Proqressivizm — sosial islahatların müdafiəsini dəstəkləyən fəlsəfə."Definition of progressivism in English" . oxforddictionaries.com. Oxford English Dictionary. Bu fəlsəfə tərəqqi ideyası üzərinə qurulmuşdur. Yəni bu fəlsəfəyə əsasən elmi, texnoloji, iqtisadi və sosial inkişaf bəşəriyyətin təkmilləşməsi üçün ən əhəmiyyətli amildir.
Mənası Proqressivizmə mütəmadi olaraq fərqli perpsektivlər tərəfindən fərqli mənalar yüklənmişdir. Sözügedən fəlsəfə Avropanın maarifçilik dövründə çox böyük əhəmiyyət daşımışdır. Maarifçilik dövrünün başlamasının əsasında ictimaiyyətin təməl biliklərinin gücləndirilməsinin avropalıların sivil olmayan ictimaiyyətini sivilləşdirəcəyi inancı idi.Harold Mah. Enlightenment Phantasies: Cultural Identity in France and Germany, 1750–1914. Cornell University. (2003). səh. 157. Maarifçilər inanırdılar ki, tərəqqi təkcə Avropada deyil, dünyanın hər yerindəki sivilizasiyaların inkişafı üçün vacibdir.
Müasir dövrdə proqressiv hərəkatın tərifi budur: “siyasi dəyişiklik və hökumət tərəfindən edilən dəstək vasitəsilə sıravi insanların maraqlarını hədəfləyən sosial və ya siyasi hərəkat.”Kembric İngilis Dili Lüğəti https://dictionary.cambridge.org/us/dictionary/english/progressivism 21-ci əsrdə iqtisadi bərabərsizliyin pis təsirlərinə qarşı ictimai siyasət yürütmək, ətraf mühiti nəzərə alan (qoruyan) siyasət yürütmək, işçilərin haqlarını müdafiə edən siyasət yürütmək, monopoliyaya qarşı siyasət yürütmək və sair bunun kimi fəaliyyətlər proqressiv olaraq dəyərləndirilir. Bütün bu fəaliyyətlərin ortaq cəhəti hazırkı vəziyyətin mənfi təsirlərinə diqqət cəlb etmək, siyasi və ya sosial yolla müsbət bir dəyişiklik istiqamətində tərəqqiyə vəkillik etməkdir.
Çağdaş qərb dünyası mədəniyyətindəki proqressivizmə dair siyasi perspektiv 19-cu əsrdə geniş şəkildə keçirilmiş sənayeləşdirmə ilə bağlı islahatların nəticəsidir. 20-ci və 21-ci əsrin əvvəlindəki proqressivlər varlı və kasıb arasındakı böyük iqtisadi bərabərsizliyin tərəqqinin qarşısını aldığını düşünür. Monopolistik şirkətlərin ələ aldığı "laissez-faire" (buraxın etsinlər) kapitalizminə olan az nəzarət, işçi və kapitalistlər arasında gərgin və tez-tez baş verən münaqişələr həll edilməsi gərəkən məsələlərdəndir. 20-ci əsrin əvvəlində proqressivizm yevgenika və içkiyə qarşı hərəkatla da əlaqələndirilmişdi.Ceyms H. Timberleyk, Prohibition and the Progressive Movement, 1900–1920 (1970) Bunların hər ikisinin hədəfi insan sağlamlığının tərəqqisi idi. Bugünkü proqressivlər ictimai siyasətin sosial dəyişiklik yaradacağına inanır.
