Atatəpə Tiflis əyalətinin Pətək nahiyəsində (indi Borçalı bölgəsində) kənd adı.B. Ə. Budaqov. Q. Ə. Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan", 2008.

Toponimkası Atatəpə — Tiflis əyalətinin Pətək nahiyəsində (indi Borçalı bölgəsində) kənd adı. Ordakı Adatəpə dağının adındandır. Azərbaycanın Samux mahalında Adabaş və İrəvan quberniyasının Novobayazid qəzasında Adatəpə, dağ adları ilə eynidir. Digər adı Ardanış olan bu dağ Qazax-Borçalı elləri üçün yaylaq yerləri olmuşdur. Əsli Adatəpə yaxud Adaytəpə. Türk dillərində ada (aday) və təpə sözlərindən ibarətdir. Ada (aday) həm "dörd tərəfi su ilə əhatə olunmuş quru yer", həm də düzənlikdə təpə mənasındadır. Türkmənistan toponimiyasında ada, "qum təpəsi" sözü mənasındadır.

Həmçinin bax Borçalı qəzası

İstinadlar

Xarici keçid axc.preslib.az

Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Tiflis quberniyası