Oskar Kokoşka () — Avstriyalı rəssam, şair və dramaturq. Bir rəssam kimi onun əsərləri ekspressionizm və modernizmin ən yaxşı nümunələrindəndir. 1904-cü ildə Vyanada sənətşünaslığa başladı. 1910–1911-ci illərdə Berlində "Der Sturm" qəzeti üçün rəsmlər çəkirdi.
Həyatı 200px|thumb|left| Pöchkarn şəhərində Oskar Kokoşkanın doğulduğu ev Oskar Kokoşka 1886-cı il martın 1-də Avstriyanın Dunay bölgəsindəki Pöchkarn şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Peşə və İncəsənət Məktəbinə daxil oldu və rəssamlığa başladı. 1909-cu ilə qədər bu məktəbdə təhsilini davam etdirdi və rəsm çəkmədiyi vaxtlarda teatra maraq göstərdi və 1908-ci ildə iki əsər yazdı. 1910-cu ildə onun "Xəyalpərəst Uşaqlar" adlı uzun şeiri çapdan çıxdı. Həm rəssamlıqla, həm də ədəbiyyatla maraqlanırdı. Vyananın sənət səhnəsində şöhrəti artdı.
Memar Adolf Loos, şair Karl Kraus və şair Peter Altenberg kimi dostlarının təşəbbüsü ilə ilk sərgisini 1910-cu ildə Berlində açdı. Sənətkarların tərifinə və tamaşaçıların böyük marağına səbəb oldu. Avstriya-Macarıstan tacı şahzadəsi Frans Ferdinand, sərgidə şəkilləri gördü və təəcübləndi.
1919-cu ildə Drezdendəki Rəssamlıq Akademiyasında müəllim üzv oldu. 1924-cü ildə müəllimlik fəaliyyətini dayandıraraq səyahətlərə başladı. Bununla da ən məşhur əsərləri olan İtaliya, Fransa, İngiltərə və Afrika mənzərələrini yaratdı. 1931-ci ildə Vyanaya qayıtdı, lakin uzun müddət burada qalmadı və 1935-ci ildə Praqaya köçdü.
1953-cü ildə Salzburq Yay Akademiyasında rəssamlıq kafedrasına təyin edildi.
İstinadlar
Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:Avstriya rəssamları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Avstriya yazıçıları Kateqoriya:Dramlar