Kordova məscidi-kafedralı() — Kordova əmiri I Əbdürrəhmanın xanımının şərəfinə tikdirdiyi məscid () İspaniyanın Əndəlüs bölgəsində yerləşən daha sonra Müqəddəs Məryəm Kafedralı kilsəsi adlanan Kordova Yeparxiyasının Katolik Kafedralı. Quruluşca Mavritaniya memarlığının qazanılmış abidələrindən biri olaraq qəbul edilir.
Ənənəvi hesaba görə,daha öncə,kiçik bir Vestqot krallığı kilsəsi,Bazilika memarlıq üslubundakı Müqəddəs Vikent Lerinski Katolik kilsəsi olmuşdur .784-cü ildə I Əbdülrəhman, sonrakı müsəlman hökmdarları tərəfindən xeyli genişləndirilən Böyük Məscidin inşasını əmr edir. Kordova, Rekonkista dövründə 1236-cı ildə xristianlar tərəfindən ələ keçirilir və bina Roma Katolik Kilsəsinə çevrilir, daxili interyerinin bazilika memarlıq planına uyğunlaşması ilə XVI əsrdə tam olaraq İntibah dövrünün tələblərinə uyğun xristian kilsəsinə məbədinə çevrilməsi yekunlaşır.
2000-ci illərin əvvəllərindən bəri Kordova Kafedralındakı müsəlman icmasına burada namaz qılmaları üçün icazə verdilərThomson, Muslims ask Pope to OK worship in ex-mosque, Reuters, (2011), . Bu müsəlman icması həm İspaniyadakı, həm də Vatikandakı kilsə rəhbərliyi tərəfindən dəfələrlə rədd edilmişdi.
Mənşəyi Ümumiyyətlə inanılır ki,Məscid-Kafedral əvvəlcə Müqəddəs Vikentiy Lerinski monastrı olmuş, Pireney yarımadasının ərəblər tərəfindən fəthindən sonra, müsəlmanlar və xristianlar tərəfindən bölüşdürüldü. Tikilinin bucürə paylaşmasının təşkili 784-cü ilə qədər davam etdi,tikilinin xristianlara aid hissəsinin I Əbdürrəhman tərəfindən satın alındıqdan, sonra orijinal quruluş sökülməyə və yerində Kordovanın möhtəşəm məscidini tikilməyə başladı. X əsr tarixçisi ər-Raziyə qayıdan bu povest, Suriyanın ərəblər tərəfindən fəthinə bənzər povestləri ,xüsusən də Əməvi məscidinin qurulması ilə bağlı hekayəni əks etdirirdi . Orta əsr müsəlman tarixçiləri,bu paralellərdə Əməvilər sülaləsinin İspaniyanı fəth etməsini və Vestqot Kordovasının mənimsənilməsini vurğuladı . Arxeoloji sübutlar az olduğu üçün bu hekayənin tarixiliyi şübhə altına düşür, və bu hekayələr I Əbdürrəhmanın Əndəlüsə ilk gəlişindən sonrakı hadisələrlə çağdaş hesablarda öz təsdiqini tapmır. X əsrə aid digər mənbədə, hər hansı əlavə məlumat verilmədən məscidin yerində daha öncədən var olan kilsədən bəhs edilir. Ancaq demək olar ki, oradakı məscidin yerləşdiyi binanın Böyük Məscidin ilk versiyasını tikmək üçün dağıldığı bildirilir. Kordova məscidi-kafedralından tapılan bir arxeoloji eksponat,kompleksin əsl xristian təbiətini vurğulamyan,Vestqot binasının fraqmentlərini əks etdirirdi . Məscid-Katedral tarixini öyrənən mütəxəssis Suzana Kalvo Kapillanın sözlərinə görə, Məscid-Katedral kompleksinin ərazisində kilsəyə bənzər bir çox binaların qalıqları olsa da, Müqəddəs Vikentiy lerinski kilsəsinin və ya ilk məscid tikilinin harada yerləşdiyi barədə heç bir arxeoloji dəlil tapılmadı,daha sonra binanın yeni tikili ehtimalıda irəli sürülmüşdü. Dəlillər bunun,əvvəlcə müsəlmanlarla xristianlar arasında bölünmüş xüsusi bir kilsə deyil, bir yepiskop kompleksinin əsasları ola biləcəyini göstərir.