Fəlsəfə və siyasətdə proqressivizm Maariflənmədən sənaye inqilabına thumb|194x194px|İmmanuel Kant İmmanuel Kant tərəqqini barbarizmdən sivilizasiyaya doğru aparan hərəkat olaraq dəyərləndirib. 18-ci əsrin fəlsəfəçisi və siyasi elm xadimi Marquis de Kondorset təxmin edirdi ki, siyasi tərəqqi sayəsində köləlik sonlanacaq, savadlılıq artacaq, cinslər arasında bərabərsizlik azalacaq, sərt həbsxanalarda islahatlar yerinə yetiriləcək və kasıblıq azalacaqdır.Nisbet, Robert (1980). History of the Idea of Progress. New York: Basic Books. fəs. 5 19-cu və 20-ci əsrlərin klassik liberalları “modernliyin” və ya “modernləşdirmənin” tərəqqinin ən əsas forması olduğu düşüncəsində idi. Sözügedən liberallar insanları iqtisadiyyatın sürətli şəkildə müasirləşdirməsinə və ictimaiyyətin azad bazar və hərəkatlara olan ənənəvi əngəllərinə qarşı çıxmağa dəvət edirdi.
Siyasi baxışlarda çağdaş cərəyan alt=|left|thumb|192x192px|Con Stüart Mill 19-cu əsrin sonlarında qərb aləmində tərəqqinin iqtisadi bərabərsizliklə, monopolistik şirkətlərin ələ aldığı laissez-faire (buraxın etsinlər) kapitalizminə olan az nəzarətlə, işçi və kapitalistlər arasında gərgin və tez-tez baş verən münaqişələrlə boğulmasına qarşı çıxan siyasi baxış meydana gəldi. Proqressivizmin bir çox siyasi hərəkata təsiri olmuşdur. Modern liberalizm liberal fəlsəfəsi Con Stüart Millin insanların “proqressiv varlıqlar” olması düşüncəsi əsasında qurulmuşdur.Alan Rayn. The Making of Modern Liberalism. səh. 25. Britaniyalı Baş Nazir Benyamin Dirsaeli “tək dövlət” adı altında proqressiv mühafizəkarlıq anlayışını ərsəyə gətirdi.Patrik Dunlevi, Paul Yusif Kelli, Maykl Moran. British Political Science: Fifty Years of Political Studies. Oxford, England, UK; Malden, Massachusetts: Wiley-Blackwell, 2000. səh. 107–08.Robert Bleyk. Disraeli. Second Edition. London, England, UK: Eyre & Spottiswoode (Publishers) Ltd, 1967. p. 524. Fransada isə sosial inqilab ilə sosial olaraq mühafizəkar olan laissez-faire arasındakı boşluq radikalizmlə dolduruldu. Buna görə də sosial tərəqqi burada humanizm, respublikaçılıq, antiklerikalizm olaraq başa düşülürdü. Bənzər olaraq Almaniya İmperiyasında da kansler Otto von Bismark işçiləri sosialist hərəkətdan uzaqlaşdırmaq üçün mühafizəkar motivlərdən proqressiv sosial rifah islahatları həyata keçirdi. O zamanlar işçiləri sosialist hərəkatdan uzaqlaşdırmağın ən insani yolu sənaye inqilabına dəstək göstərmək idi.Union Contributions to Labor Welfare Policy and Practice: Past, Present, and Future. Routledge, 16, 2013. səh. 172. Sosial demokratiyanın tərəfdarları proqressiv məqsədi önə sürürlər.Henning Meyer, Jonathan Rutherford. The Future of European Social Democracy: Building the Good Society. Palgrave Macmillan, 2012. səh. 108. 1891-ci ildə Pope Leo XIII tərəfindən hazırlanmış Roman Katolik Kilsəsinə aid Rerum novarum əməyin ədalətsiz şəkildə istismarını tənqid etmiş və əmək birlikləri üçün dəstək tələb etmişdir. Bununla yanaşı sosial hüquqla maraqlanan bizneslərə şəxsi mülki qaydalara əməl etmək şərti ilə hökumət nəzarəti tələb etmişdir. Sosial incil olaraq da adlandırılan protestant proqressiv dünyagörüşü şimali amerikada meydana çıxmağa başladı. Bu dünyagörüşü iqtisadi ədalətsizliyi və kasıblığı tənqid edirdi.Feyt Ceysoks. The Progressive Era. New York, New York: Infobase Publishing, 2005. səh. 85. 