Larri Skot (; ) — amerikalı bodibilder, Mister Olimpiya müsabiqəsinin ilk və ikiqat qalibi (1965, 1966). İdman karyerasını bitirdikdən sonra Yuta ştatına köçmüşdür.
Bioqrafiyası Aydaho ştatının Blekfut şəhərində anadan olmuşdur. Uşaqlıq illərində Larri yetərincə zəif bədən quruluşuna malik idi. 16 yaşında Larri təsadüfən bodibildinqlə bağlı jurnal oxumuş və bu idmanla məşğul olmağa qərar vermişdir. Məşqlərə başladığı illərdə onun bisepsinin ölçüsü 28 sm idi. Qısa zaman ərzində Larri gözə çarpacaq əzələ ölçüsü əldə etməyə nail olmuşdur.
Kaliforniyada kollecə qəbul olunduqdan sonra gənc Larri "Mister Los-Anceles" yarışında 3-cü yerə layiq görüldü. Qısa zaman sonra "Mister Kaliforniya" müsabiqəsinin qalibi oldu. Peşəkar bodibilder olan Larri bütün Amerikanı səyahət etmiş və müxtəlif yarışların qalibi olmuşdur. Larrinin fikrincə, ən həyacanverci məqam onun 1965-ci ildə keçirilən Mister Olimpiya yarışmasının qalibi olması idi. 1966-cı ildə Larri Skot bu uğuru bir daha təkrarladı.
Larri bodibildinq idmanına məşhur "Larri Skot stulu"nu gətirmişdir. O, Larry Scott Fitness & Nutrition şirkətini qurmuşdu. Şirkət idman inventarları, aksessurları və qidaları üzrə ixtisaslaşmışdır. Larri Skot dini inancına görə mormon idi.
Ölümü Larri Skot 2014-cü ilin 8 martında, 75 yaşında Altsheymer xəstəliyinin ağırlaşması nəticəsində vəfat etmişdir.
Uğurları 1963 — Mister Kainat (1) 1964 — Mister Kainat (1) 1965 — Mister Olimpiya (1) 1966 — Mister Olimpiya (1) 1979 — Kanada Daymond Pro (9)
Antropometrik göstəriciləri Boy — 170 sm Yarış öncəsi çəkisi — 94 kq Yarışdan kənar çəkisi — 102 kq Biseps — 50 sm Bud — 64 sm Döş qəfəsi — 128 sm Bel — 76 sm
İstinadlar