İrqun (; tam adı: Rom: Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, ) — 1931–1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: "Müdafiə 'B'" və ya "İkinci Müdafiə", ), və ya alternativ olaraq haHaganah haLeumit () ya da Hama'amad () olaraq tanınmağa başlanmışdır.Jacob Shavit, Jabotinsky and the Revisionist Movement 1925–1948 p. 97 Routledge 1988 İrqun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edilmişdilər. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel () olaraq da bilinir.

İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi. Howard Sacharın fikrincə, "Yeni təşkilatın siyasəti Jabotinskynin təlimlərinə söykənirdi: Hər bir yəhudinin Fələstinə girmək hüququ var idi; yalnız aktiv qisas ərəbləri çəkindirəcək; Yalnız yəhudi silahlı qüvvələri yəhudi dövlətinə zəmanət verəcəkdi."Howard Sachar: A History of Israel: From the Rise of Zionism to Our Time, pp. 265–266

İrqunun ən məşhur əməllərindən ikisi, 22 iyul 1946-cı ildə Qüdsdəki King David Hotelinin bombalanması və 9 aprel 1948-ci ildə Lehi birlikdə həyata keçirilmiş olan Deir Yassin qətliamıdır.

İrqun terror təşkilatı və ya terror aktları həyata keçirən bir təşkilat olaraq görülür. Encyclopædia Britannicaya görə təşkilat xüsusilə "özünün qanunsuz bir işğalçı hesab etdiyi ingilislərə qarşı terror və sui-qəsd aktları həyata keçirmişdir və eyni zamanda anti-ərəb əhval-ruhiyyəli idi." İrqun, Birləşmiş Millətlər Təşkilatı, İngiltərə və ABŞ hökuməti və The New York Times qəzeti,Pope Brewer, Sam. Irgun Bomb Kills 11 Arabs, 2 Britons . New York Times. December 30, 1947.Irgun's Hand Seen in Alps Rail Blast . New York Times. August 16, 1947. Anqlo-Amerikan İstintaq Komitəsi,W. Khalidi, 1971, 'From Haven to Conquest', p. 598 1946-cı il Sionist Konqresi və Yəhudi Agentliyi kimi media qurumları tərəfindən də terror təşkilatı kimi təsvir edilmişdir.

İrqun, bugünkü Likud partiyasının yaranmasına səbəb olan İsrailin sağçı Herut (və ya "Azadlıq") partiyasının siyasi öncülü idi. 1977-ci ildən bəri Likud İsrail hökumətlərinin əksəriyyətinin başında olmuş və ya onların bir hissəsi olmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat J. Bowyer Bell, Terror Out of Zion: Irgun Zvai Leumi, Lehi, and the Palestine Underground, 1929–1949 (Avon, 1977), Menachem Begin, The Revolt: Memoirs of the Leader of the Irgun, Dell Books, (New York, NY, 1978)

Uydurmada Tintin au Pays de l'Or Noir, by Herge. Original version, 1971. The Hope (novel), by Herman Wouk, 1993. Dawn (Wiesel novel), by Eli Wiesel, 1961.

Xarici keçidlər

Prof. Yehuda Lapidot, Irgun website , history of Irgun

FBI file on Irgun Encyclopædia Britannica Entry on Irgun Letter of prominent Jews to New York Times, December 4, 1948, warning of dangers of Irgun British Security Service files on Jewish terrorist activities, The National Archives (United Kingdom), released through Freedom of information legislation in March 2006. The Iron Wall: Zionist Revisionism from Jabotinsky to Shamir, by Lenni Brenner 1952 Assassination attempt against German Chancellor Konrad Adenauer by Irgun under Menachem Begin Arie Perliger and Leonard Weinberg, Jewish Self Defense and Terrorist Groups Prior to the Establishment of the State of Israel: Roots and Traditions. Totalitarian Movements & Political Religions, Vol. 4, No. 3 (2003) pp. 91–118.

Kateqoriya:1931-ci ildə yarananlar Kateqoriya:İsrail tarixi Kateqoriya:Milli azadlıq hərəkatı Kateqoriya:Müqavimət hərəkatları Kateqoriya:Millətçi terrorizm Kateqoriya:İrqun Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:Sağçılıq Kateqoriya:Fələstin Dövləti Kateqoriya:İkinci Dünya müharibəsi