Bəni-Nadir qəzvəsi və ya Bəni-Nəzir qəzvəsi () — Məhəmmədin Mədinə yəhudilərinə qarşı etdiyi qəzvələrdən birinin adıdır. Bu qəzvə Məhəmmədin Mədinə yəhudiləri ilə etdiyi ikinci müharibədir ki, hicrətin dördüncü ili Rəbiüləvvəl ayında başvermişdir.واقدی، محمد بن عمر؛ کتاب المغازی، ج۱، ص۳۶۳ \ Vaqidi, Məhəmməd ibn Ömər, Kitabul Məğazi, c,1, s,363 Bəni Nəzirlə birlikdə Mədinədə yaşayan digər iki yəhudi qəbilələri - Bəni-Qeynuqa və Bəni Qureyzədə Məhəmməd ilə müttəfiq olmalarına baxmayarqaq hər üçü xəyanət etdilər. Bu Müharibə Müsəlmanları qələbəsi və Bəni-Nadir qəbiləsinin Mədinədən sürgün edilməsi ilə nəticələndi.
Bəni-Nadirin tarixi İslamdan əvvəl Yəsribdə (indiki Mədinə) məskunlaşan Bəni-Nadir tayfasının mənşəyi haqqında müxtəlif rəvayətlər nəql olunur. Yəqubi, onları Cuzam qəbiləsindən olan yəhudi bir tayfa olduğunu qeyd edir və Nadir dağının ətrafında yaşadıqları üçün Bəni-Nadir adı ilə tanınmışlar.یعقوبی، تاریخ یعقوبی، دار صادر، ج۲، ص۴۹ \ Yəqubi, Tarixi yəqubi, Daru Sadir, c,2, s,49 Bəziləri isə onların Harun ibn İmranın nəslindən olduğunu, Musanın vəfatından sonra və Əvs və Xəzrəc qəbilələrinin hicrətindən isə öncə orada məskunlaşdıqlarını qeyd ediblər.ابوالفرج اصفهانی، الأغانی، ۱۴۱۵ق، ج۲۲، ص۳۴۳ـ۳۴۴ / Əbul-Fərəc İsfəhani, Əl-Ğani, C,22, s,343,344, İl, 1415-Qəməri İbn Səd isə onların məskunlaşdığı yerin adının "Əl-Qərs" olduğunu qeyd edir.ابن سعد، الطبقات الکبری، ۱۹۶۸م، ج۲، ص۵۷/ İbn Səd, Ət-Təbəqatul Kubra, c,2, s,57, il,1968-Miladi Bəni-Nadir və Mədinədə yaşayan digər yəhudi qəbilələri çox zəngin idilər. Buna görə də, Ərəb olan Əvs və Xəzrəc qəbilələri onlara qələbə çalmaq üçün Qəssani qəbiləsindən kömək aldılar. Qəssanilər də bir ordu ilə Hicaza gələrək yəhudilərin çoxunu öldürdülər və bundan sonra onlar üzərində hakimiyyəti ələ aldılar.ابوالفرج اصفهانی، الأغانی، ۱۴۱۵ق، ج۲۲، ص۳۴۴ـ ۳۴۵ \ Əbul-Fərəc İsfəhani, Əl-Ğani, C,22, s,344–345, İl, 1415-Qəməri Bəni-Nadir tayfası, Əvs və Xəzrəc qəbilələri arasında baş verən qarşıdurmalarda Əvs qəbiləsi tərəfində olublar.حلبی، ج۲، ص۲۶۴ / Hələbi, c,2, s,264
Bəni-Nadirin sülhə əməl etməməsi İslamın gəlişinə yaxın, Uhud döyüşündən öncə Bəni-Nadir qəbiləsinin Əbu Süfyanla əlaqələri var idi.اسلام، چاپ دوم، ذیل "نضیر، بنو " \İslam, ikinci çap, Nadir və Bənu kəlmələri Məhəmmədin Mədinəyə hicrətindən sonra digər yəhudi qəbilələləri ilə birlikdə Bəni-Nadir də Müsəlmanlarla sülh müqaviləsi bağladı və düşmənlərin Mədinəyə hücumu zamanı Müsəlmanlar tərəfindən çıxış edəcəklərinə söz verdilər, eyni zamanda da Qureyş kafirlərinə heç bir hərbi və ticari yardım etməyəcəklərinə söz verdilər.