Bağdad Beynəlxalq Hava Limanına hücum () — 2020-ci ilin 3 yanvar tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Bağdad Beynəlxalq Hava Limanında təyin olunmuş xüsusi hədəflərə qarşı keçirilmiş hücum aktı. Hava limanına endirilmiş hava zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri Qasım Süleymani öldürülüb. Raket hücumu Süleymaninin içərisində olduğu avtomobilin raketlə vurulması ilə gerçəkləşib. Avtomobil karvanına eyni anda bir necə raket zərbəsi endirilib və hadisə nəticəsində azı 7 nəfər həlak olub.
İstinadlar
Kateqoriya:2020-ci ildə İraq Kateqoriya:2020-ci ildə İran Kateqoriya:2020-ci ildəki hadisələr Kateqoriya:İran–İraq münasibətləri Kateqoriya:Donald Tramp Kateqoriya:ABŞ-nin ikitərəfli əlaqələri Kateqoriya:3 yanvardakı hadisələr