1890-cı illərin ortalarından etibarən sosial incil ABŞ-nin protestant teoloji seminarlarında tez-tez yer alırdı.Çarlz Hovard Hopkins, The Rise of the Social Gospel in American Protestantism, 1865–1915 (1940). alt=|left|thumb|244x244px|Teodor Ruzvelt ABŞ-də proqressivizm 1890-cı illərdə sosial hərəkat olaraq başladı və Proqressiv Era adlandırdığımız dövrdə artıq siyasi hərəkata çevrildi. “Amerikan proqressivləri” termini geniş və fərqli siyasi qrupları ifadə etsə də, bəzi amerikan proqressivlər sosial darvinizmi rədd etdi. Onlar inanırdılar ki, insanların üzləşdiyi problemləri (yoxsulluq, zorakılıq, irqçilik, acgözlük və təbəqələr arasında “müharibə”) yaxşı təhsil, təhlükəsiz mühit və verimli iş yerləri ilə həll etmək olar. Proqressivlər əsasən şəhərlərdə yaşayan ali təhsilli şəxslər olurdu. Onlar hökumətin dəyişiklik üçün yaxşı vasitə olduğuna inanırdılar.The Progressive Era (1890–1920) , The Eleanor Roosevelt Papers Project (retrieved 31 September 2014). Amerikan prezident Teodor Ruzvelt qeyd edib: “Mən həmişə müdrik proqressivizm və müdrik mühafizəkarlığın bir olduğuna inanmışam.”Conatan Luri. Uilyam Houard Taft: The Travails of a Progressive Conservative. New York, New York: Cambridge University Press, 2012. p. 196. Amerikanın bir digər prezidenti Vudro Vilson da həmçinin amerikan proqressiv hərəkatının üzvü idi. thumb|247x247px|Vudro Vilson Birinci Dünya Müharibəsinə cavab olaraq proqressiv prezident Vudro Vilsonun 14 Nöqtə bəyanatında milli əzmkarlıq konseptini bərqərar etdi və imperialist rəqabəti tənqid etdi. Bu fikirlər imperiyaların təzyiqi altında olan ölkələrdəki anti-imperialistlər tərəfindən rəğbətlə qarşılandı.Reconsidering Woodrow Wilson: Progressivism, Internationalism, War, and Peace. səh. 309. İqtisadi Keynsçiliyin qəbul olduğu dövrlərdə (1930-1970) bir çox ölkədə dövlətin iqtisadiyyata qarışması ilə bağlı demək olar ortaq razılıq var idi. Neoliberalizmin yüksəlişi ilə mərkəz sol proqressiv hərəkatlar market iqtisadiyyatının əsas rolunu işıqlandıran Üçüncü Yolu yaratmaqla qarşılıq verdilər.Ceyn Levis, Rebeka Surender. Welfare State Change: Towards a Third Way?. Oxford University Press, 2004. səh. 3–4, 16. Siyasətçilər arasında sosial demokratik hərəkatı Üçüncü Yolu keçməyə səsləyən sosial demokratlar da var idi.After the Third Way: The Future of Social Democracy in Europe. I. B. Taurus, 2012. səh. 47. Britan Mühafizəkar Partiyasının məşhur proqressiv mühafizəçi elementləri neoliberalizmi tənqid edirdi.
Huq Boçel. The Conservative Party and Social Policy. The Policy Press, 2011. səh. 108.
Həmçinin bax
Democracy Liberalism Socialism Transhumanizm
İstinadlar
Xarici keçidlər Progressivism — entry at the Encyclopædia Britannica
Kateqoriya:Proqressivizm Kateqoriya:Tənqidi düşüncə Kateqoriya:İdeyalar tarixi Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər Kateqoriya:Sosial hərəkatlar Kateqoriya:İqtisadi fikir cərəyanları Kateqoriya:Siyasi hərəkatlar