ابن هشام، ج۲، ص۱۴۸ـ۱۵۰ \İbn Hişam, c,2, s,148–150 Bəni-Nadirin sülh müqaviləsinə əməl etmədiklərinə görə, hicrətin dördüncü ili Rəbiüləvvəl ayında Bəni-Nadir qəzvəsi baş verdi.ابن سعد، الطبقات الکبری، ۱۹۶۸م، ج۲، ص۵۷ \İbn Səd, Ət-Təbəqatul Kubra, c,2, s,57, il,1968-M Hicrətin dördüncü ili Əmr ibn Umeyyə Biri Məunə səriyyəsindən qayıdarkən Məhəmmədin himayəsidə olan Bənu Amir qəbiləsindən iki nəfəri qətlə yetirdi. Amir ibn Tufeyl Məhəmməddən diyə tələb etdi,ابن هشام، ج۳، ص۱۹۹؛ حلبی، ج۲، ص۲۶۳ \İbn Hişam, c,3, s,199;Hələbi, c,2, s,263 Məhəmməd diyənin ödənməsi üçün Bənu Amir qəbiləsinin müttəfiqi olan Bəni-Nadir qəbiləsindən kömək istədi.طبری، ج۲، ص۵۵۱؛ واقدی، ج۱، ص۳۶۴ \Təbəri, c,2, s,551;Vaqidi, c,1, s,364 Bəni Nədir kömək etməyi qəbul etdi, Amma hiləgər bir planla Məhəmmədi qətlə yetirməyi Əmr ibn Cihaşa tapşırdılar belə ki, Məhəmməd qala divarının yaxınlığında olanda üzərinə bir daş atıb O həzrəti qətlə yetirməyi planladılar.ابن هشام، ج۳، ص۱۹۹ـ۲۰۰ \İbn Hişam, c,3, s,199–200 Məhəmməd vəhy vastəsi ilə onların bu məkirli planından xəbərdar oldu və onlara on gün ərzində silahlarından başqa bütün daşına bilən əmlakları ilə Mədinə şəhərini tərk etməyi əmr etdi. İldə bir dəfə olmaqla şəhərə gəlib xurma məhsullarını yığıb qayıda bilərlər.واقدی، ج۱، ص۳۶۹ \Vaqidi, c,1, s,369
Münafiqlərin fəaliyyətləri Mədinə münafiqlərinin rəhbəri Abdullah ibn Ubəy, Bəni Nadir qəbiləsini Müsəlmanlara tabe olmaqdan çəkindirərək Bəni Qureyzə ilə birlikdə onlara kömək edəcəklərinə söz verdiواقدی، ج۱، ص۳۶۸؛ طبری، ج۲، ص۵۵۳ \Vaqidi, c,1, s,368;Təbəri, c,2, s,553.
Döyüş
Döyüşün başlanması Məhəmməd Abdullah ibn Ümmü Məktumu Mədinədə canişini təyin etdi. Əli ibn Əbu Talibinواقدی، ج۱، ص۳۷۱؛ ابن هشام، ج۳، ص۱۹۹ـ۲۰۰ \ Vaqidi, c,1, s,371;İbn Hişam, c,3, a,199–200 komandirliyi altındakı qoşunla Bəni Nadiri on beş günTəbəri;İbn Səd, c,2, a,57 və ya altı gecəابن هشام، ج۳، ص۲۰۰ \ İbn Hişam, c,3, s,200 mühasirədə saxladı. Mühasirə müddətində Məhəmmədə sui-qəsd etmək istəyən Əzvək adlı bir yəhudini Əli öldürdüواقدی، ج۱، ص۳۷۱ \ Vaqidi, c,1, s,371. Bu hadisədən sonra Məhəmməd, Bəni Nədirin "Buveyrə"də olan xurma ağacları kəsməyi əmr etdiیاقوت حموی، همانجا؛ ابن کثیر، ج۴، ص۷۷؛ بکری، ج۱، ص۲۸۵ \Yaqut Həməvi;İbn Kəsir, c,4, s,77;Bəkri, c,1, s,285.
