Azәrbaycan istiqlal mübarizәsi tarixi () — Hüseyn Baykaranın Azərbaycan Xalq Cümhuriyyəti dövründәn bәhs edәn və ilk dәfә 1975-ci ildә İstanbulda nәşr olunmuş kitabı.

Hüseyn Baykara "Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitablarını Azərbaycanın azadlıq mübarizəsinin əlifbası adlandırıb.

Məzmun

Әsәrdә Azərbaycanın Rusiya tәrәfindәn işğalı, yeni yaranan dövlәtin başına gәlәn müsibәtlәr, V.İ.Leninin «alman casusu» olduğu, S.Şaumyanın nә üçün Bakıya gәldiyi, ermənilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin hәrbi yardımı vә s. bizә mәlum olmayan hadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda, hәmçinin Azәrbaycanın mühacirәtdә olan ziyalıları haqqında da geniş mәlumat var.

Nəşr və tərcümə

Kitab ilk dəfə 1975-ci ildә İstanbulda türk dilində Azerbaycan Halk Yayınlarında nəşr edilib.Hüseyin Baykara, Azerbaycan i̇stiklâl mücadelesi tarihi , Azerbaycan halk yayınları, Gençlik, 1975

Azərbaycan dilinə ilk dəfə Elşən Əbülhəsənli tərəfindən tərcümə edilmiş Bakıda 1992-ci ildə Azərnəşrdə, 2017-ci ildə isə Bakı Kitab Klubunda nəşr edilib.

"История борьбы за независимость Азербайджана" adı ilə S. Əliyeva tərəfindən rus dilinə tərcümə olunmuş R. Həmidovun redaktorluğu, Fərid Ələkbərlinin ön söz müəllifliyi ilə 2018-ci ildə nəşr edilib.

Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşr Bakıda, JekoPrint Çap Evində, 2021-ci ildə, 346 səhifədə nəşr edilib.

300px|thumb|right|Kitabın III nəşri İstinadlar

Həmçinin bax

İran inqilabı və azadlıq hərəkatları Azərbaycanda Yeniləşmə Hərəkatı

Xarici keçidlər

Kateqoriya:Hüseyn Baykaranın kitabları