Deyr-Yasin qətliamı — 1948-ci il 9 aprel hadisələri gedişində ərəblərin Deyr-Yasin kəndi sionist-revizionistlərin radikal təşkilatlarına aid olan yəhudi yarım hərbi silahlı dəstələri İrgun və Lehi tərəfindən tutuldu. Kəndə edilən hücum nəticəsində, müxtəlif hesablamalara görə, 107-dən 254-ə qədər kənd sakini öldürülmüş, 12 nəfər yaralanmışdır. Təcavüzkarların bölmələri ümumilikdə 132Мильштейн У. Кровавый навет в Дейр-Ясине nəfər dəstə üzvü olmaqla 5 nəfərin öldüyünü və 50 nəfərin yaralandığını bildirmişdir.
Bir sıra İsrail mənbələrinə görə, "Deyr-Yasindəki qırğın" ifadəsi obyektiv deyil, təbliğat və Fələstin təssübkeşliyi məqsədi daşıyır.
Hadisənin şahidlərinin ifadələri və qiymətləndirmə son dərəcə ziddiyyətlidir.
Ümumi məlumat
Təsvir edilən hadisələr Birləşmiş Millətlər Təşkilatının Fələstinin ərəb və yəhudi dövlətlərinə bölünməsi planının 1947-ci il noyabrın 29-da qəbul etdikdən sonra baş verdi, lakin bu ingilislərin Fələstin tərəfindən idarə edilməsinin və İsrail dövlətinin elan edilməsindən əvvəl (14 may 1948) olmuşdur. Qətnaməyə görə Qüds bu dövlətlərin heç birinə mənsub olmamalı və beynəlxalq nəzarət altında yerləşməli idi. Deyr-Yasin BMT planına görə, Qüds bölgəsinin bir hissəsi idi.
Ərəb Dövlətləri Liqası və Fələstin Yüksək Ərəb Şurası da daxil olmaqla ərəb liderləri BMT-nin Fələstini bölüşdürmək planını qəti şəkildə rədd etdilər və bunun həyata keçirilməsinə mane olmaq üçün bütün səylərini göstərəcəklərini bildirdilər.ЭЕЭ|13236|Планы раздела Палестины Yəhudi və ərəb hərbiləşdirilmiş qrupları arasındakı lokal qarşıdurmalar genişmiqyaslı bir müharibəyə çevrilməyə başladı. Münaqişənin ilk mərhələsində ərəblərin planlarına yəhudi dövlətinin yaranmasının qarşısının alınması və 1948-ci il mayın 14-də İsrailin müstəqillik elan edildiyi andan - onun tamamilə məhv edilməsi ("yəhudiləri dənizə atmaq") və bütün Fələstinin Suriya, Transiordaniya və Misir arasında bölünməsi daxil idi. BMT qətnaməsinin qəbulundan cəmi dörd ay sonra 884 yəhudi öldürülmüşdü.
Ərəb Dövlətləri Liqası tərəfindən maliyyələşdirilən Ərəb Azadlıq Ordusu (ƏAO) əsas yollarda yəhudi nəqliyyatına hücum edərək, yəhudi yaşayış məntəqələrini bir-birindən ayırmağa çalışırdı. ƏAO Təl-Əviv və Qüdsü birləşdirən magistral yol boyu bir neçə strateji əhəmiyyətli nöqtəni ələ keçirməyə müvəffəq oldu. Bu o zaman bütün fələstinli yəhudilərin 16%-nin yaşadığı Qərbi Qüdsü təchizatla təmin edən yeganə magistral yol idi. İşğal edilmiş məntəqələrdən ƏAO birləşmələri Qüdsə gedən yəhudi nəqliyyat karvanlarını atəş altında saxlayırdı. 1947-ci ilin martında Qərbi Qüds ilə qalan yəhudi yaşayış məntəqələri arasında əlaqə kəsildi və şəhər tam blokadaya düşdü. Qüdsün mülki əhalisi üçün yəhudi ərzaq karvanları yaxınlıqdakı kəndlərdən və ƏAO bölmələri tərəfindən daim atəş altında idi. Qüdsdə aclıq başladı. İsrail mənbələri Qüds yolunun mühasirəyə alınmış yəhudilər üçün "həyat yolu" kimi təsvir edirlər.
