thumb|Motsart 1789-cu il, Doris Stok tərəfindən qələmlə çəkilmiş rəsm Qırx birinci simfoniya "Yupiter" adı ilə məlumdur və Volfqanq Amadey Motsart tərəfindən Qırxıncı və Otuz doqquzuncu simfoniyalarla birlikdə 1788-ci ildə yazılmışdır. Yazılması və adlandırılması tarixi Motsart simfoniyanı 10 avqust 1788-ci ildə yazıb tamamlamışdır. Bu əsər 39-cu və 40-cı simfoniyalarla birlikdə konsertdə səsləndirilməli idi, bu məqsədlə siyahı üzrə vəsait də toplanmışdır. Lakin planlaşdırıan konsert baş tutmadı və simfoniyanın ilk dəfə hansı şəraitdə ifa olunması məlum deyildir. Ciddi maliyyə çətinlikləri ilə üzləşən Motsart son üç simfoniyanı iki aydan az bir müddətdə yazmışdır. 41-ci simfoniya bəstəkarın son simfoniyası hesab olunur.

Bir çox tədqiqatçıların fikrincə, simfoniyaya "Yupiter simfoniyası" adı sonralar alman mənşəli, skripkaçı, dirijor və bəstəkar İohann Peter Salomon tərəfindən verilmişdir.Heartz, Daniel (2009). Motsart, Haydn və Erkən Bethoven 1781-1802 . Norton. səh 210, 458, 474.Oxford Companion of Music

Quruluşu Simfoniya 4 hissədən ibarətdir və ifa müddəti 33 dəqiqədir. Allegro vivace, 4/4 Andante cantabile, 3/4 Menuetto və Trio, 3/4 Molto allegro, 2/2

Birinci hissə: Allegro vivace

İkinci hissə: Andante cantabile

Üçüncü hissə: Menuetto. Allegretto

Dördüncü hissə: Molto allegro

Xarici keçid Η 41η Συμφωνία στο IMSLP.org Analysis of the fugal coda from the finale List of live performances on Bachtrack «Бельканто.ру» saytında məqalə

İstinadlar

Kateqoriya:Volfqanq Amadey Motsartın simfoniyaları