Aharon Katsir-Kaçalski (; ) — biopolimerlərin elektrokimyası üzrə tədqiqat aparan ilk İsrail alimi. 1972-ci ildə Lod Hava Limanında qırğın zamanı həlak olub.

Həyatı 1914-cü ildə Polşanın Lodz şəhərində anadan olan Aharon Katsir 1925-ci ildə Fələstinə köçür. Burada Yerusəlim Yəhudi Universitetində təhsil alır və ivrit dilində Katsir soyadını götürür. Rexovotda Veysman Elmi İnstitutunun, eləcə də Berkli Kaliforniya Universitetinin tibbi fizika və biofizika departamentinin əməkdaşı kimi fəaliyyət göstərir.

1972-ci ildə Ben-Qurion Hava Limanında 26 nəfərin ölümü, 80 nəfərin yaralanması ilə nəticələnmiş terror aktında həlak olur.

Kiçik qardaşı Efrayim Katsir 1973-cü ildə İsrail Prezidenti seçilmişdir.

Mükafatları və xatirəsi 1961-ci ildə tələbəsi Ora Kedem ilə birlikdə İsrail Mükafatına (təbiət elmləri üzrə) layiq görülmüşdür. İsrail dövləti Katsirin xatirəsinə poçt markası buraxmışdır. Ayda Kaçalski krateri onun şərəfinə adlandırılmışdır. Veysman Elmi İnstitutundakı mərkəz Aharon Katsirin adını daşıyır. İsrailin Müdafiə Nazirliyinin təsis etdiyi təqaüd proqramı Katsirin adını daşıyır.

İstinadlar

Kateqoriya:İsrail biofizikləri Kateqoriya:İsrail kimyaçıları Kateqoriya:İsrail yəhudiləri Kateqoriya:Polşa yəhudiləri Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Lodzda doğulanlar Kateqoriya:Lodda vəfat edənlər Kateqoriya:Rexovotda dəfn olunanlar Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Qətl qurbanları Kateqoriya:XX əsr bioloqları