Dali teatrı və muzeyi—İspaniyanın Kataloniya bölgəsindəki Figueras şəhərində yerləşən sənət muzeyi. Burada dəfn olunan ispan rəssamı Salvador Daliyə həsr olunmuş bina dünyanın ən çox ziyarət edilən sənət muzeylərindəndir.

Dalinin gənclik əsərlərinin ilk dəfə nümayiş olunduğu şəhər teatrı muzeyin əsas oxunu təşkil edir. Teatr İspaniya vətəndaş müharibəsində yanğın nəticəsində zərər gördü və 1960-cı illərdə Figueres meri və Dalinin təşəbbüsü ilə bir muzeyə çevrildi. Joaquim de Ros i Ramis və Alexandre Bonaterra rəhbərliyi altında aparılan tikinti işləri nəticəsində muzey 28 sentyabr 1974-cü ildə ziyarətçilər üçün açıldı.

İstinadlar

Kateqoriya:İspaniya muzeyləri Kateqoriya:Salvador Dali Kateqoriya:Bir rəssama həsr olunmuş muzeylər Kateqoriya:1974-cü ildə yaradılmış muzeylər