Fəxriyyə Evcən () — Türk aktrisası.

Həyatı Fəxriyyə Evcən 4 iyun 1986-cı ildə Almaniyada anadan olub. Atası Salonik köçkünü, anası isə çərkəz mənşəlidir. Ailəsi uzun müddət Samsunda yaşayıb. Fəxriyyə evin kiçik qızıdır. Ailədə ondan yaşca böyük üç bacısı var: Neşe, Ayşən və Dəmət. Fəxriyyə Düsseldorf Universitetinin sosial elmlər fakültəsində təhsil alıb. O, türk, alman, ingilis və ispan dillərini bilir. Fəxriyyə Almaniyadan Türkiyəyə tətilə gəldiyi zaman rejissorların diqqətini cəlb edib. Təhsilini yarımçıq qoyan Fəxriyyə anası ilə birlikdə İstanbula yerləşib.

Filmoqrafiya Həsrət (film, 2006) Cənnət (film, 2008) Eşq tutulması (film, 2008) Yarpaq tökümü (teleserial, 2006) Evim sənsən (film, 2012) Eşq sənə bənzər (film, 2015)

İstinadlar

Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:Almaniyada doğulanlar Kateqoriya:Türkiyə çərkəzləri Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Almaniya film aktrisaları Kateqoriya:Türkiyə film aktrisaları