Koprivnitsa () — Xorvatiyanın şimal hissəsində yerləşən şəhər. Koprivnitsa-Krijevtsi jupaniyasının ən böyük şəhəri. Əhalisi 2011-ci il siyahıyaalma məlumatlarına görə 30,854 nəfərdir.

Ümumi məlumatlar Koprivnitsa Zaqrebdən şimal-şərqdə (paytaxta qədər olan məsafə 75 kilometrdir) yerləşir, Drava çayı boyunca bu yerdən keçən Macarıstanla sərhəddən 10 kilometr məsafədədir. 32 km şimal-qərbdə Varajdin, 30 km cənub-qərbdə Krijevtsi , 22 km cənub-şərqdə Djurdjevac şəhərləri yerləşirlər.

Koprivnitsa böyük nəqliyyat qovşağını təşkil edir. Zaqreb — Budapeşt və Varajdin — Osiyek kimi dəmir yolu magistralları buradan keçirlər. Avtomagistrallar Zaqreb, Varajdin, Osiyek və Macarıstana aparılar.

Koprivnitsa sənaye şəhəridir. Şəhərin iqtisadiyyatı qida, kimya və ağac emalı sənayesinə əsaslanır. Tanınmış "Vegeta"nı da daxil edilməklə qida məhsulları istehsal edən Podravka firması şəhərin ən böyük müəssisəsidir.

Şəhərdə həmçinin Pan pisvəsinin (marka ölkənin pivə bazarının 16%-ını təşkil edir) də istehlakçısı olan Carlsberg şirkətinin zavodları yerləşir.

Əhalinin məskunlaşması Şəhərin sahəsi 90,94 km²-dir.

Bakovçitsa, əhalisi 321 Draqanovets, əhalisi 506 Hereşin, əhalisi 728 Yagnyedovets, əhalisi 344 Koprivnitsa, əhalisi 23,955 nəfər Krunovets Breq, əhalisi 641 Reka, əhalisi 1,507 Stariqrad, əhalisi 2,386 Ştaqlinets, əhalisi 466

Görkəmli şəxsləri Vanna Zlata Bartl İvan Brkiç Jarko Dolinar İvitsa Hirşl Baltazar Dvorniçic Napuli İvan Generaliç İvan Qolats Slavko Lövı Armin Şrayner Milivoj Solar Branko Svarc

Qalereya

Həmçinin bax Xorvatiya Xorvatiya şəhərləri

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Xorvatiya şəhərləri Kateqoriya:XIII əsrdə yaranan yaşayış məntəqələri