəbhəsi Partiyası 62 saylı SaatlıƏnnağı HacıbəyliBitərəf 63 saylı Sabirabad birinciPənah Hüseyn