Elşad Allahverdi oğlu Zeynalov () — Azərbaycan teatr aktyoru və inzibatçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2000).

Həyatı Elşad Zeynalov 29 yanvar 1951-ci ildə Ağsuda anadan olmuşdur. O, 1969–1973-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almış, buranı bitirdikdən sonra təyinatla Lənkəran Dövlət Dram Teatrına aktyor kimi qəbul edilmişdir.

Elşad Zeynalov 5 yanvar 2006-cı ildə vəfat etmiş, Lənkəranda dəfn olunmuşdur. 2010-cu ildə yaşadığı evə — Lənkəran şəhərinin Qala Xiyabanı, 28 ünvanında yerləşən binanın qarşısında xatirə lövhəsi vurulmuşdur.

Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları