Hüseyn (Söyün) Gülməmməd oğlu Məmmədov (, ) — Azərbaycan əsilli gürcü siyasətçi, Hümmət Partiyasının həmtəsisçisi, Gürcüstan Müəssislər Məclisinin üzvü (1919–1921).
Həyatı 350px|thumb|left|Hüseyn Məmmədov Gürcüstan Müəssislər Məclisinin tərkibində (sonuncu sırada sağdan birinci). 1875-ci ildə Muğanlı kəndində anadan olub. Milliyətcə azərbaycanlıdır.
1899-cu ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. 1904-cü ildə Hümmət Sosial-Demokrat Müsəlman Partiyasının təsisçilərindən biri olub.
12 mart 1919-cu ildə Gürcüstan Sosial Demokrat Partiyasının siyahısı üzrə Gürcüstan Müəssislər Məclisinə üzv seçilmişdir.
1919-cu ilin martında Georgi Ancaparidze, Samson Pirsxalava və Pyotr Surquladzeylə birlikdə Ahalsıx üsyanın səbəblərinin araşdırılması üçün yaradılmış xüsusi komissiyaya seçilmişdi.
Məmmədov gürcü dilini sərbəst bilirdi və mənsub olduğu bölgənin müəyyən problemləri ilə bağlı gürcüdilli dövri mətbuatda vaxtaşırı məqalələrlə çıxışlar edirdi.
1921-ci ildə, Qızıl Ordunun Gürcüstanı işğal etməsindən sonra Gürcüstanda qalıb. Sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.
İstinadlar
Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Gürcüstan Müəssislər Məclisinin üzvləri