thumb|left|İspaniyanın Almunekar şəhərində I Əbdürrəhmanın heykəli. Ənənəvi bir hesabatlara görə, sürgün olunan Əməvi şahzadəsi I Əbdülrəhman İspaniyaya qaçaraq Əl-Əndəlüs valisi Yusuf əl-Fəxrini məğlub edərək, Kordovanın Qnostisizm, Priskilliantizm,Donatizm,Lusiferizm də daxil olmaqla müxtəlif təriqətlərə bölündüyünü tapdı. Məqsəd Bağdad, Qüds və Şamdakı məbədlər ilə rəqabət edəcək bir məbəd tikmək və Məkkənin şöhrətinə yaxınlaşmaq idi.Müqəddəs Vinkentə həsr olunmuş bir xristian kilsəsinin üzərində, I Əbdürrəhman böyük bir məscid ucaltmaq qərarına gəldi.Kilsə və onun əhatə etdiyi torpaq sahəsini satın almağı təklif etdi. Satış üçün tərtib olunmuş danışıqlar Sultanın sevimli katibi Üməyyə ibn Yezidin əlinə keçdi. Köçürmə şərtlərinə əsasən, əvvəllər dərin hörmət etdikləri üç müqəddəs xristian şəhidi olan Faustus, Yanuarius və Markellusa həsr edilmiş Kordova kilsəsinin yenidən qurulmasına icazə verildi.
thumb|300px|Qvadalkvivir çayı üzərindəki Kordova Məscid -Katedralı I Əbdürrəhman xristianlara xarabalığa çevrilmiş kilsələrini yenidən qurmağa icazə verdi və satış şərtlərində razılaşdırıldığı kimi Müqəddəs Vinkent kilsəsinin yarısını satın aldıJosef W. Meri and Jere L. Bacharach, Medieval Islamic Civilization, Routledge, (2005), p. 176 ff.. Əmirlik çox zəngin idi. Son müharibələr zamanı qotlardan əldə olunan xəzinədən başqa, o, torpaq məhsullarından və istehsaldan alınan onda bir vergisi ilədə xeyli qazanc əldə etmişdi. Əndəlüsdəki bütün bacarıqlı müsəlmanlardan zəkat ödəmələri istənildi. Cizyə kimi tanınan məcburi vergi, Əndəlüs hökuməti tərəfindən can və mal mülkiyyətinin qorunması qarşılığında qeyri müsəlmanlardan,mühafizə xidmətlərində özləri iştirak etmədikləri halda vergi alınırdı. Cizyə, zəkatdan az idi və hər ikisi də İslam qəbilələri tərəfindən işğal edilmiş, lakin xristianlar tərəfindən məskunlaşan torpaqlarda müsəlman hökmdarların əsas gəlir mənbələrindən biri idi. Bundan başqa Mavritaniya padşahları İberiyanın qiymətli mədənlərini, mərmər ocaqları və digər sərvət mənbələrini əldə etməklə zənginləşdilər. Bu gəlirlərdən I Əbdülrəhman və və onun varisi Hişam II Əbdürrəhman sülalənin ən böyüyü və xəttin üçüncüsü,ekstravaqant Əl- Mənsur,məscid dizaynı, inşası və bahalı bəzəyinə çoxlu pul xərclədilər. I Əbdürrəhman I və onun ardıcılları 784-cü ildən başlayaraq binanı məscid halına gətirmək üçün iki əsr ərzində xeyli iş gördülər. Bundan əlavə I Əbdürrəhman məsciddən (əvvəlcə Ayxama Məscidi adlanırdı) sarayına əlavə bir vasitə kimi istifadə etdi və həyat yoldaşının şərəfinə adlandırdı. Ənənəvi olaraq, məscidin mehrabı (və ya apsida) Məkkə istiqamətində idi; ibadət edənlər mehraba baxaraq Məkkəyə tərəf dua edirdilər. Məkkə məscidin cənub-şərqindədir,fərqliliyi onda idi ki,məscidin mehrabı şərqə yox,cənuba baxırdı.
