Səngan (Aşağı Tarım) yaxudda Aşağı Səngan () iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd.

Coğrafiyası

Kənd Qəzvindən 105 kilometr aralı yerləşir.

Əhalisi 2016-cı ilin məlumatına görə kənddə 236 nəfər yaşayır (83 ailə). Milli tərkibi Əhalisi bütünlükdə yerli Azərbaycan türklərindən ibarətdir.

İqtisadiyyat thumb|200px|Səngan narı Əhalisi əsasən bağçılıqla məşğul olaraq gəlirləri bu yoldandır və bu kənd bölgədə nar meyvəsinin mərkəzi sayılır.Səngan kəndində müxtəlif nar növləri o cümlədən Şahabar,Qaragöz,Ağ nar və Meyxoş narları yetişdirilir.İrna İllik olaraq bu kənddə Oktyabr ayında nar dərimi münasibətilə nar festivalı keçirilir.Üzüm, zeytun, alça, əncir, ərik, tut, böyürtkən, moruq, qoz və qara tut kəndin başqa önəmli bağçılıq məhsulları sayılır.

Din Səngan kəndində İmamzadə Əlaəddin türbəsi yerlişir ki onda 2010-cu ildə quruculuq işləri aparılaraq qismən bərpa edilib.İmamzadələr

Görüntülər

İstinadlar

Kateqoriya:Qəzvin şəhristanının kəndləri