— Yaponiya videooyun istehsalçısı və nəşrçisi. Şirkət "Mega Man", "Street Fighter", "Resident Evil", "Devil May Cry", "Onimusha", "Dino Crisis", "Dead Rising", "Sengoku Basara", "Ghosts 'n Goblins", "Monster Hunter", "Breath of Fire" və "Ace Attorney" kimi çox satan videooyun franşizalarının, eləcə də bir neçə "Disney" lisenziyalı videooyunun müəllifidir. 1979-cu ildə təsis olunmuş şirkət Şimali Amerikada, Avropada və Yaponiyada şöbələri olan beynəlxalq müəssisədir.

Strukturu Şöbələri Osaka prefekturasının Çuo-ku rayonunda yerləşən baş ofis binası, eləcə də tədqiqat və inkişaf binasına əlavə olaraq, Yaponiya mərkəzli şirkətin Tokio şəhərinin Şincuku xüsusi rayonunda yerləşən Şincuku Mitsui binasında ofisi var."Locations ." Capcom. Retrieved on August 12, 2011. "3-1-3 Uchihirano-machi, Chuo-ku, Osaka 540-0037, Japan" and "Shinjuku Mitsui Building 2-1-1 Nishi Shinjuku, Shinjuku-ku, Tokyo" Həmçinin, şirkətin Mie prefekturasının İqa şəhərində yerləşən Ueno müəssisəsi var.

Beynəlxalq "Capcom Group" Yaponiya, Şimali Amerika, Avropa və Şərqi Asiyada 15 şöbəni əhatə edir. Əlaqəli şirkətlərə Cənubi Koreyanın "Koko Capcom Co., Ltd.", ABŞ-nin "Street Fighter Film, LLC" və "Dellgamadas Co., Ltd." aiddir.

Oyunlarla bağlı media Şirkət ev, onlayn, mobil, arkada, paçinko və paçislo oyunlarının istehsalı və nəşrinə əlavə olaraq, strategiya kitabçaları nəşr edir, Yaponiyada "Plaza Capcom" adlı arkada mərkəzləri işlədir və öz franşizalarını əlaqədar məhsullar, filmlər, teleseriallar və səhnə ifaları üçün lisenziyalaşdırır.

Marketinq və musiqi leyblı olan "Suleputer" müəssisəi "Sony Music Entertainment Intermedia" ilə əməkdaşlıq çərçivəsində 1998-ci ildə təsis edilmişdir və "Capcom" şirkətinin oyunları əsasında CD-lər, DVD-lər və başqa media nəşr edir. "Captivate" adlı illik özəl media sammiti ənənəvi olaraq, yeni oyun və biznes anonsları üçün platforma kimi istifadə edilir.

Oyunlar Platin buraxılışlar "Capcom" ilin hər rübündə yenilənən, "Platin buraxılışlar" adı verilən, bir milyondan çox nüsxə satmış videooyunlarından ibarət siyahısını tərtib edir. Siyahıdan 90-dan çox oyun adı var. Aşağıda ən çox satan 10 buraxılış qeyd olunub:

+AçarRəqəmsal yayım da daxildir BuraxılışTarixPlatforma(lar)Satışlar (milyonla)Monster Hunter World PlayStation 4, Xbox One, PC 14.9Resident Evil 5 PlayStation 3, Xbox 3607.6 Resident Evil 6 PlayStation 3, Xbox 3607.4 Resident Evil 7: Biohazard | |PlayStation 4, Xbox One, PC |7.0 |- |Street Fighter II | |Super Nintendo Entertainment System |6.3 |- |Resident Evil 2 Remake | |PlayStation 4, Xbox One, PC |5.8 |- |Resident Evil 2 | |PlayStation |4.96 |- |Monster Hunter Freedom 3 | |PlayStation Portable |4.9 |- |Monster Hunter Generations | |Nintendo 3DS |4.3 |- |Monster Hunter 4 Ultimate'' Nintendo 3DS4.2

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1979-cu ildə Yaponiyada yarananlar * Kateqoriya:Yaponiya brendləri Kateqoriya:Yaponiya videooyun şirkətləri Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:Videooyun yayımı şirkətləri Kateqoriya:Dövlət İnvestisiya Fondu