Möhtəşəm Meskitanın qurulması işinə minlərlə sənətkar və fəhlə cəlb edilmişdi və bu qədər böyük bir iş rayonda digər işlərin inkişafına kömək oldu. Siyerra Morenadan və şəhərin ətraf rayonlarından sərt daşlar və gözəl mərmər daşlar gətirildi. Torpaqdan müxtəlif növ metallar qazıldı və və oyanan bir sənaye enerjisinin nəticəsində fabriklər qarışıqlıq dövründə Kordovada meydana gəldi. Məşhur suriyalı memar məscid planlarını hazırladı. Kordova kənarındakı öz evindən ayrılan Əmir, bu proseslərə şəxsən nəzarət etmək və dizaynların yaxşılaşdırılması üçün təkliflər vermək üçün şəhərdə yaşamağa gəldi. I Əbdürrəhman işçilərin arasında gəzirdi, hər günün bir neçə saatı onları istiqamətləndirirdi.
Məscid bir çox sonrakı dəyişikliklərə məruz qaldı: II Əbdürrəhman yeni bir minarəyə sifariş verdi, 961-ci ildə II Əl-Hakim binanı genişləndirdi və mehrabı zənginləşdirdi. Bu cür islahatların sonuncusu 987-ci ildə Əl-Mənsur tərəfindən həyata keçirildi. Saraylardakı məscidlərin əvvəlki İslam hökmdarları üçün ənənə halına gəlməsi — saraylarını kilsələrə bitişik tikən xristian padşahlar ilə bağlı idi. Meskitanın mövcud ölçülərinə xarici bazilika və ətraf sahələrinin genişləndirilib,tamamlanması 987-ci ildə başa çatdı.
Dizaynı thumbnail|Dizaynların planı Məscidi planlaşdırarkən memarlar bir sıra Roma sütunlarını da seçərək paytaxta daxil etdilər. Bəzi sütunlar Qotik quruluşunda idi; digərləri vilayət qubernatorlarının hədiyyələri olaraq İberiyanın müxtəlif bölgələrindən göndərildi. Dekorasiyada fil sümüyü, kalsedon, porfir, qızıl, gümüş, mis və sarı misdən istifadə olunurdu. Ecazkar mozaika və azuleju ilə dizayn edilmişdir. Panellərə qızıl sütunlarla bəzədildi, qırmızı mərmər sütunların isə Allahın işi olduğu deyilirdi. I Əbdürrəhman rəhbərliyi ilə tikilən binanın təməl hissəsi,Portağal Məhkəməsi ilə həmsərhəd idi. Daha sonra böyük məbəd Morisko memarlığının bütün üslublarını bir kompozisiya halına gətirdi.
Böyük Kordova məscidi üç əsr boyu Əl-Əndəlüs İslam icması arasında əhəmiyyətli bir yer tutduJayyusi, Salma Khadra, ed. The Legacy of Muslim Spain, 2 Vols.. Leiden: BRILL, p.599.. Paytaxt Kordovada Məscid şəhərin mərkəzi mərkəzi olaraq görülürdüMuhammad Iqbal, The Mosque of Córdoba . Məhəmməd İqbal məscidin çoxlu sütunlu,bazilika üslublu salonunu "Suriyanın oazisindəki xurma ağacları kimi saysız-hesabsız" təsvir edirdiAnwar, G. Chejne, Muslim Spain: Its History and Culture, MINNE ed. Minnesota: University Of Minnesota Press, p.364..
Məscidin əsas salonu müxtəlif məqsədlər üçün istifadə olunurdu. İbadət üçün üçün: beş günlük namaz və xüsusi cümə namazı mərkəzi namaz salonu kimi xidmət edirdi. I Əbdürrəhman və onun ardıcıllarının hakimiyyəti dövründə tədris və şəriət hüququ işləri üçün də bir salon fəaliyyət göstərirdi. Məscid Əməvi məscidi (Şam Cümə məscidinə) memarlıq xüsusiyyətlərinə görə çox oxşayır.