Buna cavab olaraq Haqana, Qüdsün ərəb mühasirəsini qaldırmaq üçün "Naxşon əməliyyatı"na başladı. ƏAO-nun əlində olan strateji mövqelərə nəzarəti ələ keçirmək üçün aprelin 6-da Haqana dəstələri və Palmax bölmələri Deyr-Yasindən iki kilometr şimalda yerləşən Əl-Kastal kəndinə hücum etdilər. Aprelin 9-da revizionist qruplar İrgun və Lexi Qüdsün qərb kənarında yerləşən və yəhudi məhəllələrinə gedən yolu bağlayan Deyr-Yasin kəndinə hücum etdilər.
Deyr-Yasin kəndi Deyr-Yasin kəndi bir neçə yüz nəfər əhalisi olan ərəb qəsəbəsi idi. Bütün sakinləri müsəlman olan qəsəbədə 144 ev yerləşirdi. İsrail tarixçisi Yoava Qelberin verdiyi məlumata görə kənddə təxminən 600 sakin, digər mənbələrə görə 800 ilə 1000 arasında əhali yaşayırdı. Deyr-Yasin dəniz səviyyəsindən 800 m yüksəklikdə, Qüds və Təl-Əvivi birləşdirən magistral yolun üstündəki bir təpədə yerləşirdi. Kənd yaxınlığındakı karxanalardan əhəng daşı çıxarıldığı və emalına görə nisbətən varlı idi.
Bir iddiaya görə yola nəzarət etmək və ya kənddən onu atəşə tutmaq mümkün deyildi, Presented by the PEACE Middle East Dialog Group, digərinə görə isə kənd Qüds yolunu nəzarətdə saxlayan bir təpədə yerləşirdi.March 9, 1998 Deir Yassin: History of a Lie Y.Qelberin sözlərinə görə aprel ayının əvvəlində Mosa və yəhudi nəqliyyat vasitələri Qüds - Təl-Əviv yolu boyunca hərəkət edərkən kənddən atəşə tutulmuşdu.Йоав Гелбер (англ.)русск.. Palestine, 1948: War, escape and the emergence of the Palestinian refugee problem. — 2. — Brighton: Sussex Academic Press, 2006. — P. 308—309.. — 436 p. — ISBN 1845190750, 9781845190750.
Bəzi mənbələrə görə qəsəbə əhalisi qonşu yəhudi yaşayış məntəqələri ilə xüsusən dini-ortodoksal yəhudilər tərəfindən məskunlaşan və Deyr-Yasindən vadisinin digər tərəfində yerləşən Qivat Şaul sakinləri ilə dinc yaşayırdılar və hətta kəndlər arasında təcavüz etməmə və sərbəst keçid müqaviləsi də bağlanmışdı.
Bəzi mənbələrə görə isə müqavilə de-fakto yerinə yetirilmirdi. Akiva Azulay (Qivat-Şaul komendantının keçmiş müavini) qəsəbə muxtarının qardaşı bu razılaşmanı dəstəkləmədiyini və Qivat-Şaulun vaxtaşırı Deyr-Yasin kəndi tərəfindən bombalandığını söyləyir.עקיבא אזולאי איש ירושלים, ע 70 — לפי :י. לפידות Eyni mənbələr iddia edir ki, aprelin 2-dən başlayaraq, Beyt-a-Kərəm və Yef-Nof məhəllələri Deyr-Yasindən atəşə tutulurdu. Sonra kənddə istehkamların inşası, silah və döyüş sursatının yığılması və İraq hərbçilərinin peyda olması haqda kəşfiyyat məlumatları daxil olurdu.March 9, 1998 Deir Yassin: History of a Lie Deyr-Yasindən olan kişilərin anti-yəhudi aksiyalarında iştirak etdiyini göstərən Bir-Zeit ərəb Universitetinin araşdırmaları da mövcuddur.כנענה שריף (עורך), הכפרים הפלסטינים שנהרסו ב-1948 — דיר-יאסין. הכללת ביר-זית, וכן דני רובינשטין, «הארץ» מיום 11.9.1991 — לפי :י. לפידות.
