Entoni Deyvid Stefan Smit () — britaniyalı tarixi sosiologiya mütəxəssisi. Vəfat etdiyi zaman London İqtisadiyyat Məktəbində millətçilik və etnik mənsubiyyət üzrə professor emeritus olmuşdur. O, millətçilik elmləri sahəsində disiplinlərarasılığın banilərindən biri hesab edilir.
Smit ilk dərəcəsini Oksford Universitetində almışdır. O, burada klassik dövr və fəlsəfə üzrə təhsil almışdır. Doktorantura təhsilini isə London İqtisadiyyat Məktəbində sosiologiya sahəsində müdafiə etmişdir. O, Etnik mənsubiyyət və Millətçilik Araşdırmaları Assosiasiyasının ilk prezidentidir.
Fəaliyyəti Smitin millətçiliyin öyrənilməsi sahəsindəki ən çox tanınan qatqısı vətəndaş və etnik millət və millətçilik arasındakı fərqi göstərməsi olmuşdur. Həmçinin, hər bir millətin dominant "etnik nüvə"yə sahib olması ideyası da ona məxsusdur. Smit millətçiliyin modern fenomen olduğu məsələsində digər müəlliflərlə razı olsa da, millətin premodern köklərinin olduğunu iddia edirdi.
Smit filosof antropoloq Ernest Gellnerin tələbəsi olsa da, uzun müddət onun millətçilik barədəki düşüncələrini paylaşmamışdır. O, millətçiliyə yanaşmada yeni və modernistt yanaşma ilə ənənəvi yanaşmanın sintezindən ibarət olan etnosimvolizmi yaratmışdır.
Millətçilik Smit iddia edir ki, millətçilik "qrupun" əvvəlcədən mövcud olan tarixindən istifadə edərək həmin qrup daxilində ümumi kimlik və paylaşılan ortaq tarix hissinin yaranmasına səbəb olur. Lakin bu tarixin akademik olaraq doğru və qüsürsuz olduğunu demək olmaz. Smit iddia edir ki, bir çox millətçiliklər keçmiş hadisələrin tarixən qüsurlu şərhinə əsaslanır və mifologiyaya meyil edir. Bundan əlavə, Smitə görə keçmişin millətçi şərhi müasir siyasi və etnik vəziyyətlərə haqq qazandırmaq üçün uydurulur və yaxud da istehsal edilir.
Smitə görə millətçilik millətin üzvlərinin hamısının bir-birinə bənzəməsini gərəkdirmir, lakin həmin üzvlər millətə və millətin digər üzvlərinə qarşı möhkəm həmrəylik hissinə malik olmalıdılar. Millətçilik hissi hər hansısa yerdə üstün olan hər hansısa ideologiyanın içində də yaradıla bilər və ya yaşaya bilər. Millətçilik öncədən də var olan qohumluq, dini və inanc sistemlərinə əsaslanır. Smit müasir millətlərin arxa planında olan etnik qrupları "ethnie" adlandırır.
Millətlər və millət-dövlətlər Millət-dövlətlə bağlı danışarkən Smit bunları qeyd edirdi:
Smit millətçiliyi bir toplumun birliyi, kimliyi və öz müqəddəratını təyin etməsi uğrunda aparılan hərəkat və bu toplumun bəzi üzvləri tərəfindən həmin toplumdan potensial millət yaratma cəhdi kimi qiymətləndirirdi. O, deyirdi:
Etnielər sırayla ümumi əcdad mifləri, tarixi yaddaş, öaylaşılan kültür elementləri, tarixi bölgə ilə bəzi əlaqələr və həmrəylik olan əhali birlikləri kimi tərif edilir. Bu ən azından həmin etnienin elit təbəqəsi arasında belə qəbul edilir.Smith, Nations and Nationalism in a Global Era (Cambridge, UK: Polity, 1995): p. 57 Bir etnienin sərhədləri, bütün xüsusiyyətləri eyni anda görünməsə də, olduqca tanınan ola bilər. Bir başqa sözlə kiçik ortaq məxrəc məsələsi deyildir.
