thumb|1924–1928-ci illərdə Yaponiyanın Norveçdəki səfiri olmuş Matsuzo Naqay. Norveç–Yaponiya münasibətləri — Norveç ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. 2016-cı ilin məlumatına görə Yaponiyada 424 Norveç vətəndaşı, Norveçdə isə 1123 Yaponiya vətəndaşı yaşayır. 2014-cü ildə Yaponiyadan Norveçi ziyarət edən turistlərin sayı 61.924 nəfər olmuşdur.

Haqqında Norveçlə Yaponiya arasında ikitərəfli əlaqələr 1905-ci ilin noyabrında qurulub. Norveçlə Yaponiya arasında iqtisadi əlaqələrdə dəniz məhsulları, gəmiçilik və neft sənayesi ön plandadır. Ölkələr arasında tədqiqat və texnologiya arasında əməkdaşlıq müqavilələri də imzalanıb.

1999-cu ildən (2006-cı il istisna olmaqla) Norveç-Yaponiya ticarət münasibətlərində Yaponiya idxalında artım müşahidə olunur. Yaponiyanın Norveçə ixrac etdiyi əsas məhsullar motorlu nəqliyyat vasitələri (2016-cı ildə 43 %), dəmir və polad məhsulları (təxminən 14%) təşkil edir. Norveçin Yaponiyaya ixrac etdiyi məhdullar arasında isə balıq məhsulları (2016-cı ildə 44%), neft məhsulları (təxminən 20%) və qeyri-dəmir metalları (təxminən 8%) var.

2005-ci ildə Norveç-Yaponiya münasibətlərinin 100 illiyi münasibətilə hər iki ölkədə bəzi mədəni tədbirlər keçirilmişdir. 2005-ci ilin fevral ayında Sapporo Qış Festivalı zamanı Norveç parlamentinin (Stortinget) buzdan hazırlanmış heykəli quraşdırılmışdır.

Yaponiya mədəniyyəti son illərdə Norveçdə getdikcə daha çox populyarlıq əldə edir. Norveç ali təhsil müəssisələrində yapon dilini öyrənənlərin sayı 1990-cı illərdə yox dərəcəsində olduğu halda, 2014-cü ildə bu say 300 təşkil edirdi. Norveç gəncləri xüsusilə Yaponiya populyar mədəniyyətinə maraq göstərirlər: yapon ədəbiyyatı və manqa oxuyurlar, anime izləyirlər.

Edvard Munk, Edvard Qriq və Henrik İbsen kimi norveçli sənətçilər Yaponiyada yaxşı tanınırlar. 2006-cı ildə İbsen ili zamanı Yaponiyada onun tamaşaları qoyulmuşdur. 2007-ci ildə Qriq ilində və 2013-cü ildə Munkun 150 illiyi də Yaponiyada bir sıra tədbirlərlə qeyd olunmuşdur.

Ziyarətlər 2005-ci ilin mayında Yaponiya imperatoru Akihito həyat yoldaşı ilə birlikdə münasibətlərin 100 illiyi münasibətilə Norveçi ziyarət etmişdir. Daha sonra 2008-ci ilin dekabrında xarici işlər naziri Hirofumi Nakasone Osloda olmuşdur. 2017-ci ildə Hamburqda baş tutan G20 sammitində hər iki ölkənin baş nazirləri dəniz hüququ və Arktika məsələləri haqqında müzakirə aparmaq üçün görüş keçirmişdirlər.

2001-ci ilin martında Norveç kralı V Harald və kraliçası Sonya Yaponiyanı ziyarət etmişdirlər. V Harald qeyri-rəsmi ziyarətləri də nəzərə alsaq, Yaponiyada 6 dəfə olmuşdur. Bunlardan əlavə, 2002-ci ilin yanvarında və 2004-cü ilin mayında xarici işlər naziri Yan Petersen, 2003-cü ilin mayında baş nazir Kyell Bondevik, 2007-ci ilin oktyabrında xarici işlər naziri Yonas Qar Störe, 2012-ci ilin noyabrında baş nazie Yens Stoltenberq, 2016-cı ilin oktyabrında xarici işlər naziri Borqe Brende, 2018-ci ilin fevralında baş nazir Erna Solberq Yaponiyanı ziyarət etmişdir. Solberq ziyarəti zamanı baş nazir Şinzo Abe ilə görüşmüşdür.

İstinadlar

Xarici keçidlər Yaponiya Xarici İşlər Nazirliyinin saytında.