Yoava Qelber digər yerlərdə ərəblər və yəhudilər arasında döyüşlərin intensivliyini nəzərə alaraq Deyr-Yasin və Qivat Şaul arasındakı sülh razılaşmasının aprel ayında davam etdirilməsini mümkünsüz hesab edir. O yazır ki, aprelin 2-də Deyr-Yasin ilə yaxınlıqdakı yəhudi kəndləri arasında atışmalar oldu və növbəti günlərdə Mots yəhudi yaşayış məntəqəsi və Təl-Əviv yolunda yəhudi nəqliyyatı kənddən atəşə tutuldu. Aprelin 8-də Deyir-Yasindən olan gənclər bir gün əvvəl Haqana dəstəsi tərəfindən hücum edilən Əl-Kastal kəndinin müdafiəsində iştirak etdilər. Kəndin bir neçə sakininin adları İngilis Fələstin polisi tərəfindən tərtib edilən Əl-Kastal döyüşündə yaralananların siyahısında var idi.
Kənddə ərəb hərbi birləşmələrinin olması Ərəb hərbçiləri kənddə bir düşərgə qurmağa çalışdılar ki, bu da onlardan birinin öldüyü Deyr-Yassin sakinləri ilə atışmaya səbəb oldu. Təqribən 1948-ci il yanvarın 28-də kənd sakinlərini öz dəstəsinə cəlb etmək istəyən Əbd əl-Qadirin komandanlığı altında 400 nəfərlik "Müqəddəs müharibə Ordusu" kəndə yaxınlaşdı. Ancaq kənd ağsaqqalları bu plana qarşı çıxdılar və dəstə kəndi tərk etdi. Bununla əlaqədar kəndin muxtarı Qüdsdəki Ali Ərəb Komitəsinə (AƏK) izahat verməyə çağrıldı. Ondan kəndlilərin yəhudilərlə münasibətlərinin necə olduğu soruşulduqda, muxtar onlarla barışıq içində yaşadıqlarını söylədi. Muxtarlara qarşı heç bir tədbir görülmədi və hətta onun qarşısına sülh razılığını pozmaq kimi tələb belə qoyulmadı. Fevralın 13-də kənddə Qivat Şaula hücum etmək məqsədi ilə ərəb silahlı dəstəsi gəldi. Lakin kənd sakinləri onların fikrini bildikdə qrupu "qovdular". Buna cavab olaraq isə qrup üzvləri kəndin qoyun sürülərindən birini atəşə tutub tamamən qırdılar. Martın 16-da Ali Ərəb Komitəsi yaşayış məntəqəsini qorumaq üçün bir qrup Suriya və İraq könüllüsünü ora yerləşdirmək təklifi ilə heyət göndərdi. İrgun silahlıları kəndə hücum zamanı ən azı iki xarici əsgər gördüklərini iddia edirlər.
Kəndin yəhudi qonşuları ilə münasibətlərinin dinc olması faktını kəndə hücum zamanı İrgün dəstəsinin komandirinin müavini Yehuda Lapidot mübahisəli sayır. O, Qivat Şaul və Deyr-Yasin sakinləri arasında ara-sıra atışmaların olduğunu və aprelin 3-də Efé-Nof və Beyt-a-Kerem yəhudi yaşayış məntəqələri istiqamətində kənddən atəş açıldığını söyləyir. O, həmçinin kəndin 100 silahlı şəxs tərəfindən qorunduğunu, xəndəklərlə əhatə olunduğunu, kənddə ərəb və iraqlı yaraqlıların mövcudluğunu, silahlı bir dəstənin kəndə girişi nəzarət altında saxladığını yazır. Yeni İsrail tarixçisi Benni Morris yazır ki, kənddə bəlkə də bir neçə hərbçi yerləşdirilmişdi, amma onun fikrincə buna dair dəqiq bir dəlil yoxdur.
Təcavüzkarların tərkibi Kəndə hücum edən yəhudi qüvvələri əsasən iki gizli döyüş qrupundan - İrgun və Lexidən ibarət idi.Создание государства Израиль 2 мая 2010. Həmçinin sağ təmayüllü sionist revizionistlərin Stern qrupu da hücumda aktiv iştirak edirdi. Hücumda kiçik bir miqyasda iştirak edənlərdən biri də sol sionistlərlə əlaqəli olan Xaqananı zərbə dəstələri idi. Əməliyyata bəzi kənd evlərinə hücumlara və təmizlənməsinə, yaralı əsgərlərin təxliyəsinə kömək edən "Palmax" dəstələri də qatılmışdı.
Hücuma hazırlıq Hücum qərarının verilməsi 250px|thumb|right|Deyr-Yasində olan İsrail yaraqlıları Lapidot kəndə hücumun iki səbəbə görə vacib olduğunu yazır. Birincisi İrgun və Lexinin dediyinə görə Deyr-Yasin yaxınlıqdakı yəhudi yaşayış məntəqələri, Qüdsü birləşdirən yeganə yol, və Fələstinin yəhudi əhalisinin çoxunun yaşadığı sahil düzənliyi üçün təhlükəli idi. İkincisi Lapidot yazır ki, bu yəhudi qüvvələrinin hücumlara cavab vermə taktikalarından fərqli olaraq ilk dəfə təcavüzkar bir hücum əməliyyatıydı.
Erik Silver yazır ki, İrgun və Lexi komandirləri Deyr-Yasinə hücumuna razılıq əldə etmək üçün Qüdsdəki Xaqana qüvvələrinin komandiri David Şaltielə müraciət etmişdilər. Əvvəlcə o, kənd sakinlərinin qarşılıqlı hücum etməməyə dair müqavilə imzaladığı üçün bu plana müqavimət göstərdi və yaraqlıları bunun qarşılığında Eyn-Kərəmə hücum etməyi təklif etdi. Ancaq İrgun və Lexi komandirləri bu vəzifənin onlar üçün çox çətin olacağından narahatlıqlarını ifadə etdilər. Sonda Şaltiel İrgun və Lexi yaraqlılarının işğaldan sonra kənddə qalıb və orada ərəb hərbi bazasının yaranmasının qarşısını almaq şərti müqabilində razılıq verdi. Şaltielin qərarı kəndlə barışıq müqaviləsini pozmağı səhv hesab edən Palmax və Xaqana kəşfiyyatının zabiti Meyr Paulun müqaviməti ilə qarşılandı. Ancaq Şaltiel revizionist qrupların yaraqlılarını dayandırmaq üçün imkanı olmadığını iddia etdi. Kəndliləri xəbardarlıq etmək məsələsi müzakirəyə qoyuldu, lakin Şaltiel əməliyyat üçün təhlükə yaratmamaq üçün bu təklifi rədd etdi.
Hücumun planlaşdırılması Morisin sözlərinə görə, revizionistlərin hücum planını müzakirə etdiyi görüşlərdə kəndlilərin qovulmasına qərar verildi. Lexi üzvləri ölkənin digər ərəb əhalisini qorxutmaq məqsədi ilə qaçmayan Deyr-Yasinin hər bir sakinini öldürmək və "İrgun və Lexi birləşdikdə nə olacağını göstərməyi" təklif etdilər. Müzakirədə iştirak edən yaraqlıların əksəriyyəti kəndin kişi əhalisinin öldürülməsinin tərəfdarı idi, amma Menaxem Begin bu təklifləri rədd etdi. Yehud Lapidotun (İrgun) sözlərinə görə, hücum edən bölmələrə xüsusi əmr verilmişdi: qadınları, uşaqları və əsir düşənləri öldürməyin.Й. Лапидот «Главы истории Эцель»
Hücumdan əvvəl təlimatlandırma