Muğanək () — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd.

Coğrafiyası thumb|250px|Muğanək kəndinin enişli-yoxuşlu yolu

Muğanək kəndi Dizəcin, Kəngavər və Bərvəc kəndlərinin arasında və dağlıq bir bölgədə yerləşir. Daşkəsən, Pilə kəmər və Zanqafıl dağları bu kəndi üç yandan çevrələyib ki yerlilər tərəfindən bu dağların ətəyindən ağ torpaq (Kaolin) ixrac olunur. Kəndin ən önəmli və sulu bulağı Qırxbulaq adlanır. Kənd tut, qoz və fındıq bağlarının içində yerləşir.Qaliver

Bitki örtüyü Kəklikotu, çölnanəsi, boymadərən, dağnanəsi və gəvən kimi bitkikər Muğanək ərazisində bolca tapılır. Habelə bu kənddə Atlantika püstəsi, yemişan və şam ağaclarına rast gəlmək olar.

Əhalisi 2016-cı ilin məlumatına görə kənddə 81 nəfər yaşayır (31 ailə).

Milli tərkibi Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.

Din Muğanək kəndində İmamzadə Abdulla, Qasım və Cəfər türbəsi yerləşir ki şiə müsəlmanların yeddinci imamı olan Musa əl-Kazımın törəmələridirlər.

Görüntülər

İstinadlar

Kateqoriya:Qəzvin şəhristanının kəndləri