Semyon İvanoviç Aralov (tam adı: ; ) — Qızıl Ordu Baş Kəşfiyyat İdarəsinin ilk rəhbəri və SSRİ diplomatik xidmət əməkdaşı.

Həyatı Aralov Moskvada varlı tacir ailəsində anadan olmuşdur. 1905-ci ildə Rusiya İmperator Ordusuna qoşulmuş və Birinci Dünya müharibəsi zamanı Hərbi Kəşfiyyat bölməsində mayor rütbəsinə yüksəlmişdi. O, Oktyabr inqilabında iştirak edib.

Aralov Çekanın qurucu üzvlərindəndir. 1918-ci ilin yanvarında Moskva Hərbi Rayonunun rəhbəri təyin edilib. Daha sonra Trotski onu Çexoslovakiya legionu ilə danışıqlar aparması məqsədilə Sibirə göndərir. 1918-ci ilin sentyabrında Hərbi İnqilab Komitəsinə təyin edildi və girov götürülmə işlərinə görə cavabdeh oldu. Nəticədə Qırmızı Ordu sadiqliyinə şübhə edilən keçmiş çar məmurlarının ailə üzvlərini ələ keçirə bildi. İlk olaraq Qırmızı Ordu Kəşfiyyat İdarəsi adlandırılan Qeydiyyat orqanı 1918-ci ilin oktyabrında qurulduğunda Aralov bu qurumun rəhbəri, həmçinin Trotski və Yoakim Vatsetis ilə birgə Müdafiə Şurasının İcraedici Bürosunun üzvü idi.

1920-ci ilin iyulunda Aralov 12-ci Orduda kəşfiyyat rəhbəri rolunu icra etdiyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsindən imtina etdi və 1921-1927-ci illərdə müxtəlif xarici siyasət öhdəliklərini yerinə yetirərək öz fəaliyyətini diplomatik pərdə altında davam etdirdi. Belə ki, Çində Çan Kayşinin Homindan hökumətinə səfir kimi təyin edilməzdən əvvəl Litva, Latviya və Türkiyədə səfir kimi fəaliyyət göstərmişdir. Sonralar diplomatik karyerasını ABŞ, Almaniya və Yaponiyada davam etdirmişdir.

1937-ci il repressiyaları zamanı bütün kəşfiyyat postlarından azad edildi və Ədəbiyyat Muzeyinin direktor müavini təyin edildi. 1941-ci ildə 60 yaşında ikən İkinci Dünya müharibəsində könüllü olaraq xidmət etmiş və 1946-cı ildə tərxis edilmişdir. Kommunist Partiyasına üzv olmuş, 1957-ci ildə üzvlükdən çıxmışdır.

1969-cu ildə Moskvada vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.

İstinadlar

Kateqoriya:Çeka Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:SSRİ polkovnikləri Kateqoriya:Rusiya memuarçıları Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Menşeviklər Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)