Döyüşün nəticəsi Mühasirənin sonunda təslim oldular və silah, qızıl və gümüş istisna olmaqla daşına bilən mülklərindən yalnız bir dəvə yükü götürməklə Mədinə şəhərini tərk etməyi qəbul etdilərیعقوبی، تاریخ یعقوبی، دار صادر، ج۲، ص۴۹؛ حلبی، ج۲، ۲۶۶؛ واقدی، ج۱، ص۳۷۲ \Yəqubi, Tarixi Yəqubi, Daru Sadir, c,2, s,49;Hələbi, c,2, s,266;Vaqidi, c,1, s,372. Onlardan (Hicrətin yeddinci ilində Xeybərin fəthindən sonra Məhəmmədin həyat yoldaşı olan Səfiyyənin atası) Huyey ibn Əxtab və Əbil-Huqayq (Səfiyyənin birinci əri) kimi bəziləri Xeybərə, bəziləri isə Şama getdilərحلبی، ج۲، ص۸۴، ۲۰۷؛ ابن کثیر، ج۴، ص۷۵ـ۷۶، ۱۹۶ـ ۱۹۸؛ ابن اثیر، ج۲، ص۱۲۲ \ Hələbi, c,2, s,84,207;İbn Kəsir, c,4, s,75–76,196–198:İbn Əsir, c,2, s,122.
Qənimətin bölünməsi Müharibə olmadığına görə Bəni Nadirdən qalan mülklər qənimət hökmündə olmayıb təsərrüf haqqı yalnız Məhəmmədə aitdiسوره حشر، آیات ۶ـ ۸ / Həşr surəsi, ayə,6–8. Buna görə Məhəmməd Ənsarla razılaşıb əldə olunan malları mühacirlər arasında böldü ki, ənsarın himayəsindən azad olsunlarابن هشام، ج۳، ص۲۰۱ـ۲۰۲؛ ابن اثیر، ج۲، ص۱۱۹؛ حلبی، ج۲، ص۸۵؛ حسنی، ص۴۳۹ / İbn Hişam, c,3, s,201–202;İbn Əsir, c,2, s,119;Hələbi, c,2, s,85;Həsəni, s,439. Həşr surəsinin 1–17-ci ayələri Bəni Nədir qəzvəsi və onların Mədinədən çıxarılması ilə əlaqəlidir.
Həmçinin bax Qəzvə Xeybər döyüşü Bəni Qeynuqa qəzvəsi Həşr surəsi
Ədəbiyyat İbn Əsir, Əl-Kamil fit-Tarix, Beyrut,1405/1985. İbn Səd, Ət-Təbəqatul Kubra, Araşdırmaçı, İhsan Əbbas, Beyrut, Daru Sadir, Birinci çap,1968-M. İbn kəsir, Əl-Bidayə vən-Nihayə, Beyrut,1415/1995. İbn Hişam, Əs-Sirətun Nəbəvi, Mustafa Səqqa çapı, İbrahim abyari, Əbdul Həfiz Şəlbi, Misir,1936. Əbul Fərəc İsfəhani, Əli ibn Hüseyn, Əl-Ğani, Beyrut, Daru Ehyayit-Turasil Ərəbi, Birinci çap,1415-Q. Bəkri, Abdullah ibn Əbduləziz, Mucəmi ma İstəcəmə min Əsmail Biladi və əl-Məvadi, Mustafa Səqqa çap, Beyrut-1403/1983 Həsəni, Hişam Məruf, Sirətul-Mustafa, Beyrut-1406/1986 Hələbi, Əli ibni İbrahim, əs-Siratul-Hələbiyyə, Beyrut Zəhəbi, Məhəmməd ibni Əhməd, Tarixul-İslam və Vəfayatul-Məşahir vəl-Əəlam, əl-Məğazi Ömər Əbdüs-Səlam Tədmiri çap, Beyrut-1410/1990 Təbəri, Məhəmməd ibni Cərir, Tarixut-Təbəri, Tarixul-Uməm vəl-Muluk, Məhəmməd Əbdül-Fəzl İbrahim çap, Beyrut-1382–1387/1962–1967 vaqidi, Məhəmməd ibni Ömər, Kitabul-Məğazi, Marsden Johannes, London-1966 Yəqut Həməvi, Mucəmul-Buldan, Beyrut-1399/1979 Yəqubi, Əhməd ibni İshaq, tarixul-Yəqubi, Beyrut, Daru Sadir
Xarici keçidlər Bəni Nədir
İstinadlar
Kateqoriya:Döyüşlər Kateqoriya:İslam tarixi Kateqoriya:Sülh müqavilələri Kateqoriya:Bəni Nadir Kateqoriya:620-ci illərdəki münaqişələr