thumb|left|240px|Kordova məscidinin ibadət zalı thumb|left|240px|Mehrab
Xüsusiyyətləri Bina 856 sütunlu kalsedon, oniks, mərmər, qranit və porfirdən ibarət çoxlu sütunlu,bazilika üslublu salonu ilə ən çox diqqət çəkəndir. Bunlar əvvəllər ərazini var olan Roma məbədinin, eləcə də digər Roma binalarının, məsələn, Merida amfiteatrının parçalarından hazırlanmışdı. İkiqat tağlar bir yenilik idi, aşağı sütunlara mümkün olduqca nisbətən yüksək tavanlar birləşdirilmişdir. İkiqat tağlar nisbətən alçaq və hündür yarımdairəvi tağlardan ibarət idi. Tağların qurulmasında məşhur Qübbətüs-Səhranın tikintisində istifadə olunan qırmızı və ağ daşlardan da istifadə olunmuşdu və həmçinin, eyni vaxtda tikilmiş Aaxen kafedralına da bənzəyir. Bu tağlar,Priney yarımadasında III əsrdə "Estela de los Flavios" da, indi Leonun arxeoloji muzeyində göründüyü kimi Antik dövrdən bəri bilinirdi. Bir mərkəzdə yerləşən günbəzdə ulduzlarla bəzədilmiş mavi plitələr var.
Bina zəngin zərli bəzəkləri ilə məşhur mehraba malikdir. Mehrab həndəsi və özünəməxsus dizaynı ilə memarlıq sənətinin şah əsəridir. Digər özünəməxsus xüsusiyyətləri tağlar,minarələr,rəngli mozaika,rəngli şüşəli pəncərələrlə əhatə olunmuş açıq məhkəmələrin (sahn) olması idi . Məscidin divarlarında Qurani-Kərimdən yazılar var idi. İslam dini inanclarında heykəltaraşlıq və təsvir qəbul edilmədiyindən,kafedralın bütün dekorasiyası əsasən mozaika işi, xəttatlıq və memarlıq formaları ilə həyata keçirilirdi. Ərəb yazıçısı Arrazi, məscidin mehrab və gümbəzlərini bəzəmək üçün ətraf ərazilərin dağlarından əldə edilən qiymətli şərab rəngli mərmərdən çox istifadə olunduğundan bəhs edir. thumb|məscid-kafedralın daxili hissəsini əks etdirən
Tərtibatı Binanın döşəmə planının İslam tarixinin ilk günlərindən inşa edilmiş ən qədim məscidlərə paralel olduğu görülür. Orada üzü qibləyə tərəf baxan,düzbucaqlı formada bir salonun olduğu verilir. Namaz qılmaq üçün olan zal böyük və düz idi, taxta tavanlar at nalına bənzər görünüşlü tağlarla qurulmuşdu.
Hişam məscidi 460 ilə 280 fut (140 m × 85 m) bir ərazini əhatə edirdi. Doqquz xarici qapı və on bir daxili qapı var idi. Hər qapı məscidin içərisinə çıxırdı. Məhkəmənin şimal, qərb və şərq tərəfində geniş qapıları və dindarların dəstəmaz almaqları üçün bulaqlar var idi. Şimaldan cənuba on bir şərqdən qərbə doğru uzanan iyirmi bir dar keçid keçirdi.
Məscid yarandıqdan yüz əlli il sonra, məscidin özünün cənub tərəfinə genişlənməsi ilə bərabər damına bir pilləkən əlavə edildi. Namaz salonunu Xəlifə sarayı ilə birləşdirən körpü inşa edildi. Məscid,sonradan onu əhatə edən həyətlə birgə cənuba doğru genişləndirildi. Məscid dörd mərhələdə inşa edilmiş, hər hökmdar və elitası buna töhfə vermişdir.
XI əsrə qədər həyət sitrus və xurma ağacları olan — əvvəlcə yağış suyu suları, daha sonra isə su kanalları ilə suvarılan bir yer idi. Qazıntı, ağacların səthi suvarma kanalları ilə bir sırada əkildiyini göstərir.Bugün görünən daş kanallar orijinal deyil.
III Əbdürrəhman bura yeni bir qüllə əlavə etdi. Minarədə qalaya ayrıca qalxıb,enmək üçün iki pilləkən var idi. Zirvədə iki qızıl və biri gümüş üç alma ,altı ləçəkli zanbaqlar var idi. Minarənin dörd üzü, on dörd pəncərəsi var idi, kalsedon sütunlarında tağları şəbəkə naxışları ilə bəzədilmişdir.
İbadətgahlar(kiçik kilsələr)
Şimaldan cənuba Qərb divarı: