Yusifov Tural Bayram oğlu və ya Dj Tural () — Azərbaycan radio aparıcısı, prodüser, avto və texno blogger və media təşkilatçısı, AvtopStop Media şirkətinin rəhbəri.

Həyatı Tural Yusifov 21 avqust 1981-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 281 saylı orta məktəbdə alıb. Məktəbdə oxuduğu zaman Şən və hazırcavablar komandasının kapitanı kimi yaradıcılıq işlərinə başlayır. 1999-cu ildə isə Bakı Dövlət universitetinin Tarix fakültəsinə daxil olur. Universitetdə təhsil aldığı müddətdə AZDİMU -nin nəzdnində Şən və hazırcavablar komandası yaradır və komandanın həm ssenaristi, həm də kapitanı olur. 2002-ci ildə təhsilini bitirib hərbi xidmətə yola düşür. Həqiqi hərbi xidmətini Azərbaycan Respublikası Dövlət sərhəd xidmətinin sərhəd qoşunlarının tərkibində keçirir.

2003-cü ildə hərbi xidməti başa vurduqdan sonra ANS şirkətlər qrupuna məxsus ANS ÇM radiostansiyasına işə düzəlmək üçün müraciət edir. O zamanların ən məşhur radio aparıcısı olan Aynur Talıbova həm də ANS ÇM radiosunun direktoru idi. Aynur xanımla olan müsahibədən sonra, 2003-cü ilin dekabr ayında ANS ÇM radiosunda prodüser olaraq işə başlayır.

2 il müddətində prodüser vəzifəsində çalışan Tural Yusifova ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev aparıcı olmaq təklifi verir. Bununla da Tural Yusifov həm radio prodüser , həm də aparıcı olaraq fəaliyyətini davam etdirir. İlk apardığı radio veriliş dini maarifləndirmə mövzusunda olan "Cümə xütbəsi" verilişidir.http://forum.abu-bakr.com/index.php?showtopic=855&p=20000

Daha sonra "Bankomat", "Qatıq", "Svetofor", "Gənc Klub", "Özümə nə gəlib ki", "Talk Şou" verilişlərinin həm prodüseri, həm də aparıcısı olub. 2007-ci ildə isə ANS TV-də öncə "Qatıq", daha sonra "Çərşənbə axşamı Tural ilə" verilişləriin aparıcısı oldu.https://www.youtube.com/watch?v=They0RrS-N4

2006-cı ildə ildə isə hal-hazırda tele-radio aparıcı olan Səma Abiyeva ilə ailə həyatı qurur.

2010-cu ildə Tural Yusifov Azərbaycan tele-radio məkanında ilk olaraq müstəqil müqavilə ilə Media 105.5 Fm radiosunda işə başlayır. Bu tarixə qədər tele-radio kompaniyanın əməkdaşları yalnız əmək müqaviləsi ilə çalışırdılar. 2010-cu ildə AvtoStop verilişinin prodakşn məhsulu olaraq Media Fm-də yayımlanması Azərbaycan radio aparıcılarına yeni mərhələyə yol açdı. Şirkətin rəsmi işçisi olmadan öz verilişi yaradaraq istədiyin şirkətlə müqavilə bağlaya bilərdin. 2010-cu ilin avqust ayında Azərbaycanın ən çox dinlənilən sürücü verilişi AvtoStop Media Fm-də yayıma başlayır.

Elə həmin ilin dekabr ayında AvtoStop televiziya verilişinin Xəzər Tv-də yayımı başlayır.

2012-ci ildə isə Azad Azərbaycan tele-radio kompaniyasının 106.3 Fm radiosundan yeni müqavilə təklifi gəlir.

2019-cu ilin avqust ayına qədər Azad Azərbaycan radiosunda AvtoStop verilişini uğurla aparıb. Və bunun nəticəsidir ki, 2019-cu ilin avqust ayında İctimai radio 90 Fm-dən gələn işbirliyinə razılaşır.https://aqreqator.az/az/cemiyyet/197314

2019-cu ilin sentyabr ayından etibarən Tural Yusifov "AvtoStop" verilişini İctimai radio-da təqdim edir.

2019-cu il oktyabr ayından isə AvtoStop həm də İctimai televizyanın efirində yaymlanmağa başlayır.https://www.youtube.com/watch?v=SWeUJVB6qXo

AvtoStop radio və televiziya layihələrindən savayı, Tural Yusifov həm də bloger fəaliyyəti ilə məşğuldur. İlk olaraq 2010-cu ildə avtostop.tv bloqu və Youtube kanalını yaratdı.

AvtoStop Youtube kanalında yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmədən savayı, həm avtomobillərin test-drive -də yer ayrılmağa başladı. Və Tural Yusifov avtobloger olaraq işə başlayır.

2015-ci ildə texno bloq istifadəyə verir. Bu həm smartmen.az saytı, həm də SmartMen Youtube kanalı idi.https://www.youtube.com/channel/UC727MHsDfYiPwgKvoD1B_Cw?view_as=subscriber

Bloq fəaliyyəti nəticəsində müxtəlif avto və texno sərgilərə dəvət alır və onları işıqlandırmağa başlayır.https://www.smartmen.az/post/ces2020-samsung-yen%C9%99-t%C9%99%C9%99c%C3%BCbl%C9%99ndirdi

2021-ci ildən şair Əli Xəyyam -la birlikdə Söhbətgah youtube kanalı və podkast həmmüəllifliyinə başlayır.

Mükafatlar 2017-ci ildə Bomba milli sosial media mükafatına layiq görülübhttps://www.youtube.com/watch?v=tj3Raae-Xas

AvtoStop layihəsinin saytı və facebook səhifəsinə görə NETTY Milli İnternet mükafatını qazanıb.

Ailəsi Jurnalist, tele-radio aparıcı Səma Abiyeva həyat yoldaşıdır. Atası Bayram Heydər oğlu Yusifov Anası Həqiqət Hüseynbala qızı Yusifova.

Filmoqrafiya Toy Bayram (Novruz tamaşası 2015) ATV bayram filmi Oxşarabad 2 filmi İctimai televiziya

Xarici keçidlər

Tural Yusifov rəsmi veb səhifəsi

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Azərbaycan bloqqerləri