Smit deyir ki, hətta millətlər müasir dövrün məhsulu olsa belə, müasir millətlərdə etnik elementlər tapmaq mümkündür. Etnik qruplar millətlərdən fərqlidir. Millətlər üç mərhələli inqilabın nəticəsidir. Bu 3 mərhələli inqilab zamanı kapitalizmin inkişafı ilə kilsə güc itirmiş və yerlərdə bürokratik və kültürəl mərkəzləşmə prosesi getmişdir. Bununla birlikdə Smit tarixdə bir çox qədim millətlərin mövcud olduğunu bildirir və buna görə də modernist yanaşmanın qəbul edilməzolduğunu vurğulayır. O, çox vaxt etno-simvolizmin 'qurucu atası' olaraq qəbul edilir. Smitin etno-simvolist yanaşması bir neçə modernist alim tərəfindən tənqidə məruz qalmışdır.Sinisa Malesevic 2019. Grounded Nationalisms. Cambridge: Cambridge University Press. Sinisa Malesevic 2004. ‘Divine Ethnies’ and ‘Sacred Nations’: Anthony D. Smith and the Neo-Durkheimian Theory of Nationalism. Nationalism and Ethnic Politics 10 (4): 561-593.Sinisa Malesevic 2006. Identity as Ideology: Understanding Ethnicity and Nationalism. New York: Palgrave.Umut Özkırımlı 2017. Theories of Nationalism. New York: Palgrave. Onun tənqidçiləri arasında vaxtilə müəllimi olmuş Ernest Gellner də vardır.
Akademik azadlıq 1987-ci ildə Parlament, indiyə qədər yarı muxtar ingilis universitetlərini daha sərt dövlət nəzarəti altına almağı təklif etdi. Fərdi akademik azadlığa, tədqiqat və nəşr müstəqilliyinə qarşı olan təhdiddən narahat olan Smit, Akademik Muxtariyyət Şurasını təsis etdi və uzun müddət həmin şuranın katibi oldu.David Watson, 2000 Managing strategy. Open University Press. p18-20 Bu mübariənin nəticəsində məsələ Lordlar palatasına qədər uzandı və nəticədə 1988-ci il Təhsil islahatı düzəlişi qəbul edildi. Bu düzəlişlə qədim universitetlərin akademik işçilərinə ifadə və nəşr etmə azadlığı verildi.JRG Turner in M Tight editor, Academic freedom and responsibility. Society for Research into Higher Education. Open University Press. 1988 p107 p113 Şura hökumətlə qarşılıqlı əlaqələrini davam etdirdi və minilliyin ilk illərində akademik müstəqillik mövzusunda simpoziumların təşkili.GR Evans and DE Packham 2003, Ethical Issues at the University-Industry Interface: a Way Forward? Science and Engineering Ethics, 9 (1). pp. 3-16
Seçilmiş nəşrləri İl Başlıq ISBN 1971 Millətçilik nəzəriyyələri () (I nəşr) (II nəşr 1983) 1983 Üçüncü dünyada dövlət və millət () 1986 Millətlərin etnik kökəni () 1991 Milli kimlik () 1995 Qloballaşma dövründə millətlər və millətçilik () 1998 Millətçilik və modernizm () 1999 Millətin mifləri və xatirələri () 2000 Tarixdə millət () 2003 Seçilmiş insanlar: milli kimliyin müqəddəs mənbələri () 2004 Millətlərin antikliyi () 2008 Millətin kültürəl təməlləri: iyerarxiya, razılaşma və respublika () 2009 Etno-simvolizm və millətçilik: kültürəl yanaşma ()
Həmçinin bax Millətçilik Millət
İstinadlar
Xarici keçidlər Entoni D. Smitin millət və millətçilik barədə müsahibəsi (tərc. Əli Kəbirli)
Kateqoriya:İngiltərə tarixçiləri Kateqoriya:İngiltərə sosioloqları Kateqoriya:İngiltərə alimləri Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimləri