Serhat Doğuxan Taşdemir () — EFL Birinci liqasında (EFL League One) "Piterboro Yunayted" və Azərbaycanın 19 yaşadək komandasında hücuma meyilli yarımmüdafiəçi kimi oynayan peşəkar bir futbolçu.
İngiltərədə anadan olub, Azərbaycanı (U-19 Milli komandasını) gənclər səviyyəsində beynəlxalq səviyyədə təmsil edir.
Klub karyerası
A. F. C. Fyldi Taşdemir A. F. C Fyldi ilə15 yaşında müqavilə imzaladı, hansı ki Blekbörn Roverslə müqaviləsi başa çatdıqdan sonra. Lancashire FA Challenge Trophy turnurundə A. F. C Fyldi-də yalnız 16-cı turda ilk komandada debüt etdi. Bunun ardınca Taşdemir, 17 yaşında, 2017-ci il sentyabr ayında Bromliə qarşı Milli Liqada debüt etdi. O, skamyadan çıxdıqdan cəmi 14 dəqiqə sonra qol vurdu. O, bu qolu ilə liqadakı ən gənc qol vuruşuna imza atdı.
O, "parlaq" mövsümdən sonra EFL League One-da 2017/18-ci illərdə ilin gənc oyunçusu seçildi.
Piterboro Yunayted 1 iyul 2019 tarixində EFL Birinci Liqa (EFL League One) təmsilçisi Piterboro Yunayted Taşdemir ilə 3 illik müqavilə imzaladı. Tasdemir, 13 avqust 2019-cu ildə Oksford Yunaytedə qarşı EFL Kuboku matçında (start heyətdə), dörd gün sonra İpsviç Tauna qarşı liqada debüt etdi.
Beynəlxalq karyerası 2019-cu ilin yanvar ayında 19 yaşadək Azərbaycan yığması tərəfindən milli komandaya çağırıldıqdan sonra Taşdemir Krasnodar vilayətinə qarşı yoldaşlıq oyununda debüt qolu ilə yadda qaldı. 19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə oyunlarında İrlandiya və Rumıniya ilə başlayan və Rusiyaya qarşı əvəzləmədən oyuna çıxan Taşdemir üç oyuna çıxdı. Ümumilikdə, Azərbaycan U-19 millisi ilə 3 oyun keçirən Taşdemir, 3 qola imza atmışdır.
İstinadlar
Kateqoriya:Bləkbörn Rovers FK futbolçuları Kateqoriya:Oldem Atletik FK futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Türkiyə 2-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular