Ulduz Texniki Universiteti () — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə edən Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davudpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 10 fakültə, 3 peşə məktəbi və 2 institut fəaliyyət göstərir.

1911-ci ildə Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ gedən nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1992-ci ildə isə hal-hazırkı müasir adını qazanmışdır. Ulduz və Davudpaşa şəhərciklərində bir çox fakültələr Osmanlı dövründən qalma binalarda tədris edilir. Ulduz Texniki Universiteti bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirir. 2002-ci ildə 565 nəfərlik Maçka şəhərciyi yataqxanası istifadəyə verilmişdir. 1959-1960-cı illərdə yeni tədris binasının inşası başa çatdıqdan sonra universitetin ilk akademik kitabxanası açılmışdır.

Ulduz Texniki Universiteti, Türkiyənin ən güclü texniki infrastrukturuna olan dövlət universitetlərindən biridir. Boğaziçi və İstanbul Texniki Universiteti ilə birlikdə siyahıda ən üst pillələrdə gedən Ulduz Texniki Universiteti, nəzəri dərslərlə yanaşı, emalatxanalar, laboratoriyalar və sahə kursları ilə də tədris verir. Hər bir fakültə binasında 20 kompüterdən ibarət kompüter otağı mövcuddur.

Universitetin ən böyük kampusu olan Davudpaşada poçt, bank, kitab mağazası, elektronika mağazası və internet kafe, fotokopiya və bir çox ticarət obyektləri fəaliyyət göstərir. Universitetdənkənar fəaliyyətlər çərçivəsində sənət, fotoqrafiya, klassik türk musiqisi, polifonik xor, klassik musiqi, xalq musiqisi və teatrşünaslıq üzrə xüsusi hobbi klubları mövcuddur. Bunlarla yanaşı, basketbol, ​​həndbol, futbol, ​​voleybol, üzgüçülük, stolüstü tenis kimi bir çox idman növləri üzrə ixtisaslaşmış hobbi klubları da mövcuddur. Universitet nəzdində fəaliyyət göstərən bir çox komandalar istər yerli, istərsə də beynəlxalq yarışmalarda təqdirəlayiq yer qazanırlar.

Ulduz, Şişli, Maslak və Davudpaşa olmaq üzərə universitet nəzdində 4 şəhərcik yer alır. Universitetin şəhərciklərinə İstanbulun hər yerindən asanlıqla nəqliyyat mümkündür. Həmçinin, Davudpaşa şəhərciyinə tələbələrin gediş-gəlişini daha da asanlaşdırmaq məqsədilə 1994-cü ildə Davudpaşa—YTÜ metrostansiyası fəaliyyətə girmişdir.

Tarixçə Bu gün Türkiyənin ən böyük texniki universitetlərindən biri olan Ulduz Texniki Universitetinin əsası respublikadan əvvəl qoyulan nadir universitetlərdəndir. İlk dəfə 22 avqust 1911-ci ildə Beşiktaşda Konduktor Məktəb-i Alisi adı altında fransız "Ecol de Conducteur" proqramına əsaslanaraq təhsil verməyə başlamışdır. Universitetin yaradılmasında bu adın istifadə edilməsinin səbəbi isə dövlət orqanlarında işləmək üçün ixtisaslı mühəndis və texniki işçilər hazırlamaq məqsədindən irəli gəlir. Osmanlı sultanı Sultan V Mehmed Rəşadın dövründə qurulmuşdur.

1921-ci ilə qədər Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətini davam etdirmiş, 1922-ci ildə adı Nafia Elm Məktəbi olaraq dəyişdirilmişdir. Nafia sözü osmanlı dilində ictimai işlər mənasını verir. Başqa sözlə, Ulduz Texniki Universitetinin məqsədinə uyğun olaraq adı dəyişdirildi və təhsil keyfiyyəti daha da artırıldı. Respublika qurulduqdan sonra eyni ad altında təhsil verməyə davam edən universitet 1937-ci ildə İstanbul Texniki Məktəbi adlandırıldı və bir çox yeni fakültələr əlavə edildi. Universitet, Türkiyədə yeni qurulan respublikaya hər cür mühəndis və texniki heyət yetişdirməyə başladı. 1937-ci ildə yalnız maşın və inşaat sahəsində tələbə yetişdirən Ulduz Texniki Universiteti, 1950-ci illərin başlanğıcında memarlıq, iqtisadiyyat, ədəbiyyat kimi bir çox sahələr üzrə təhsil verən universitetə çevrilməyi bacardı. 1959-1960-cı illərdə bu məktəbdə 1 il təhsil alan hər bir tələbəyə usta memar və ya usta mühəndis adı verilməyə başlandı.

1969-cu ildə universitetin adı dəyişdirilərək İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyası oldu. Həyata keçirilən bir çox şaxələndirmə və yeniliklərdən sonra ölkədə fəaliyyət göstərən özəl kolleclər bağlanmış və mühəndislik üzrə ixtisaslanmış kolleclər bu universitetə bağlanmışdır. Nəhayət, 1982-ci ildə universitetin adı, müasir formasına bir qədər oxşamış və Ulduz Universiteti olaraq dəyişdirilmişdir. Adın dəyişdirilməsi ilə Kocaeli Dövlət Mühəndislik və Memarlıq Akademiyası və Kocaeli Peşə Liseyi Ulduz Universitetinin nəzdinə keçmişdir. Ulduz Universiteti elm-ədəbiyyat, mühəndislik, ictimai elmlər və xarici dillər, Atatürkün inqilab tarixi və prinsipləri, türk dili, bədən tərbiyəsi və təsviri incəsənət fakültələrindən ibarət olmuşdur.

1992-ci ildən bəri Ulduz Texniki Universiteti adı altında xidmət göstərən bu məktəb bu gün Beşiktaş, Davutpaşa və Ayazağa şəhərcikləri ətrafında səpələnmiş 10 fakültə, 3 lisey və 2 institut ilə 25 mindən çox bakalavr, 7000-dən çox magistr və 3000-dən çox aspirant daxil olmaqla ümumilikdə 35 min tələbəyə təhsil verir. 1982-ci ildə Ulduz Texniki Universitetinin nəzdinə keçən Kocaeli Dövlət Mühəndislik və Memarlıq Akademiyası və Kocaeli Peşə Liseyi isə 1992-ci ildə ayrılmış və ayrıca Kocaeli Universiteti olaraq qurulmuşdur.

Akademik fakültələr Elektrik-Elektronika fakültəsi Ulduz Texniki Universiteti Mühəndislik fakültəsi, Ulduz Texniki Universiteti Elektrik və Elektron fakültəsi adı altında Elektrik Mühəndisliyi, Elektronika və Rabitə Mühəndisliyi və Kompüter Elmləri və Mühəndislik bölmələrinin bir araya gəlməsi nəticəsində meydana gəlmişdir. 2011-ci ildən etibarən universitetin Davutpaşa Kampusundakı fakültələri bunlardır:

Kompüter mühəndisliyi bölümü Elektrik mühəndisliyi bölümü Elektronika və xəbərləşmə bölümü İdarəetmə və avtomatlaşdırma bölümü

Fənn-Ədəbiyyat fakültəsi Səkkiz bölümdən ibarət olan fakültənin ilk quruluşundan bəri tədris olunan fakültələri Fizika, Kimya və Riyaziyyat bölümləri olmuşdur. Davutpaşa Kampusundakı tarixi binasında fəaliyyət göstərən bölüm fakültələri bunlardır:

Qərb dilləri və Ədəbiyyatı bölümü Molekular Biologiya və Genetika bölümü Fizika bölümü Statistika bölümü Kimya bölümü Riyaziyyat bölümü Türk dili və Ədəbiyyatı bölümü Fəlsəfə bölümü Sosiologiya bölümü Tarix bölümü

Mexanika fakültəsi Mexanika fakültəsi 1992-ci ildə Mühəndislik fakültəsini tərk etdi. Maşınqayırma bölümü 1993-cü ildə quruldu və 1938-1939 illərdə Sənaye Mühəndisliyi bölümü, 1982-ci ildə Gəmi təmiri və Gəmi Maşın mühəndisliyi bölümləri açıldı. 2009-cu ildən etibarən Gəmi Təmiri və Gəmi Maşın Mühəndisliyi bölümləri Mexanika Mühəndisliyi Fakültəsindən ayrıldı. Fakültənin şöbələri aşağıdakılardır:

Mexanika mühəndisliyi bölümü Mexanika bölümü Mexantronika bölümü Sənaye mühəndisliyi bölümü

Gəmi İnşaatı və Dənizçilik fakültəsi Gəmi İnşaatı və Dənizçilik Fakültəsinin mənşəyi, 1967-ci ildə İstanbul Texniki Məktəbi daxilində Mexanika Bölümü nəzdində qurulmuş Gəmi seçimi bölməsinə əsaslanır. 1982-ci ildə akademiya, Ulduz Universitetinə çevrildikdən sonra qurulan Mühəndislik Fakültəsi Gəmi İnşaat Mühəndisliyi Bölümü olaraq quruldu. Mexanika Mühəndisliyi Fakültəsi daxilində 2008-ci ildə qurulan Gəmi Maşın İdarəetmə Mühəndisliyi ilə yanaşı 2009-cu ildə Mexanika Mühəndisliyi Fakültəsini Gəmi İnşaat və Dənizçilik fakültəsi olaraq tərk edən fakültənin bölmələri aşağıdakılardır:

Gəmi İnşaatı və Gəmi Mexanizm Mühəndisliyi bölümü Gəmi Mexanizmi Müəssisəsi bölümü

Memarlıq fakültəsi 1942-ci ildə İstanbul Texniki Məktəbinin tərkibində qurulan Memarlıq Fakültəsi, Magistr Memarlığı və Şəhər və Bölgə Planlaşdırma bölümləri, 11 ixtisas proqramı, 80 akademik, 5 müəllim, 43 elmi işçi, 1300-dən çox bakalavr, 350-dən çox magistr, 150-dən çox doktorant tələbəsi və 10.000-dən çox məzunu ilə davam etdirir. 1880-ci illərdə inşa edilən fakültənin Ulduz kampusunun tarixi binasında fəaliyyət göstərən fakültəyə bağlı bölümlər bunlardır:

Memarlıq bölümü Şəhər və Bölgə Planlaşdırma bölümü

İqtisadi və İdarəetmə fakültəsi

İqtisadiyyat və İdarəetmə fakültəsi 1992-ci ildə Ulduz Kampusuna bağlı Çuxursaray binasında fəaliyyətə başladı. Fakültə 1993-cü ildə yaradılan İqtisadiyyat kafedrası ilə fəaliyyətə başladı. İdarəetmə Bölümü 1996-cı ildə, 1999-cu ildə Siyasi Elm və Beynəlxalq Münasibətlər bölümü quruldu. Fakültə 2000-ci ildən 2015-ci ilə qədər Ulduz Sarayının bir hissəsi olan Yavərlər şöbəsində xidmət etmişdir. Fakültə binasında, 1925-1936-cı illərdə xidmət edən və 1936-cı ildə Atatürkün tələbi ilə Ankaraya köçən Ankara Universiteti Siyasi Elmlər Fakültəsi (Mekteb-i Mülkiye) də qəbul edildi. Fakültə, 2016-cı ildə yeni binasına köçmüşdür. Fakültənin şöbələri aşağıdakılardır:

İqtisad bölümü İdarəetmə bölümü Siyasi bilimlər bölümü Beynəlxalq münasibətlər bölümü

Kimya-Metallurgiya fakültəsi 2000-ci ildə yeni bölümlər əlavə edilmiş Kimya-Metallurgiya fakültəsinin də tarixi qədimdir. Davutpaşa kampusunda yer alan bölümlər aşağıdakılardır:

Biomühəndislik bölümü Kimya Mühəndisliyi bölümü Riyaziyyat Mühəndisliyi bölümü Metallurgiya bölümü Qida Mühəndisliyi bölümü Şəhərciklər Beşiktaş şəhərciyi thumb|Universitetin Beşiktaş şəhərciyi Beşiktaş təpəsindəki meşəlik ərazi ilk dəfə Osmanlı sultanı I Əhməd tərəfindən kiçik bir daxma qurularaq ov məqsədilə istifadə edilmişdir. II Əbdülhəmid taxtdan qalxdıqdan sonra, qardaşının və dayısının hakimiyyəti də sona çatdığı üçün Dolmabağça sarayını etibarlı düşünmür. Buna görə də 1877-ci ildə Osmanlı sultanlarının İstanbulda daimi yaşadığı dördüncü saray, daxilində mühafizə, xidmət quruluşları yer alan təxminən 500.000 kvadrat metrlik bir bağlıq əraziyə sahib Yıldız sarayına yerləşir. Bu böyük ərazinin əhəmiyyətli tikililərindən biri olan Sultan İdarəsi 1937-ci ildə Ulduz Texniki Məktəbinin qurulması ilə ləğv edilir. Bu gün, bu bina Ulduz Texniki Universitetinin rektorluq binası olaraq istifadə olunur.

Bundan əlavə, Çuxursaray, Bekar sultanlar və şahzadə sarayları hal-hazırda universitet tərəfindən təlim-tərbiyə məqsədilə istifadə olunur. Həmçinin bu şəhərcikdə Beşiktaş Atatürk Anadolu liseyi də yer alır. Davudpaşa şəhərciyi

Davudpaşa şəhərciyinin ərazisi Bizans dövründə hərbi kazarmaların yerləşdiyi bir qəsəbə olmuşdur. İstanbulun fəthi zamanı əsgərlərin yerləşməsinə xidmət etmiş və burada II Mehmed çadır qurmuşdur. Bölgənin hərbi funksiyası Osmanlı dövründə də davam etdirilmiş, XV əsrdən bəri hərbi mərasimlərə ev sahibliyi edən yer olmuşdur. Davudpaşa kazarması, II Mahmud tərəfindən ləğv olunmuş, yerində yeni bir kazarma tikilmişdir.

Memarının Krikor Balyan olduğu bu binanın inşası 1826-1827-ci illərdə başlamış, 1831-1832-ci illərdə bitmişdir. Kazarma Balkan müharibəsi zamanı təmir edilmiş və mühacirlər tərəfindən sığınacaq mərkəzi olaraq istifadə edilmişdir. Birinci Dünya müharibəsi əsnasında bu ərazidə yeni bir xəstəxana açılır. Lakin 1920-ci ildə müharibənin bitməsi ilə xəstəxana bağlanır. Daha sonradan 1998-ci ildə Ulduz Texniki Universitetinin tələbələrinin və akademik heyətinin artması ilə birlikdə bu bölgə müasir funksiyasını qazanır və universitet şəhərciyi olaraq istifadə olunmağa başlayır. Əvvəllər kazarma kimi istifadə olunan əsas bina U hərfi şəklindədir. Universitetin tabeliyinə verildikdən sonra bu binaya xüsusi tədris otaqları əlavə edilmiş və binanın mərkəzindəki boş ərazi tələbələr tərəfindən sərbəst şəkildə istifadə oluna bilən parka çevrilmişdir. Binanın giriş hissəsində tələbə yeməkxanası, laboratoriya və akademik heyət yeməkxanası yerləşir. Bir az irəlidə isə əvvəllər hamam kimi istifadə edilən, lakin hal-hazırda istifadəsiz qalan bir bina yer alır. Akademik heyətə məxsus yeməkxananın arxasında 2007-ci ildə açılan hovuz, fitness mərkəzi, qapalı basketbol meydançası, tennis kortu və futbol meydançası yer alır.

Kitabxana